Uğurlu network qurmağın yolları

30 avqust, 2020 0 1 924


Uğurlu network qurmağın yolları


İş dünyasının olmazsa olmazlarından biri də network qurmaqdır. Bəs uğurlu network qurmaq üçün nə etməli?

İş həyatında istədiyiniz yerə nail olmaq, karyera pilləkəninə möhkəm addımlarla qalxmaq üçün doğru insanlarla bir araya gəlməlisiniz. Doğru insanlarla quracağınız network sizi hər zaman irəliyə aparacaqdır. Əvvəla, bunu unutmamalıyıq ki, iş görüşləri, iş səfərləri, hətta sosial şəbəkələrdən LinkedIn də bizim üçün ən vacib network imkanlarındandır. Belə yerlərdə özünüzü düzgün tanıtmalı və ifadə etməlisiniz.

Anlayışlı olun
Ünsiyyət bacarıqlarınızdan istifadə etmək üçün hər şeydən əvvəl yaxşı dinləyici olmalısınız. İnsanların karyera hədəfləri və onlara nail olmaq haqqında fikirlərini dinləməlisiniz. Qarşınızdakı şəxsə qarşı anlayışlı olmalısınız ki, siz də öz fikirlərinizi həmin şəxsə rahatlıqla izah edə bilərsiniz.

Pozitiv üslub və bədən dilindən istifadə edin
Hər bir münasibətdə pozitiv olmaq sizi bir addım daha irəli aparacaq. Eyni zamanda, qarşınızdakı şəxsə pozitiv yanaşdıqda, səmimi olduğunuz müddətcə o da sizə daha yaxın olacaq, həmçinin sizi başqalar ıli də tanış edəcək.

Başqaları üçün səy göstərin, yol göstərən olun
Həyatda hər münasibətdə qarşınızdakı şəxsin nə istədiyini bilmək üçün hisslərinizi doğru idarə etməlisiniz. Məsələn, daha çox maraqlandığı mövzularda film, kitab və ya məqalə tövsiyə edə bilərsiniz.

Qarşınızdakı şəxsə güvən verməlisiniz
Network qurmaqda bəhs etdiyimiz, qarşınızdakı şəxsin sizə tamamən güvənməsi deyil. Sadəcə maraqlandığınız mövzularda, iş və karyera sahəsində güvən verməyinizdir. Bir şəxs başqasıyla iş qurarkən əvvəlcə öz etibarını düşünür. Bu səbəbdən də qarşısındakı şəxsin etibarlı biri olduğundan əmin olmalıdır.

Qarşınızdakı şəxsin rahatlıq zonasına daxil olun
Uğurlu network qurmaq, həm də münasibətlərdə səmimiyyət səviyyəsinə çatmaq deməkdir. Anlaşılmaq, fərq edilmək istəyirsinizsə, digər şəxsin rahatlıq zonasına daxil olun. Bunun üçün sözlərinizdə və işinizdə tutarlı olmağınız kifayətdir.

Səmimiyyətinizlə xatırlanın
İş həyatı və network dedikdə ağlınıza yüzlərlə, hətta daha çox insan gələ bilər. Bu qədər çoxluq içində network qurmağa çalışdığınız şəxs nə dediyinizi xatırlamasa da, ona necə hiss etdirdiyinizi əsla unutmaz. Mimikanızla, danışıq tərzinizlə olduğunuz kimi qalın. Fərqli bir imic yaratmayın.

Əlinizdəkilərin dəyərini bilin
Hər zaman əhatənizi genişlətməyə çalışmaq müsbət görünsə də, yeni əlaqələr qurmaq istəyərkən digərlərinə də eyni diqqəti göstərməlisiniz. İnsanları iş, karyera istiqamətlərində dəstəkləyin və etibarlarına xələl gətirəcək davranışlardan qaçının.











HR-AZ.com portalının paylaşımlarından xəbərdar olmaq üçün rəsmi Linkedin Telegram səhifələrimizi izləyə bilərsiniz.

Mənbə:
Markzone.az
Oxşar məqalələr
Şərhlər
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə