Duyğularınızı göstərən bədən dili formaları

06 iyun, 2020 0 1 350


Duyğularınızı göstərən bədən dili formaları


Uzun illərdir öz işinizin rəhbəri də olsanız, yenicə vəzifədə irəliləmiş bir müdir də olsanız işçilərinizin qarşısında güclü və özündən əmin görünmək çox vacibdir.

Əslində ideal müdir olmağın sadə bir yolu yoxdur. Sizdən gözlənilən insanlara qarşı ədalətli olmağınız və işinizi ən yaxşı formada icra etməyinizdir.

Bununla yanaşı sizi daha güclü və özündən əmin göstərəcək bəzi bədən dili formalarından da istifadə edə bilərsiniz.

Ünsiyyət və bədən dili üzrə mütəxəssis, “Toxic People” (Zəhərli insanlar) kitabının müəllifi Dr. Lillian Glassın sizə bu mövzuda üç tövsiyyəsi var:

1. Duruş pozanızı gücləndirin

Duyğularınızı göstərən bədən dili formaları


Dik oturmaq işçilərinizə daha yaxşı görünməyinizi təmin etməklə yanaşı özünüzə olan inamınızı da artırar.

Northwest Universiteti tərəfindən 2016-cı ildə aparılan araşdırmaya görə duruş vəziyyətiniz birbaşa olaraq o anki duyğularınızla əlaqəlidir.

Araşdırmaya qatılanlar duruş pozalarını düzəltdikləri zaman daha xoşbəxt və güclü hiss etdiklərini bildirirlər.

2. Arxaya söykənmək

Duyğularınızı göstərən bədən dili formaları


Arxaya söykənərək oturmaq ən çox bilinən “güclü duruş pozası”-dır. Bu formada oturmaq sizi qarşıdakı insana güclü göstərəcəkdir.

3. Əllərinizi qüllə formasında saxlayın

Duyğularınızı göstərən bədən dili formaları


İki əlinizin barmaq uclarını birləşdirdiyinizdə yaranan formaya “Qüllə və ya zəng qülləsi” pozası deyilir. Şahmat oyunlarına və ya filmlərdəki mənfi obrazlara xas olan bu hərəkət sizə fayda verə bilər.

Əllərinizi bu formada saxlayaraq özünüzə inamınızı göstərə bilər və qarşınızdakı insanı diqqətlə dinlədiyiniz təsirini yarada bilərsiniz.











HR-AZ.com portalının paylaşımlarından xəbərdar olmaq üçün rəsmi Linkedin Telegram səhifələrimizi izləyə bilərsiniz.

Mənbə:
Banco.az
Oxşar məqalələr
Şərhlər
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə