İş həyatını dözülməz edən 15 müdir tipi

21 may, 2018 70 4 859


İş həyatını dözülməz edən 15 müdir tipi


Müdirlər iş həyatımızın dəyişilməyən hissələridir. Bir işdə işləyirsinizsə mütləq ki bir müdir var və sizin nə edib nə etməyəcəyinizi söyləyəcək. Sizin üçün 15 müdir tipini təsnifləşdirdik. Bəlkə də sizin müdiriniz bunların arasından biridir...

Müdirin yaxşısı-pisi olmaz. Müdir deyilən şəxs iş həyatının əsas elementidir. Müdirsiz iş də olmaz, işçi də. Qarşısında hamımız pencəyimizin düymələrini bağladığımız, saçımızı düzəltdiyimiz bir idarə edici rəhbərlə işləyirik. Bəzi müdirlər çox mülayim və yolagedən xoş insanlar olsa da, bəzi müdirlər də iş həyatımızı həbsxanaya çevirə bilirlər.

1.Heç vaxt məmnun olmayan müdir Rövşən

İş həyatını dözülməz edən 15 müdir tipi


Rövşən kimilərin nəbzini tutmaq çətindir. Gedişatın pis olmağına heç ehtiyac yoxdur. İşlərin yaxşı səviyyədə olmağı onu dəli etməyə kifayət edir. Aylıq 500 satış hədəfləyən Rövşən tipli müdir “Niyə 501 olmadı niyə!” deyib özünü itirə bilər. Rövşən kimiləri məmnun etməyə çalışıb öz iş həyatınızı məhv etmək yerinə təzə iş axtarmağınızı məsləhət görürük.

2.”Aldın payını” modunda olan müdir Davud
İş həyatını dözülməz edən 15 müdir tipi


Davud kimilər də dayanmadan işçidə xəta, qüsur axtarar. Hər şeyi soruşarlar, guya işin nəzarətinin tamamilə öz əllərində olduğunu göstərməyə çalışarlar. Amma “Bu niyə edilmədi” kimi suallara çox vaxt “Axı siz etməyin dediniz Davud müəllim” kimi cavablar alıb donub qalarlar.

3.İşçidən zəhləsi gedən müdir Samir
İş həyatını dözülməz edən 15 müdir tipi


Samir kimilərin işçi fobbisi var. Bunu başa düşmək də olmur. İşçilərin bir-biriləri arasındakı ünsiyyətdən belə iyrənər bunlar. Utanmasa “Nə gündəsiniz kasıblar!” ifadəsiniz əks etdirən baxışlara sahib olr bu tip müdirlər.



4.Beyni tüstüləyən müdir Kamran
İş həyatını dözülməz edən 15 müdir tipi


Kamran kimi müdirlər özlərinə nəsə deyiləndə beyinləri “tormoz”layar. Aylıq, illik balans hesabatlarından başları xarab olan bu müdirlərdə əlavə məlumatlar çox yüklənmə (overloaded) deməkdir və bunu açıq-aydın aşkar edərlər. Bu tip müdiriniz varsa çox yükləmə etməyin. Allah eləməsin. Çörək ağacınızdır.

5.Ofisin gülü müdirə İlhamə
İş həyatını dözülməz edən 15 müdir tipi


İlhamə kimi müdirlər kişi işçilərinin həmişə hörmətdən yuxarı hissləri ilə narahat edərlər. Öz aralarında zoopark mühiti yaradan kişi işçilər İlhamı xanımı görəndə təbii mühitlərindən sıyrılaraq başqa havaya bürünərlər.



6.Daim məşğul insan Hikmət bəy
İş həyatını dözülməz edən 15 müdir tipi


Hikmət bəy kimi müdirlərlə işinizin ilk günündə ünsiyyət qura bilmək çox vacibdir, yoxa iş həyatınızı boyunca qəbuluna düşə bilməyəcəksiniz. Daim məşğul olduğunu söyləyərək istefanızı belə qəbul etməyərək sizi paradoks kimi təkrarlanan bir döngüyə məhkum edər Hikmət bəy kimi müdirlər. Əlsində məşğul zad da deyillər, əlçatmaz adam olmaq kimi qəribə xasiyyətləri var.

7.Problemli adam Ceyhun bəy
İş həyatını dözülməz edən 15 müdir tipi


Ceyhun bəy kimi müdirlərin də şəxsi həyatlarında aşa bilmədikləri qəribə problemləri var daim. Psixologiyaları min parça puzzle kimidir. Hər gün fərqli həyəcan, hər gün fərqli paranoyadır Ceyhun müdirin işçiləri üçün. Baxarsan ki ofisinə katibəsi basqın edər, bir də görmüsən ki otağından qəribə səslər yüksəlir. “Bu adam bu beyinlə necə şirkət qurub” deyə fikirləşərsiniz.

8.Xoşbəxt və varlı Yaqub bəy
İş həyatını dözülməz edən 15 müdir tipi


Yaqub bəy kimilər üçün işçilərin aldığı maaşın heç bir əhəmiyyəti yoxdur. Ən çox qazanan işçisinin maaşını bir restoranda ofisianta bəxşiş məqsədilə verə bilən bir zənginliyin içərisində gözləri kor olmuşdür Yaqub bəyin. “Pul var, sakitçilik var” fəlsəfəsinin pərəstişkarıdır bu tip müdirlər. Pulları qurtarsa, iki gün sonra kasıblıqdan zəhərlənib həlak olarlar.

9.Etməyə işi olmayan müdir Ceyhun
İş həyatını dözülməz edən 15 müdir tipi


Ceyhun kimi müdirlər də şirkət qurub en qədər insanı işə qəbul edib özünə iş saxlamayan tipdə adamlardır. Bütün gün otağında nə etdiyi məchul olan bir prinsiplə vaxt keçirərlər. Şirkətin aylıq mənfəətindən payını alıb heç bir şeyə əl atmayan Ceyhun kimilər ümumiyyətlə qısa müddətdə şirkəti başqalarına satıb sakit-səssiz yerlərə qaçmağı planlaşdıran tiplərdir sanki. Belə tipdə müdiriniz varsa, siz Allah, gedin baxın görək otağında nə edir. Çox maraqlıdır.))

10.Gördüyü işi sevməyən müdir Kamal
İş həyatını dözülməz edən 15 müdir tipi


Kamal bəy kimilərin də tərzi başqa cürdür. Şirkəti min zəhmətlə qurub sonra da “Aaa, mən bu işi belə düşünməmişdim axı” deyib birdən həvəsdən düşərlər. Özləri işləməzlər, işçilərin gördüyü işlərdən də zövq almazlar, şirkəti bağlamağı da qürurlarına sığışdırmazlar. Şirkət iflas etsin deyə əllərindən gələni edərlər. İşlədiyiniz şirkətdə işlər müdirin sayəsində yolunda deyilsə, fikirləşin, bəlkə də bu insan gördüyü işi sevmir.

11.Dünyadan xəbərsiz müdir Zahid
İş həyatını dözülməz edən 15 müdir tipi


Zahid bəy kimilər mülayım insanlar olsalarda nə texnologiyadan başları çıxar, nə də dünyadan xəbərləri olar. Hər dəfə üz-üzə gələndə “Hey! Budur bizim müdir?” deməyiniz gəlir. Zahid kimi adamların müdirlik etdiyi şirkətlər ümumiyyətlə işçilərin əmək və cəhdlərinə əmanət edilib. İşçilərin insafına qalıb. Yoxsa iş Zahid bəyə qalsa, şirkət iş dünyasında bir ləkə olduğu üçün bağlanmağa məhkumdur.

12.Xroniki hal Əhəd
İş həyatını dözülməz edən 15 müdir tipi


Əhəd kimilərin nəzarət etməyin müşkül olduğu bir sinir sistemləri var. Üç dəqiqə əvvəl bir iş verib, iki dəqiqə sonra edilmədiyini görəndə, qəflətən əsl işgəncə aparatına çevrilirlər. Çox vaxt nəyə əsəbiləşdikləri heç başa düşülməz. İllik məzuniyyətə çıxmaq istəsəniz “Niyə indi niyə!” deyib səsi ilə divarları çatlada bilər. İşə ilk dəfə gələndə sizə mülayim, xoş baxan adamın günlər keçdikcə daxili aləmində Godzilla saxladığına əmin olacaqsınız. Əhəd kimilərin müdir olduğu şirkətlərdə istefa etmək adət-ənənədir.

13.Başdan xarab müdir İlkin
İş həyatını dözülməz edən 15 müdir tipi


İlkin bəy tipində müdirlərin də nə etdiyi bilinməz. Vaxt gələr “Müşfiq sən artıq işə qəbul menecerisən” deyər, növbəti həftə gəlib çatar, “Müşfiq səni kargüzarlıq meneceri etdim” deyər. Bunun kimi müdirlərin şirkətinə rəhbər işçi kimi qəbul olub, mühafizəçi kimi təqaüdə çıxmaq mümkündür. İlkin bəyin qərarlarının dinamikliyi təkcə işçilərlə əlaqədar deyil. Dünənə kimi məişət texnikası satırdısa, qəflətən taksi fəaliyyəti ilə məşğul olmağa başlayar. Hətta özlərini də anidən dəyişdirə bilələr. Bir də görəcəksiniz ki, səhər müdiriniz Nisə xanım olub.

14.Heç kimə qulaq asmayan müdir Yaşar
İş həyatını dözülməz edən 15 müdir tipi


Yaşar kimilərin eqosu kəllə-çarxa çıxmaqla birlikdə, bir də nərdivan qoyub Aya kimi uzanıb. Öz bildiklərini etmək onlara həzz verir, heç kimdən məsləhət almadan düz xətt üstündə yeriyərlər. Bir gün qarşısına çıxıb “Yaşar müəllim, rəqibimiz qiymətləri endirdi, biz də endirək” deyərsiniz, “Səndən ağılmı alacağam, qaldırın qiymətləri” deyərlər. Ümumiyyətlə Yaşar kimilərin axırı heç ürəkaçan deyil.

15.İşçi qovma xəstəsi müdir Bahadur bəy
İş həyatını dözülməz edən 15 müdir tipi


Bahadur bəyin də hobbisi işçi qovmaqdır. Semiçka çıtlama kimi işdən çıxararlar. Qovulmaq üçün məntiqli bir səbəbə ehtiyac yoxdur. Mənasız səbəblər ən sevdiyi qovma bəhanəsidir. Bahadur bəyin “Məzuniyyət günlərin çoxdur, kompensasiyan çox yığıldı” kimi şok edən səbəblər də deyə bilərlər. Qəflətən maaşınızı artırar və iki gün sonra işinizə xitam verər. Siz də çaşıb qalarsınız.











HR-AZ.com portalının paylaşımlarından xəbərdar olmaq üçün rəsmi Linkedin Telegram səhifələrimizi izləyə bilərsiniz.

Mənbə:
HR-AZ.com (Vüsal Xudaverdiyev)
Oxşar məqalələr
Şərhlər
Maryjo20 noyabr 2024, 21:30
For live casino enthusiasts, 21bit Casino gives an unparalleled encounter.


my webpage 카지노친구
Leta20 noyabr 2024, 22:02
We’ve been waiting for a very lengthy time for this one,
but it’s lastly time to add Fanatics Sportsbook app to the listing.



My web-site; 슈어맨
Bobby20 noyabr 2024, 23:54
As an added bonus for borrowers with low credit score scores, LendingClub also provides joint privatte loans.


My page ... Additional Loan
Hong21 noyabr 2024, 02:22
Compare our Interest Rates by FICO, Repayment
Term and Option.

Review my web page ... Non-Visit Loan
Elvia21 noyabr 2024, 02:31
Close to sixty % of people with credit card debt hsve been in debt for
no less than a year.

Here is my page :: 이지론
Katherina21 noyabr 2024, 08:23
Caesars additionally partnered with thee Rangers and Knicks, giving the company
publicity inside and out of doors Madison Square Garden.

Also visit myy web site - click
here
Annabelle21 noyabr 2024, 08:23
The rise of blockchain expertise, the proliferation of digital currencies, and the growing demand for on-line betting options have all
contributed to an ever-evolving panorama.

Visit my web-site ... 슈어맨
Von22 noyabr 2024, 09:42
Credit Rebuilder loans are used to pay off collections, judgments,
or past due accounts on your credit report.



Here is my webpage: 이지론
Eulah22 noyabr 2024, 12:36
You don’t need to put up any collateral, and funds adjust relying onn how a lot you borrow.



Look at my web page Loan for
Housewives
Charmain23 noyabr 2024, 07:28
This Credit Union is federally-insured by the National
Credit Union Administration.

Also visit my web page; 24-Hour
Loan
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə