2019-cu ildə uğuru necə əldə etməli

09 yanvar, 2019 1 691


2019-cu ildə uğuru necə əldə etməli


Şampan artıq çoxdan içilib, bayram ləzzətləri yeyilib, qonaq ziyarətləri də həmçinin başa çatıb. Çöldə soyuq və qaranlıqdır. Deyəsən, 2019-cu ili ən azından məhsuldar bir şəkildə başlamaq tamamilə mümkünsüzdür.

Amma əgər sizin bu illə bağlı böyük planlarınız varsa, ekspert-psixoloqlar məhz bunları həyata keçirmək üçün öz məsləhətləriylə sizə kömək etməyə tələsirlər.

İş

Yadınızdadır, siz bu il mütləq, şübhəsiz özünüzü axmaqlığa qoymaqdan çəkinib yeni iş tapmaq barədə özünüzə söz vermişdiniz? Bu, 2013-cü ildə baş verib.

Bəli, axı işləyən zaman başqa iş axtarmaq çətindir. Siz bunu öz-özünüzə dəfələrlə təkrar edirsiniz.

“Siz məhz nəyi dəyişmək barədə düşünün. Nəyi daha çox etmək və nəyi az etmək istəyirsiniz?”, – deyə Personal Career Management məsləhətçilər şirkətinin icraçı dierktorlarından biri Corinne Millsdeyir.

“İş dəyişdirməyin məhz sizə lazım olan bir şey olması mütləq deyil”, – deyə əlavə edən Corinne-in əsas məsləhətləri bunlardır:

Məsləhət üçün müdirinizə müraciət edin və ona işdə irəli getmək istədiyinizi söyləyin. Bu, işinizi tərk etmək məcburiyyətində qalmadan yeni imkanların yaranmasına gətirib çıxara bilər.
Axtarışa vaxt ayırın. Əgər siz yeni iş arzusundasınızsa, o zaman bu işə kifayət qədər vaxt ayırmalısınız. Nahar vaxtı iş axtarın, tərcümeyi-halınızı qaydasına salın və axşamlar iş axtarışını davam etdirin.
Yeni açılmış vakansiyada tələb olunan bacarıqlar və təcrübə sizdə yoxdursa müraciət etməyin. Bu, boş vaxt itkisidir.
Sadəcə “Mən komandada əla işləyirəm” deməyin, bunu sübut edin. Konkret mövqe üçün niyə mükəmməl namizəd olduğunuza dair nümunələr gətirmək üçün tərcümeyi-halınızdan istifadə edin.
Sizin üçün həqiqətən maraqlı olan bir neçə vakansiyanı seçin və vaxtınızı real müraciətlər etmək üçün sərf edin. Hər şeyi hər yerə göndərməyin.

2019-cu ildə uğuru necə əldə etməli


Corinne deyir ki, əgər sizə çoxlu pul lazımdırsa, o zaman “bazar dəyərinizi” aydınlaşdırın. Sizin fəaliyyətiniz sahəsində bazarda maaşın miqdarı barədə məlumat axtarın. Artıq bu məlumatla siz müdirin yanına gedə bilərsiniz və əlinizdə yüksəlişə layiq olmağınız barədə məlumatlar olacaq.

Pul
Əgər siz kredit kartlarınıza titrəmədən baxa bilmirsinizsə, bu o deməkdir ki, böyük ehtimalla bayramlar sizin büdcənizə böyük zərbə vurub.

Onlayn-alış-veriş hiyləgər bir ixtiradır. Yəni, əsaslara geri dönmək lazımdır, debet kreditlə üst-üstə düşməlidir. Bütün gəlir və xərcləri hesablamaq lazımdır. Dumbfunded.co.uk. bloqunun yaradıcısı Colin MacDermott belə deyir.

Yeni texnologiyaların sayəsində nə qədər xərclədiyinizə nəzarət etmək kifayət qədər asandır. “Real vaxt rejimində sizin xərclərinizi göstərən bank tətbiqləri var. Barclays bankı bir qədər əvvəl “bloklayan” tətbiqini təqdim edib, siz qumar oyunlarına və internetdə alış-veriş etməyə pul xərcləməmək üçün bu tətbiqə qoşula bilərsiniz”, – deyə Colin əlavə edib. Bəzi vəziyyətlər üçün arxada pul yığmağa başlamağa cəhd edin.

“Əgər siz işinizi itirsəniz və ya çox pul xərcləsəniz, məsələn, avtomobilin təmirinə pul xərcləməli olsanız, o zaman sizin iki və ya üç ay dolana bilməyiniz üçün kifayət qədər vəsaitiniz olmalıdır “, – Colin deyir.

2019-cu ildə uğuru necə əldə etməli


Lakin yeni iş gözləntisiylə sadəcə boş-boş oturmağa dəyməz.

“Dərhal pul qazanmağa başlamaq üçün çoxlu vasitələr mövcuddur”, – deyə Colin qeyd edib. “Əgər sizin konkret bir şeyə marağınız varsa, o zaman bu fəaliyyət sahəsini inkişaf etdirin və tezliklə bununla qazana bilərsiniz”. Colin-in başlıca məsləhəti budur.

“Xoşladığınız bir şey barədə bloq yazmağa başlayın, sosial şəbəkələrdən və striminqlərdən istifadə edin. Reklamverənlərin sizə müraciət etməsi tamamilə mümkündür”.

Şəxsi həyat

2019-cu ildə uğuru necə əldə etməli


Yeni ilə qədər siz saniyələri sayırdınız, sevdiyiniz insanın gözlərinə baxırdınız və əvvəlki kimi ağrılı problemlərin müzakirəsindən qaçdığınız üçün özünüzü narahat hiss edirdiniz. Və ya ola bilər ki, siz ətrafdakı xoşbəxt cütlüklərə baxaraq başa düşməyə çalışırsınız ki, niyə siz hələ də öz “yarınızı” axtarmalısınız.

Təşvişə düşməyin.

Psixoloq Claire Prendergast-ın sözlərinə görə, bu cür hisslər ilin bu dövrünə aiddir. “Biz bir neçə gün dalbadal eyni adamlarla, nəzəri olaraq sevdiyimiz insanlarla hansısa yerdə bir neçə günümüzü keçiririk. Lakin bu asan deyil”, – o, qeyd edir.

Vəziyyəti normallaşdırın, nəticə çıxarmağa tələsməyin.

“Özünüzə vaxt verin”, – deyə Claire təklif edir. “Həyatınızı normal gedişinə qaytarın, idman zallarındakı məşqləri xatırlayın, yenidən tərəvəz yeməyə başlayın”.

Əgər sizin münasibətlərinizdə hələ də gərginlik hiss olunursa, demək danışmağın vaxtı çatıb. Lakin hisslərinizə hakim olun.

“Bütün qorxularınızı və şübhələrinizi partnyorunuzun üzərinə tökməyin. Münasibətlərin sizin üçün nə məna kəsb etdiyi və gələcəyi necə gördüyünüz barədə danışın”, – deyə ekspert bildirib.

Əgər cütlüklər hesab edirsə ki, onların münasibətlərində problemlər var, o zaman ilin bu vaxtında tənhalar üçün necə çətin olduğunu düşünmək lazımdır.

“Adətən biz münasibətlər barədə bizi bir insana bağlayan bir şey kimi düşünürük. Amma əslində özümüzlə münasibəti yoluna qoymadan biz hələ ki, buna hazır deyilik”, – Claire deyir.

“Yanvar ayını necə mükəmməl insan olduğunuzu, başqalarına necə lazım olduğunuzu düşünərək keçirin. Özünüzə qarşı mərhəmətli olun və siz dərhal özünüzü yaxşı hiss edəcəksiniz”.

“Partnoyorun yoxluğundan pis heç nə yoxdur. Bəzi insanlar üçün bu ümumiyyətlə vacibdir, cünki onlar özlərini necə gördüklərini və prioritetlərinin nə olduğunu başa düşməlidirlər”.

Məqsədlərini itirmək qorxusu

“Sizə lazım olan şeyi deyil, əslində nə istədiyinizi özünüz üçün aydınlaşdırın”, – deyə həyat təlimatçısı Ali Campbell deyir.

Ali sizin məqsədlərinizi 3 kateqoriyaya bölməyi təklif edir.

Əslində siz kim olmaq istəyirsiniz – bu emosiya ola bilər.
Siz həqiqətən nə etmək istəyirsiniz – məsələn, fiziki fəallıq
Siz həqiqətən nəyə sahib olmaq istəyirsiniz – əşyalar
“Əsas məsələ onları yazmaqdır. Bu yoldan çıxmamağa kömək edəcək. Lakin bu barədə heç kimə danışmayın, məqsədlərinizi gizli saxlayın”, – deyə Ali təkid edir.

Özünüzə hansısa bir vaxt qoymamaq çox vacibdir. Yoxsa siz sadəcə özünüzə stress əlavə edəcəksiniz.

“İnsanların çoxu bir ay ərzində nə edəcəklərini güclü qiymətləndirir, bir il ərzində edəcəklərini isə heç qiymətləndirmirlər”, – Ali deyir.

“Əslində isə il kifayət qədər uzundur. Ən yaxşısı, bir ay ərzində hər şeyə nail olmağa cəhd etməkdənsə, bir il ərzində kiçik addımlar atmaqdır”.











HR-AZ.com portalının paylaşımlarından xəbərdar olmaq üçün rəsmi Linkedin Telegram səhifələrimizi izləyə bilərsiniz.

Mənbə:
BBC Azərbaycan
Oxşar məqalələr
Şərhlər
Sammijo4 sentyabr 2024, 19:04
Thank you for the auspicious writeup. It in fact was once a entertainment account it.
Look complex to more introduced agreeable from you!

By the way, how can we keep up a correspondence?

Here is my site ... Stefany
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə