Bayramdan sonra özümüzü işləməyə necə məcbur edək?

24 fevral, 2018 0 570


Bayramdan sonra özümüzü işləməyə necə məcbur edək?


Bayram tətillərindən sonra bir çoxları kimi heç cür yenidən iş mühitinə adaptasiya ola bilmirsinizsə bu məqalə məhz sizin üçündür.

İlk olaraq, işə qarşı münasibətimizdən başlayaq. “Tez axşam olsaydı”, “Həftə sonu tez gəlsəydi”, “Kaş tətil olsaydı”, “Məzuniyyət vaxtı yetişsəydi”, “Bazar ertəsinə nifrət edirəm”. Əgər bu ifadələri tez-tez işlədirsinizsə probleminiz var deməkdir.

Həyatı iş və “həyat” olaraq iki yerə bölənlər üçün iş – az olmasını istədiyimiz dəhşətli dərəcədə xoşagəlməz bir şey, həyat isə – daha çox olmasını istədiyimiz inanılmaz dərəcədə gözəl bir şeydir.

Bəyənib, bəyənmədiyimizdən asılı olmayaraq, həyatımızın böyük hissəsini işdə keçiririk. Buna görə də, ya işə qarşı münasibətimizi dəyişməli, ya da yeni iş tapmalıyıq.

İşinizi sevdiyinizi güman edək. Lakin yenə də yorulursunuz, gücdən düşənə qədər çalışırsınız, səbirsizliklə günün sonunu, hər həftə sonunu, növbəti bayram tətillərini və məzuniyyəti gözləyirsiniz. Sonra isə bazar ertələrini dəhşət hissi ilə qarşılayırsınız.

Bu da kifayət qədər təhlükəli simptomdur: gücünüz tükənənə qədər işləyirsiniz. Normal iş ritmində həftə sonları fiziki bərpa olunma üçün lazım deyil. Həftə sonları – özünü təkmilləşdirməyin bir yolundan digərinə keçməkdir.

Həftə sonları həyat ritminizi həftə içi olduğu kimi (və yaxud əksinə) təşkil etdikdə işə qayıtmaq bir qədər asan olacaq.

Həftə içi 6 saat yatıb, həftə sonu isə 12 saat yataraq yuxunuzu kompensasiya etmək əvəzinə, hər gün 8 saat yatmağı sınaqdan keçirin. Onsuz da yuxunuzu yüz faizlik ala bilməyəcəksiniz (çox saylı araşdırma ilə sübut olunub).











HR-AZ.com portalının paylaşımlarından xəbərdar olmaq üçün rəsmi Linkedin Telegram səhifələrimizi izləyə bilərsiniz.

Mənbə:
Banker.az
Oxşar məqalələr
Şərhlər
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə