Bill Qeytsin seçdiyi kitablar

02 dekabr, 2018 0 658


Bill Qeytsin seçdiyi kitablar


Bu günə nəzər yetirdikdə, təhsil almaq üçün elə də böyük imkanlarım olmayıb. Gənc olduğum zamanlarda, biliklərimi inkişaf etdirmək üçün alternativ üsullar çox az idi. Valideynlərimin ensiklopediya toplusunu əlifba ardıcılığı ilə oxumuşdum. Amma buna baxmayaraq, online məşğələlər, video-mülahizələr və xüsusi internet üzərindən yeni ideyaların kəşfi üçün yararlana biləcəyim materiallar yox idi.

Bu gün artıq bütün qeyd etdiklərimin mövcüdluğuna baxmayaraq, yeniliklər haqqında biliklərimi yenə də, sevdiyim üsulla oxuyaraq əldə edirəm. Orta hesabla, uşağlıq illərindən bu günə qədər hər həftə bir kitab oxuyuram. Keçirdiyim gün ərzində daim məşğul olduğum halda belə, mütaliə üçün daim vaxt ayırıram.
Əgər bayram ərəfəsində kitab oxumaq istəyirsinizsə, bir neçə maraqlı kitabları qeyd etmək istərdim. Bu kitablarda siz – tennisdən və bu idman növündə istifadə edilən ayaqqabı, genom elmindən - liderlik anlayışına qədər olan mövzuların eklektik bağlarını əhatə edən mövzülardan yararlana biləcəksiniz. Qeyd etmək gərəkdir ki, seçilən kitablar, yaxşı yazılmaqla yanaşı, bəhs edilən gözlənilməz ideyaları ilə mənə xoş təsir edə bildi.

Bill Qeytsin seçdiyi kitablar


String theory, David Foster (Simlərin teoriyası-Devid Foster)

Bu kitabın fizikaya heç bir aidiyyatı olmadığı halda, onu oxuyarkən kənardan çox ağıllı görünəcəksiniz. “Simlərin teoriyası” Uollesin- tennis və Microsoftda işlədiyim zamanlardan maraq göstərdiyim idmandan bəhs edən beş ən yaxşı yazı toplusunun vəhdətidir. Tennis barəsində ən bəsit anlayışlarınızın olmasına baxmayaraq, kitab sizə maraqlı gələcək. Çünki yazar, tennis üzrə mütəxəssis olan Rodcer Federer qədər öz sahəsi üzrə məharətlidir.


Shoe Dog, Phil Night (Ayaqqabı satıcısı - Fil Nayt)

Bu yazı Nike şirkətinin həmtəsisçisinin, uğurlu biznesə aparan yolun səhv və müəmmalı olduğunu əks etdirən hekayələrdən ibarətdir. Qeyd edim ki, Nayt ilə bu illər ərzində bir neçə dəfə rastlaşmışıq. Həyatda sakit təbiətli görünməsinə baxmayaraq, yazdığı kitabda əzmli lider kimi çıxış edir. Məhz bu cəhət hər kəsə aid ola bilməz. O oxucuya nəisə öyrətməyə çalışmır. Daha yaxşı, tam dürüstlüklə öz tarixçəsini bölüşür.


The gene, Siddhartha Mukherjee (Gen- Siddxarta Mukerci)

Həkimləri həm xəstələri sağaltmaq, həm tibb-tələbələrini yönləndirmək, həm də eyni zamanda tətqiqatlar aparması ilə əlaqədar “üç qat təhlükə” adlandırırlar. Yazara görə, Kolumbiya universitetində bütün bu prosesləri icra edən Mukerci özü isə “dördüncü təhlükə” sayılır. Çünki o həm də, Pulitser mükafatının laureatıdır. Sonuncu kitabında, Mukerci bizi genom elminin keşmişi və gələcəyinə aparacaqdır. Yazar yaxın gələcəkdə, genom elminin hər birimizə toxunacağını inanaraq, kitabı adi insanlar üçün xüsusi olaraq, yazmışdır.

The myth of the strong leader, Archie Brown (Güclu lider haqqında mif -Arçi Braun)

Sərt seçkilərdən sonra Oksford universitetinin alimi tərəfindən ərsəyə gələn kitabı oxumaq qərarına gəldim. Braun əslində, bəşər tarixinə yenilik gətirən liderlərin, bizim alışdığımız “güclü rəhbər” obrazından fərqliliyini göstərir. Əksinə olaraq bu qəlibdən olan insanlar - əməkdaşlığ edir, danışıqlar aparır və etiraf edir ki, bir insan bütün sualların cavabını bilə bilməz və məcburiyyətində deyil. Braun, kitabın 2016-cı ildə belə böyük rezonansa səbəb ola biləcəyini heç təsəvvür edə bilməzdi.


The grid, Gretchen bakke (Şəbəkə - Qretxen Bakke)

Sonuncu qeyd edəcəyim kitab mənim ən sevdiyim “Adiləşən hər bir şeyin, əslində nə dərəcədə mükəmməl olmasından bəhs edən” janrda, köhnələn elektrik şəbəkəsi haqqında yazılıb. Bu mövzü ilə maraqlanmağımın səbəbi isə, məktəb illərində ilk proqram təminatımı, ABŞ-ın şimal-qərbində yerləşən enerji sistemlərinin idarəsi ilə məşğul olan şirkət üçün hazırlamışdım. Əgər siz cərəyanın ötürülməsi barəsində düşünməmisinizsə, bu kitab sizi elektrik şəbəkəsinin - müasir dünyanın ən uğurlu texniki nailiyyətlərindən biri olduğuna inandıra biləcək. Oxuduqdan sonra, artıq elektrik şəbəkəsinin ekoloji təmiz cərəyan mənbələri ilə modernləşməsinin nə dərəcə qəliz və lazımlı olduğunu anlaya biləcəksiniz.











HR-AZ.com portalının paylaşımlarından xəbərdar olmaq üçün rəsmi Linkedin Telegram səhifələrimizi izləyə bilərsiniz.

Mənbə:
Banco.az
Oxşar məqalələr
Şərhlər
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə