Şirkət təkcə 4 illik tədris illərinin deyil, həm də təhsil almaq üçün lazım olan kitabların xərclərini ödəyəcək. İşçilər şirkətdə cəmi 90 gün işlədikdən sonra Amazon təhsil haqqını hüququnu əldə edə biləcəklər. Bununla belə, onlar təhsil müddətində və ya təhsil aldıqdan dərhal sonra işdən çıxsalar, təhsil haqqını qaytarmaq məcburiyyətində qalmayacaqlar.
Həftədə 20 saat işləyən işçilər isə təhsil haqqının 50%-ni almaq hüququ qazanacaqlar.
Ümumilikdə, Amazon 2025-ci ilə qədər proqrama 1,2 milyard dollar xərcləməyi planlaşdırır.
Bu barədə The Wall Street Journal məlumat yayıb.
Müəllif:
Aygün Hüseyn
HR-AZ.com portalının paylaşımlarından xəbərdar olmaq üçün rəsmi
Linkedin və
Telegram səhifələrimizi izləyə bilərsiniz.
Mənbə:
HR-AZ.com