Azerconnect şirkəti aşağıda qeyd olunan vakansiyalar üzrə namizədləri öz komandasına dəvət edir!
Azerconnect Azərbaycanda informasiya və kommunikasiya texnologiyaları sahəsində korporativ müştərilərin ehtiyaclarına uyğun xidmətlər və optimal həllər təqdim edən ilk B2B (Business to Business - Biznesdən biznesə) şirkətdir.
Komandaya qoşulmaqla siz rəqabətli, yenilikçi və həvəsləndirici korporativ mühitdə yerli və xarici peşəkarlarla çalışmaq, telekommunikasiya sahəsində təcrübə və səriştə qazanmaq, karyerada irəliləmə və inkişaf etmək imkanı əldə edəcəksiniz. Şirkət bir sıra vəzifələrə müvafiq təcrübə və bacarıqlara sahib olan namizədləri axtarır:
- Backend mühəndisliyi üzrə aparıcı ekspert
- İT üzrə tətbiqetmələrin inkişafı üzrə bölmə rəhbəri
- İT billing üzrə mühəndis
- İT həllər üzrə arxitektor
- UX/UI üzrə mütəxəssis
- Məlumat mərkəzi sahələrin inkişafı üzrə ekspert
- Enerji üzrə qəbul mühəndisi
- Tikinti işləri üzrə qəbul mühəndisi
- Mobil Test və Montaj işləri üzrə mühəndis
- Məlumat analitikası və avtomatlaşdırma üzrə ekspert
Vakansiyalar barədə daha ətraflı məlumat almaq və müraciət etmək üçün aşağıdakı link vasitəsilə keçid almanızı xahiş edirik.
Azerconnect Karyera bölməsi (Link)
HR-AZ.com portalının paylaşımlarından xəbərdar olmaq üçün rəsmi
Linkedin və
Telegram səhifələrimizi izləyə bilərsiniz.
Mənbə:
HR-AZ.com