Oxuduqlarınızı yadda saxlamağın ən effektiv yolu

25 mart, 2019 0 1 110


Oxuduqlarınızı yadda saxlamağın ən effektiv yolu


Bill Qeyts dünyanın ən uğurlu insanlarından biridir. Bunu hamımız bilirk. Bəs, Bill Qeytsin uğurunun arxasında nə dayandığını yetəri qədər bilirik? Kreativlik, xəyal gücü və zəhmətkeşlik kimi faktorlarla bərabər Bill Qeytsin uğur qazanmasına borclu olduğu daha bir faktor var: Çox oxumaq!

Bir çox uğurlu insanın "Çox oxuyun!" dediyini eşitmisiniz. Roman, hekayə, elmi kitablar, fərdi inkişaf kitabları və onlayn resurslar inkişafınıza dəstək olur. Amma, oxuduğunuz kitabları yalnızca oxuyub bir sonrakına keçməməyiniz lazımdır.

Bağlantı qurmadığınız informasiyanı daha tez unudursuz.


Bill Qeyts ildə təxminən 50 kitab oxuyan bir kitab qurdudur. Oxuduğu kitablardan daha çox fayda əldə etmək üçün özünün bir üsulu var. O, oxumağa başladığında zehnini boş bir yazı lövhəsi şəklində xəyal edir. Oxuduqca önəmli nöqtələri bu lövhəyə yazaraq zehninə qeydlər edir. Bu müddətdə qeydləri arasında müəyyən bağlantılar qurur.

Bu üsul oxuduqlarınızı daha uzun müddət xatırlamağınıza və informasiyanın daha qalıcı olmasına köməklik edir.

Bir çərçivə daxilində öyrənməyə çalışın.


Öyrənərkən mövzu haqqında ümumi bir çərçivə yaradın və qeydlərinizi bu çərçivənin içinə yerləşdirməklə müddəti qısalda bilirsiniz. Çərçivə daxilində düşünərək bir-birilə əlaqəsiz olduğunu düşündüyünüz informasiyanın da əslində bir nöqtədə əlaqəli olduğunu fərqinə varacaqsan. İnformasiya zehnində dağınıq bir şəkildə durduğu zaman unutmağın asanlaşır. İnformasiya əlaqəli şəkildə öyrənilən zaman daha uzun müddət zehində qalır. Əlaqəli informasiyanı unutmağın da daha çətin olur.

Böyük rəsmi yaratmağın təməli: tarix


İstər çərçivə, istər anlam ağacı, istərsə də xəritə olaraq adlandırın, əlaqə quraraq öyrəndiyiniz bir üsuldan istifadə edirsinizsə, lazım olan ilk şey mövzunun tarixidir. Mövzunun tarixini öyrənərək səbəb-nəticə əlaqəsini yarada bilərsiz. Bu sayədə informasiya arasındakı əlaqələr daha sağlam olar.











HR-AZ.com portalının paylaşımlarından xəbərdar olmaq üçün rəsmi Linkedin Telegram səhifələrimizi izləyə bilərsiniz.

Mənbə:
Moneta.az
Oxşar məqalələr
Şərhlər
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə