Komanda ilə onlayn fikir mübadiləsi necə aparılmalıdır?

06 iyun, 2020 0 803


Komanda ilə onlayn fikir mübadiləsi necə aparılmalıdır?


“Computers in Human Behavior” jurnalının apardığı tədqiqat göstərir ki, virtual beyin fırtınaları vasitəsi ilə daha yaradıcı həllər və ideyalar tapmaq mümkündür. “Harvard Business Review”nun məlumatına görə, hər hansı bir ekstravertin hər kəslə danışa biləcəyi üzbəüz görüşlərdən fərqli olaraq, onlayn brainstorming işçilərə şəbəkədə özlərini daha anonim hiss etməyə, fikirlərini daha sərbəst şəkildə ifadə etməyə şərait yaradır və nəticədə daha çox insan beyin fırtınasında iştirak edir.

Komandanızı işə cəlb etmək üçün interaktiv lövhələrdən və digər onlayn vasitələrdən istifadə edin. Bu kimi vasitələr komanda beyin fırtınasının virtual versiyasını yaratmağa kömək edir.

Daha davamlı bir beyin fırtınası üçün artıq istifadə etdiyiniz proqramda mövcud olan vasitələrdən istifadə edin. Onlayn ağ lövhələr iclas iştirakçılarına ümumi ekranda sərbəst şəkil çəkməyə və yazmağa imkan verir.

“IDEA Consult” layihəsi çərçivəsində çalışan korporativ mədəniyyət məsələləri üzrə məsləhətçi Yoris Yanssens (Joris Janssens) 60 komanda yoldaşı ilə birlikdə virtual brainstorming təlimatını hazırlayıb. Yanssens komandanın altı-səkkiz nəfərdən ibarət işçi qruplarına bölünməsini tövsiyə edir.

“İşçi qruplarında bir neçə suala cavab vermək lazım idi. İştirakçılardan intuitiv şəkildə qeydlər aparmalarını və hər xananı stiker kimi fərz edərək bir ideya yazmağı xahiş etdilər”. - deyə Yanssens “Medium”da yazıb.

Fərqli sual qrupları səhifədə tapşırıqların ayrı-ayrı mərhələlərinə aid olan müxtəlif əlfəcinlərə (bookmark) bölünmüşdü.

Videokonfranslarda görüş təşkilatçıları təyin olunmuş qrupları “konfrans zallarına” və ya bir neçə iştirakçı ilə kiçik görüşlərə yönləndirə bilər. Zoom konfrans zalları arasında gəzişərək danışıq və müzakirələri yoxlamaq mümkündür.

Yanssens qrupları əvvəlcədən təşkil etməyi və ümumi sənəddə işləmək üçün sualları da qabaqcadan hazırlamağı tövsiyə edir. Canlı ofis toplantısında olduğu kimi burada da ofis etiketinə riayət etmək vacibdir. Uzun nitqlər söyləməyin, təqdimatları nəzakətlə dinləyin və qoyulmuş tapşırığa diqqət yetirin.

“Vodafone” əməkdaşı Ordunyanın verdiyi məlumata görə, evdə işləmək diqqəti daha çox yayındırsa da etika qaydalarına eyni dərəcədə riayət edilməlidir.

“Mən sizə uğursuzluq və sürətli öyrənmə prosesi üçün təhlükəsiz mühit yaratmağı, əməkdaşlıq üçün mövcud olan vasitələrdən istifadə etməyi, daimi geri əlaqəni təşviq etməyi və əlaqələri dərinləşdirməyi tövsiyə edirəm”, — Ordunya vurğulayır. “Bu yanaşma kiçik müəssisələrlə yanaşı həm də çoxmillətli şirkətin baş direktoruna qədər bir çox peşəkara fayda verə bilər”.

Düzgün etiket dedikdə virtual görüşlərə vaxtında gəlmək, danışmadığınız zaman mikrofonu söndürmək, kameradan istifadə etmək və seminarda faktiki iştirak etmək və s. nəzərdə tutulur.











HR-AZ.com portalının paylaşımlarından xəbərdar olmaq üçün rəsmi Linkedin Telegram səhifələrimizi izləyə bilərsiniz.

Mənbə:
Banco.az
Oxşar məqalələr
Şərhlər
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə