Effektiv ünsiyyət qurmağın 5 qızıl qaydası

25 mart, 2019 0 19 752


Effektiv ünsiyyət qurmağın 5 qızıl qaydası


İnsanlar tarix boyu bir birilə ünsiyyət etməyə ehtiyac duymuşlar. Hər nə qədər ki, son dövrlər insanlar virtual ünsiyyətə daha çox üstünlük verirlər, buna rəğmən ünsiyyət yenə də həyatımızın əsas tərkib hissəsidir. Gündəlik həyatımızın demək olar ki, hər mərhələsində – evdə, işdə, bazarda v.s digər yerlərdə ünsiyyətə ehtiyac duyuruq.

Ünsiyyət iki və daha artıq insan arasında baş verən qarşılıqlı münasibətdir demək olar. Ünsiyyət bir neçə növə ayrılır. Onlardan verbal və qeyri verbal ünsiyyəti qeyd etmək istəyirəm. Verbal ünsiyyət nitq vasitəsilə, qeyri-qerbal ünsiyyət isə emosiyalar vasitəsilə baş tutur.

Danışıqlarda ünsiyyətin təsirli və səmərəli olması üçün bir neçə əsas məqam diqqət yetirmək lazımdır. Bu zaman ünsiyyətiniz qarşılıqlı anlaşma şəkilində baş tutacaq və siz ünsiyyətdən gözlədiyiniz nəticəni əldə edə biləcəksiniz. Gəlin nəzər salaq:

1. Göz kontaktı qurmaq.

Effektiv ünsiyyət qurmağın 5 qızıl qaydası


Ünsiyyətdə göz kontaktı və ya göz təması qurmaq çox vacibdir. Bu, özünə əminliyin, qarşı tərəfə göstərdiyiniz hörmətin, qarşı tərəflə ünsiyyətə göstərdiyiniz diqqətin və eləcə də sözlərin yalan olmadığının göstəricisidir. Ünsiyyət zamanı gözləri yayındırmaq və tərəf müqabilinin gözünə baxmaqdan çəkinmək qorxu, təlaş, eləcə də məlumatların doğru olmadığına bir işarədir. Bu baxımdan ünsiyyət zamanı göz təması əsas qızıl qaydalardandır. Göz kontaktından çəkinmək qarşı tərəfdə əminsizlik yarada bilər və ünsiyyət gözlənilən faydanı verməz.

2. Bədən dilindən istifadə etmək.

Effektiv ünsiyyət qurmağın 5 qızıl qaydası


Bədən dili dedikdə jestlər və mimikalar, hətta ünsiyyət zamanı səs tonu nəzərdə tutulur. Araşdırmalara görə qarşı tərəfə məlumatların effektiv ötürülməsi baxımından jestlər və mimikalar 55-60 %, səs tonu 30-35 %, sözlər isə 8-10 % əhəmiyyət daşıyır. Bu baxımından, məlumatların effektiv ötürülməsi baxımından və ünsiyyətin təsirli olması üçün bədən dilindən istifadə edin. Ünsiyyət zamanı bədən dilindən istifadə edilməməsi nəticəsində sözləriniz nə qədər əhəmiyyətli olsa bele fayda verməyəcək.

3. Xoş ifadələrdən istifadə etmək.

Effektiv ünsiyyət qurmağın 5 qızıl qaydası


Aqressiya aqressiya gətirir. Eynilə də, ünsiyyət zamanı birinə xoş söz söyləsəniz qarşılığı da xoş söz olacaqdır. Bunu bir bumeranq kimi düşünün. Ona görə də təsirli bir ünsiyyət üçün xoş ifadələrdən istifadə etmək məsləhətdir. Unutmayın ki, xoş sözlər hamının xoşuna gəlir.

4. Yaxşı bir natiq kimi, yaxşı bir dinləyici də olmağı bacarmaq.

Effektiv ünsiyyət qurmağın 5 qızıl qaydası


Təsirli danışmaq qədər, dinləmək də önəmlidir. Bu baxımdan aktiv bir dinləyici olmaq, effektiv ünsiyyətin təməl prinsiplərindən biridir.

5. Empatiya qura bilmək.

Effektiv ünsiyyət qurmağın 5 qızıl qaydası


Empatiya özünü qarşıdakının yerinə qoyaraq onun düşüncə və davranışlarına şərik çıxmaqdır. Empatiya quraraq dediyin hər hansı bir sözün qarşı tərəfdə hansı hiss yarada biləcəyini öyrənə bilərsiniz və bununla da kəlimələr seçərkən daha diqqətli davranaraq ünsiyyətin uğurlu olmasına nail ola bilərsiniz.

Ünsiyyət mövzusuna toxunmuşkən ünsiyyətin səmərəli baş tutması üçün vacib məqamlardan biri olan ünsiyyət zamanı məsafə seçimi ilə bağlı Alları Piz tərəfindən müəyyənləşdirilmiş psixoloji məsafənin zonalarını nəzərinizə çatdırıram:

-İntim zona ( 15 sm-dən 46 sm qədər)- xüsusi bufer zonasıdır. Bu zonaya ən yaxın emosional təmasda olan adamlar nüfuz edə bilər.
-Şəxsi zona ( 46 sm-dən 1,2 m-ə qədər)- dostluq üçün optimal ünsiyyət sahəsidir. Bu sahədə dostların bir-birinə toxunması mümkündür.
-Sosial ünsiyyət zonası (1,2 m-dən 3,6 m-ə qədər)- işgüzar ünsiyyət üçün səmərəli sahədir.
-Kütləvi zona (3,6 sm-dən daha çox)- ictimai yerlərdə bir-birini tanımayan insanlar arasında ünsiyyət üçün səmərəli sahədir.











HR-AZ.com portalının paylaşımlarından xəbərdar olmaq üçün rəsmi Linkedin Telegram səhifələrimizi izləyə bilərsiniz.

Mənbə:
HR-AZ.com / Nüsrət Xəlilov
Oxşar məqalələr
Şərhlər
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə