“SOCAR Upstream Operations Management” MMC qazma əməliyyatları üzrə supervayzer vəzifəsinə əməkdaş axtarır:
Vakansiyaya maraq göstərən namizədlərdən CV’lərini “Qazma əməliyyatları üzrə supervayzer” başlığı ilə
recruitment@suom.az elektron poçtuna 28.10.2026-cı il tarixinədək göndərmələri xahiş olunur.
Yalnız uyğun hesab olunan namizədlərlə əlaqə saxlanılacaq.
İş barədə məlumat
- Təhlükəsizlik qaydalarına ciddi riayət olunmasını təmin etmək, təhlükəsizlik müşavirələri keçirmək, auditlər aparmaq, beləliklə, sahədə təhlükəsizlik standartlarını tətbiqinə əminliyi təmin etmək;
-Quyu proqramı və təhlükəsizlik qaydalarına müvafiq olaraq, bütün quyu sahəsi əməliyyatlara rəhbərlik etmək;
peşəkar inkişaf proqramların təşkili və idarə edilməsi;
-Qazma podratçılarının razılaşdırılmış şərtlərə riayət etməsini təmin etmək;
-Quyu əməliyyatlarındakı fəaliyyətlər üzrə sahədə qazma briqadaları, podratçılar və mühəndislərlə müştərək formada işləmək;
-Əməliyyat parametrlərinə nəzarət etməklə, performansın optimallaşdırılmasını tənzimləmək;
-Buruqda mal-materialların təminatına, işçilərin və podratçıların sahədə olmasına, avadanlıqların hazır vəziyyətdə saxlanmasına nəzarət etmək;
-Şəxsi heyətin, avadanlıqların və materialların koordinasiyası da daxil olmaqla, əməliyyat logistikasını idarə etmək;
-Əməliyyat zamanı yaranan problemləri aradan qaldırmaq və zəruri hallarda düzəldici tədbirlər görmək;
- Növbəti həftənin qazma planını və gündəlik qazma hesabatlarını hazırlamaq, həmçinin xərcləri izləmək və performans qeydlərini aparmaq;
- Daha az təcrübəli işçilərə və qazma komandasına mentorluq etmək;
- Əməliyyat nəzarətçisi və digər komanda üzvləri ilə əməkdaşlıq edərək, mütəmadi olaraq çevik məlumat mübadiləsini təmin etmək və problemlərin səbəbini müəyyən etmək, həlli üzrə təkliflər formalaşdırmaq;
- Əsaslandırılmış qərarlar vermək məqsədi ilə digər xidmətlərin (yataqların idarə edilməsi, texniki qulluq, etibarlılıq və bütövlük, təmir-tikinti, SƏTƏMM və s.) mütəxəssisləri ilə sıx əməkdaşlıq etmək.