İnnovativ düşüncəyə sahib olmaq üçün 5 vərdiş

28 oktyabr, 2018 0 1 603


İnnovativ düşüncəyə sahib olmaq üçün 5 vərdiş


Nə iş görürüksə görək, demək olar ki, hamımızın yeni və yaradıcı fikirlərə ehtiyacı var. Hamı kimi düşünmək yerinə fərqli düşünməyə fokuslanmalısınız. Bunun üçün də dahi və ya elm adamı olmağa ehtiyac yoxdur. Bunu etmək düşündüyünüz qədər çətin deyil. Sadəcə, düşüncə qabiliyyətimizi bir balaca inkişaf etdirməliyik. Bunu da əldə edəcəyimiz bir sıra vərdişlərlə bacaracağıq.

Başlayaq!

1) Kitab oxuyun, amma həftədə 1-2 dəfə yox.

İnnovativ düşüncəyə sahib olmaq üçün 5 vərdiş


Bazar günündən bazar gününə kitab oxumağın düşüncənin inkişafına gözlə görülən bir təsiri olmayacaqdır. Buna görə də günün hər anında kitabınız yanınızda olsun. Səhər oyandığınızda, axşam yatmadan öncə, işə və ya universitetə gedərkən, günorta fasiləsində bir neçə səhifə də olsa kitab oxuyun. Mütəmadi oxuyan zehin günün hər anında məhsuldarlığa açıqdır.

2) Yazın, çəkin, nələrsə qaralayın.

İnnovativ düşüncəyə sahib olmaq üçün 5 vərdiş


Qeyd almaq üçün ağıllı telefon istifadə etmək yerinə kağız və qələmdən istifadə sizi daha yaradıcı edər. Buna görə də, üstünüzdə və ya masanızda bir dəftər və qələm olmasına diqqət edin. Düşünərkən əlinizdə qələm olduğunda özünüzü daha yaxşı fokuslanmış hiss edəcəksiniz.

3) Şablon olsa da, həqiqətdir. Hobbiniz olsun.

İnnovativ düşüncəyə sahib olmaq üçün 5 vərdiş


Boş vaxtlarınızda vaxtınızı "öldürmək" üçün deyil, hobbiləriniz üçün ayrıca vaxtınız olsun. Bu hobbi vaxt və zəhmət tələb edən, həmçinin edərkən böyük zövq alacağınız bir şey olsun. Mümkündürsə, xüsusi bir hobbi olsun... İdman salonuna getmək və ya kompüter oyunu oynamaq kimi hər kəsin etdiyi adi şeyləri hobbi olaraq qəbul etməyin.

4) Sizə ilham verən şeyləri kəşf edin və arxasınca gedin.

İnnovativ düşüncəyə sahib olmaq üçün 5 vərdiş


Özünüzü yaradıcı hiss etdiyiniz anlarda ümumiyyətlə, nəyə qulaq asırsınız, hara baxırsınız, hardasınız və ya o an nə edirsiniz? Bunları hiss etdiyiniz anda qeyd edin. Ehtiyacınız olduğunda isə eyni mühiti yaradaraq kreativliyinizi artıra bilərsiniz. Sizə ilham verən şeyin həmişə bir mühit və ya situasiya olması mütləq deyil. Bu bəzən bir şəkil, hətta bir diş fırçası da ola bilər.

5) Qlobal düşünün.

İnnovativ düşüncəyə sahib olmaq üçün 5 vərdiş


Yenilikçilik və yaradıcılıq doğuşdan gələn xarakterlər olaraq zənn edilsə də, əslində bunlar sonradan öyrənilə bilən və inkişaf etdirə bilən xarakterlərdir.

Xəyal gücümüz öyrəndiklərimizlə inkişaf edir. Buna görə öyrəndiklərimizi, qəbul etdiyimiz ətraf mühitlə limitlənməməli və qlobal düşünməliyik. Dünyada olan inkişafı və ortaya problemləri izləməli, problemlərə həll yollarını yaxından incələməliyik.

İnnovativ düşüncə tərzinin sizə açacağı qapılar saymaqla bitməz.











HR-AZ.com portalının paylaşımlarından xəbərdar olmaq üçün rəsmi Linkedin Telegram səhifələrimizi izləyə bilərsiniz.

Mənbə:
Moneta.az
Oxşar məqalələr
Şərhlər
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə