Ətrafımızdakı insanları necə kəşf etmək olar?

06 iyun, 2020 1 1 036


Ətrafımızdakı insanları necə kəşf etmək olar?


Komanda qurarkən, iş yoldaşını seçərkən və ya şəxsi həyatınızda yer alan insanları kəşf edərkən onların sizin üçün doğru seçim olduğuna əmin olmaq ən önəmli faktorlardan biridir. Doğru seçim etmək üçün düzgün suallar vermək lazımdır. Psixoloqlar insanın şəxsiyyətini anlamaq üçün bir çox metodlardan istifadə edirlər. Ancaq bu üsulların çoxu gündəlik həyatda da asanlıqla istifadə üçün keçərli ola bilər.

Bəs hər gün ətrafımızda olan insanların şəxsiyyəti haqqında bir fikir əldə etmək üçün sürətli və elmi cəhətdən təsdiqlənmiş bir yol varmı?

Wake Forest Universitetində ətrafımızda olan insanların əslində necə bir şəxsiyyətə sahib olmasını sübut edən araşdırma aparılıb.

Alimlər insanların daxili şəxsiyyətini kəşf etmək üçün başqalarının etdikləri barədə düşüncələrini soruşmağın lazım olduğunu bildirib. Beləliklə, başqalarını necə qəbul etməyiniz, öz şəxsiyyətiniz haqqında çox şey ortaya qoyur. Tədqiqatın rəhbəri Dr. Dastin Vud deyir:

"İnsanları mənfi görməyə meyl depressiya və müxtəlif şəxsiyyət pozğunluqlarından qaynaqlanır. Şəxsiyyət pozğunluğu xüsusiyyətlərinin böyük bir hissəsi başqalarını mənfi obrazdakı kimi görməklə əlaqələndirilir."

Doktor Vud tədqiqata cəlb etdiyi şəxslərə tanıdıqları müxtəlif insanlar haqqında suallar verərək bu nəticəyə gəlib. O, bir nəfərə araşdırma qrupundakı üç nəfərin müsbət və mənfi tərəflərini izah etməsini istəyib.

İnsanları müsbət qiymətləndirənlərin daha xoşbəxt, həvəsli və emosional olaraq daha qətiyyətli olduqları məlum olub. Nəticədə bu müsbət perspektivə sahib insanların öz həyatlarından da olduqca məmnun olduqları nəzərə çarpıb.

Bunun əksinə olaraq başqalarını mənfi qiymətləndirənlərin isə daha yüksək dərəcədə narkisizm və antisosional davranışlara sahib olduğu ortaya çıxıb.

Ümumiləşdirsək, insanlar başqalarını nə ilə mühakimə edərlərsə özlərini də bu şəkildə ifadə edərlər. Təbii ki, istisnaların da var olduğunu unutmaq olmaz.











HR-AZ.com portalının paylaşımlarından xəbərdar olmaq üçün rəsmi Linkedin Telegram səhifələrimizi izləyə bilərsiniz.

Mənbə:
Banco.az
Oxşar məqalələr
Şərhlər
Hollie31 dekabr 2023, 12:49
Very soon this site will be famous amid all blog people, due to it's good articles or reviews

my site ... https://www.cucumber7.com/
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə