Yüksək vəzifələrə yeni təyinatlar - DOSYE

01 avqust, 2023 0 2 634


Yüksək vəzifələrə yeni təyinatlar - DOSYE


İyulun sonuncu həftəsi yüksək vəzifələrə çoxsaylı təyinatlarla yadda qaldı.

HR-AZ.com xəbər verir ki, dövlət başçısının imzaladığı sərəncamlara əsasən, Arzu Sahib qızı Cavadova, İsmayıl Fikrət oğlu Zərgərli, Ziba Tacəddin qızı Mustafayeva, Babək Elbəniz oğlu Hüseynov, Əfqan Elçin oğlu İsayev, Anar Fərruh oğlu Məmmədov və Fuad Bəkir oğlu Musayev SOCAR-ın yeni vitse-prezidentləri təyin olunublar.

Özəl sektorda isə, “Kapital Bank”ın Təşkilati inkişaf ofisinin lideri Fərqanə Məmmədova Kapital Bankın İdarə Heyətinin üzvü, İnsan kapitalı və təşkilati inkişaf üzrə Baş inzibatçı, “GL Technical Services” şirkətinin Baş meneceri Orxan İsmayılov isə, İcraçı direktor vəzifəsinə təyin edilir.

HR-AZ.com kollektivi olaraq adları qeyd edilən rəhbərlərə yeni vəzifələrində uğurlar arzu edirik!

Eyni zamanda, yeni təyinatlar barədə ətraflı məlumatı sizə təqdim edirik:

Arzu Cavadova

Yüksək vəzifələrə yeni təyinatlar - DOSYE

Cavadova Arzu Sahib qızı 24.08.1967-ci ildə Bakı şəhərində anadan olmuşdur. 1984-cü ildə Azərbaycan Neft və Kimya İnstitutunun geoloji-kəşfiyyat fakültəsinə daxil olaraq, 1989-cu ildə fərqlənmə ilə bitirmişdir. Geologiya/mineralogiya üzrə fəlsəfə doktoru-elmlər namizədi elmi dərəcəsini almışdır. 50-dən artıq elmi məqalə və kristalların hidrotermal şəraitdə yetişdirilməsi mövzusuna dair Moskva Dövlət Kristalloqrafiya İnstitutundan alınmış 2 elmi ixtiranın müəllifidir.

Əmək fəaliyyətinə 1985-ci ildə Azərbaycan Neft və Kimya İnstitutunda başlamışdır. 1985-1986-cı illərdə Azərbaycan Neft və Kimya İnstitutunun “Ümumi, tarixi geologiya və hidrogeologiya” kafedrasında, 1987-1988-ci illərdə isə “Geofiziki kəşfiyyat üsulları” kafedrasında 0.5 ştat laborant, 1989-1991-ci illərdə ”Neft və qaz yataqlarının axtarışı və kəşfiyyatı” kafedrasında mühəndis vəzifəsində çalışmışdır. 1990-cı ildə “Neft və qaz yataqlarının axtarışı və kəşfiyyatı” kafedrası nəzdində aspiranturaya daxil olmuş, kafedrada təhsil zamanı 0.5 ştat, 1994-cü ildə bitirdikdən sonra 1996-cı ilə qədər isə tam ştat müəllim-assistent vəzifəsində çalışmışdır. 1996-1997-ci illərdə ARDNŞ-nin “Azərineftinformatika” hesablama mərkəzində mühəndis, 1997-ci ildə Dənizdə neft və qazçıxarma İstehsalat Birliyinin mərkəzi laboratoriyasında geokimyaçı-qrup rəhbəri, Dənizdə neft və qaz yataqlarının işlənməsinə nəzarət ekspedisiyasının Neft geokimya qrupunun rəhbəri kimi çalışmışdır.

1997-1999-cu illərdə ABŞ “Frontera Resorses” neft şirkətində baş geoloq, 1999-2003-cü illərdə “Salyan Oil” Ltd. şirkətində aparıcı və işlənmə üzrə geoloq, 2003-2007-ci illərdə isə “Delta Hess ACG” Ltd. şirkətində geoloji işlər üzrə baş mütəxəssis vəzifələrində çalışmışdır. 2007-2022-ci illərdə “BP Exploration” (Caspian Sea Ltd.) şirkətinin kəşfiyyat şöbəsində baş geoloq, qrup rəhbəri, geoloji kəşfiyyat üzrə menecer, karbohidrogen sistemləri üzrə analitik vəzifələrində çalışmışdır.

2022-ci ildən etibarən isə SOCAR-ın baş geoloqu vəzifəsində işləyir.

Ailəlidir, 2 övladı vardır.

İsmayıl Zərgərli

Yüksək vəzifələrə yeni təyinatlar - DOSYE

Zərgərli İsmayıl Fikrət oğlu 18 dekabr 1976-ci ildə Moskva şəhərində anadan olub. 1992-ci ildə Bakı Dövlət Universitetinin Beynəlxalq münasibətlər və beynəlxalq hüquq fakültəsinə daxil olaraq, 1997-ci ildə həmin fakültənin hüquqşünas/tərçüməçi-referent ixtisasını fərqlənmə ilə bitirib.

Əmək fəaliyyətinə 1997-ci ildən “Dr.Shirin O.Entezari and Associates” hüquq firmasında hüquqşünas vəzifəsində başlayıb. 2001-2002-ci illərdə İngiltərənin “Ledingham Chalmers” hüquq firmasının Bakı ofisində hüquqşünas vəzifəsində çalışıb.

2002-2022-ci illərdə “Omni” QSC hüquq firmasında baş hüquqşünas vəzifəsində fəaliyyət göstərib. 2000-ci ildən Azərbaycan Vəkillər Kollegiyasına daxil olub. 11 saylı vəkil bürosunun üzvüdür.

15 noyabr 2022-ci ildən 28 iyul 2023-cü ilədək SOCAR-ın prezidentinin müşaviri vəzifəsində çalışıb.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 28 iyul 2023-cü il tarixli Sərəncamı ilə Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin vitse-prezidenti təyin edilib.

Ailəlidir, 2 övladı var.

Ziba Mustafayeva

Yüksək vəzifələrə yeni təyinatlar - DOSYE

Mustafayeva Ziba Tacəddin qızı 09 dekabr 1979-cu ildə Rusiya Federasiyasının Tula şəhərində anadan olub. 1996-cı ildə Azərbaycan Dövlət İqtisad Universitetinin Beynəlxalq iqtisadi münasibətlər fakültəsinə daxil olaraq, 2001-ci ildə bakalavriat səviyyəsini fərqlənmə ilə, 2003-cü ildə isə magistratura səviyyəsini bitirib. 1998-1999-cu illərdə ABŞ səfirliyinin “FSA” adlı proqramının müsabiqəsini uğurla keçərək ABŞ-ın “University of Alabama in Hunstville” Universitetində Ümumi iqtisadiyyat üzrə təhsil alıb.

Əmək fəaliyyətinə 2000-ci ildə “Azercell Telekom” MMC-də başlayıb. 2000-ci ilin yanvar ayından Müştəri xidmətləri şöbəsində kiçik təmsilçi, həmin ilin noyabr ayından Telemarketinq qrupunun rəhbəri vəzifəsində işləyib. 2001-2004-cü illərdə Müştərilərlə əlaqələr şöbəsinin Telefon əlaqə mərkəzinin qrup rəhbəri vəzifəsində çalışıb. 2004-2006-cı illərdə İnsan qaynaqları departamentinə Şöbələrin idarəedilməsi və daxili ünsiyyət bölümünün təmsilçisi, 2006-2008-ci illərdə İşəqəbul və şöbələrin idarəedilməsi bölümünün rəhbəri, 2008-2010-cu illərdə Təşkilati inkişaf bölümünün rəhbəri vəzifələrində işləyib. 30 iyul 2010-cu ildən etibarən İnsan qaynaqları şöbəsinin rəhbəri, həmin ilin dekabr ayından isə departamentin direktoru vəzifəsində, 01 iyul 2019 – 14 fevral 2022-ci il tarixlərində İnsan kapitalının idarə edilməsi departamentinin direktoru vəzifəsində çalışıb.

2022-ci ilin mart ayından SOCAR–ın birinci vitse-prezidentinin müşaviri vəzifəsində, eyni ilin iyul ayından etibarən isə SOCAR–ın prezidentinin müşaviri vəzifəsində çalışıb.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 28 iyul 2023-cü il tarixli Sərəncamı ilə Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin vitse-prezidenti təyin edilib.

Ailəlidir, 2 övladı var.

Babək Hüseynov

Yüksək vəzifələrə yeni təyinatlar - DOSYE

Hüseynov Babək Elbəniz oğlu 24 noyabr 1980-ci ildə Bakı şəhərində anadan olub. 1997-ci ildə Azərbaycan Dövlət İqtisad Universitetinin Maliyyə və kredit fakültəsinə daxil olaraq, 2001-ci ildə bakalavriat səviyyəsini bitirib. 2003-2005-ci illərdə ABŞ-da “McNeese State” Universitetində Biznesin idarə edilməsi üzrə magistr səviyyəsini fərqlənmə ilə bitirib və təhsil aldığı müddətdə təqaüdə layiq görülüb. 2010-2013-cü illərdə ABŞ-da Kolumbia Universitetinin Sənaye mühəndisliyi üzrə magistr dərəcəsini əldə edib.

2005-2011-ci illərdə ABŞ-da “Hess Corporation” şirkətində mütəxəssis, sonradan hasilatın pay bölgüsü üzrə aparıcı mütəxəssis, 2011-2013-cü illərdə eyni şirkətin Ekvatorial Qvineyadakı nümayəndəliyində idarəetmə və maliyyə şöbəsinin rəisi, 2013-2017-ci illərdə ABŞ-da neft və qaz hasılatı şöbəsinin rəisi, 2018-2022–ci illərdə Neft və qaz hasilatı üzrə vitse-prezidentin yataqların üzün müddətli işlənməsi strateji məsələləri üzrə məsləhətçisi, direktor vəzifələrində çalışıb.

26 sentyabr 2022-ci il tarixindən 28 iyul 2023-cü il tarixinə qədər SOCAR-ın prezidentinin müşaviri vəzifəsində fəaliyyət göstərib.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 28 iyul 2023-cü il tarixli Sərəncamı ilə Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin vitse-prezidenti təyin edilib.

Ailəlidir, 2 övladı var.

Əfqan İsayev

Yüksək vəzifələrə yeni təyinatlar - DOSYE

İsayev Əfqan Elçin oğlu 03.11.1974-cü ildə Bakı şəhərində anadan olmuşdur. 1992-1996-cı illərdə ABŞ-ın “Rutgers” Universitetində Maliyyə və İqtisad ixtisası üzrə təhsil almış və bakalavr dərəcəsini ən yüksək fəxri diplom ilə bitirmişdir. 1998-ci ildə həmin universitetin Biznesin İdarə Edilməsi üzrə maqistr dərəcəsini (MBA) fərqlənmə ilə bitirmişdir.

Əmək fəaliyyətinə 1997-ci ildə “Rutgers” Universitetində kiçik biznesə yardım texniki proqramı çərçivəsində strateji menecment müşaviri vəzifəsində başlamışdır. 1998-2000-ci illərdə “American Express İnternational Bank Ltd”də Mərkəzi və Şərqi Avropa üzrə regional maliyyə təhlilçisi vəzifəsində işləmişdir. 2001-2004-cü illərdə “American Express Company”də Risk Menecment Qrupu və İnvestisiya Portfelinin Təhlil Qrupunda menecer vəzifələrində işləmişdir. 2004-cü ildən 2009-cu ilədək “Bank of Baku” ASC-nin idarə heyətinin sədrinin müavini vəzifəsində işləmişdir. 2009-cü ildən 2012-ci ilədək Azərbaycan İnvestisiya şirkətində icraçı direktor vəzifəsində işləmişdir. 2012-ci ildən etibarən SOCAR-da əmək fəaliyyətinə başlamış və “SOCAR Georgia Investment” MMC-nin baş direktoru vəzifəsini tutmuşdur. 2013-cü ildən etibarən SOCAR prezidentinin müşaviri, eyni zamanda 2014-cü ildən etibarən “Cənub Qaz Dəhlizi” QSC-nin Baş direktor vəzifəsinə təyin edilmişdir.

2023-cü ilin 28 iyul tarixində Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə SOCAR-ın vitse-prezidenti vəzifəsinə təyin olunub.

Ailəlidir, 2 övladı vardır.

Anar Məmmədov

Yüksək vəzifələrə yeni təyinatlar - DOSYE

Məmmədov Anar Fərrux oğlu 26 yanvar 1971-ci ildə Bakı şəhərində anadan olub. O, 1987-ci ildə Azərbaycan Dövlət Tibb Universitetinə daxil olub, 1994-cü ildə buradan məzun olduqdan sonra, eyni ildə Bakı Dövlət Universitetinin hüquq fakültəsinə qəbul olub və 1998-ci ildə həmin fakültəni bitirib. 2000-2001-ci illərdə “College of Petroleum Studies” (Oksford) təhsil müəssisəsində neftin təchizatı, logistikası və treydinqi üzrə tədris proqramında təhsil alıb. 2012-2014-cü illərdə Nyu York Universiteti, London Ali İqtisadiyyat Məktəbi və “HEC Paris” Universitetinin birləşmiş “TRIUM” beynəlxalq proqramı ilə biznesin idarəedilməsi üzrə təhsil alıb (“TRIUM Global Executive MBA”).

Əmək fəaliyyətinə 1995-ci ildə təsisçisi olduğu “Avista” Ltd. şirkətində başlayıb, 1998-2007-ci illərdə “Milio” Ltd. beynəlxalq neft şirkətində biznesin inkişafı üzrə menecer və regional direktor vəzifələrində çalışıb. 2007-2009-cu illərdə “Arxiel Carbonexis” Ltd. şirkətində baş icraçı direktor, 2009-2014-cü illərdə isə “SOCAR Georgia Gas” Ltd. şirkətində baş icraçı direktor vəzifələrində fəaliyyət göstərib. 2014-2016-cı illərdə “SOCAR Energy Greece S.A", şirkətində baş icraçı direktor olaraq çalışıb. 2016-cı ildən etibarən “SOCAR Türkiye” şirkətində “Petkim” neft-kimya kompleksində baş icraçı direktor, 2019-cu ildən etibarən Neftayırma və Neft-kimya İstehsalat Birliyinin rəhbəri və 02 iyun 2022-ci il tarixindən etibarən SOCAR-ın prezidentinin müşaviri vəzifələrində çalışıb.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 28 iyul 2023-cü il tarixli Sərəncamı ilə Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin vitse-prezidenti təyin edilib.

Ailəlidir, 3 övladı var.

Fuad Musayev

Yüksək vəzifələrə yeni təyinatlar - DOSYE

Musayev Fuad Bəkir oğlu 28 aprel 1977-ci ildə Bakı şəhərində anadan olub. 1994-cü ildə Azərbaycan Dövlət İqtisad Universitetinin Beynəlxalq iqtisadi münasibətlər və kommersiya fakültəsinə daxil olub, 1998-ci ildə Beynəlxalq iqtisadi münasibətlər ixtisası təhsilini tamamlayıb.

Əmək fəaliyyətinə 1998-ci ildə Hollandiya hökuməti tərəfindən Tovuz rayonunda həyata keçirilən kənd təsərrüfatı layihəsində layihə koordinatoru vəzifəsində başlayıb. 1999-2000-ci illərdə “Qaradağ Sement” ASC-də Logistika üzrə koordinator, daha sonra isə Satış, marketinq və mal buraxılışı üzrə direktorun müavini və Satış şöbəsinin rəisi vəzifələrində çalışıb. 2003-2004-cü illərdə “Azpetrol” şirkətlər qrupunda layihə meneceri kimi fəaliyyətini davam etdirib.

2005-ci ilin əvvəlindən 2006-ci ilin yanvar ayına qədər fərdi qaydada biznesin idarəetməsi üzrə məsləhət xidmətləri göstərib, həmçinin “MA Servis” konsaltinq şirkətinin idarə edilməsi ilə məşğul olub. 2006-ci ilin fevral-dekabr ayları ərzində “ACE Forwarding Caspian” şirkətində biznesin inkişafı üzrə menecer vəzifəsində çalışıb. 2007-2009-cu illərdə “MP Qrup” şirkətində direktor müavini, 2009-2010-cu illərdə isə “CNIM Azərbaycan” LTD şirkətinin Baş meneceri vəzifələrində fəaliyyət göstərib.

03 yanvar 2011-ci il tarixindən etibarən “Norm” MMC-nin Direktorlar Şurasının İcraçı üzvü olub. 01 may 2013-cü ildən 28 iyul 2023-cü ilə qədər “Norm” ASC-nin Baş kommersiya direktoru vəzifəsində çalışıb.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 28 iyul 2023-cü il tarixli Sərəncamı ilə Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin vitse-prezidenti təyin edilib.


Orxan İsmayılov

Yüksək vəzifələrə yeni təyinatlar - DOSYE

Orxan İsmayılov “GL Technical Services” şirkətinin Baş meneceri Orxan İsmayılov isə, İcraçı direktor vəzifəsinə təyin edilib. Bundan öncə o, 1 fevral 2023-cü il tarixindən 1 avqust 2023-cü il tarixinədək GL-in Baş icraçı direktorunun tabeliyində, “GL Technical Services” MMC-də Baş menecer vəzifəsində çalışıb.

Neft-qaz sənayesi üzrə 20 illik zəngin beynəlxalq təcrübəyə malik Orxan İsmayılov Azərbaycanda “Azəri-Çıraq-Günəşli” və “Şahdəniz” yataqlarının hasilatın pay bölgüsü sazişləri üzrə böyük tikinti sahələrində çalışıb. O, Anqola, Avtrsaliya, Malayziya, Birləşmiş Krallıq və Cənubi Koreyaya təyinatlarda beynəlxalq miqyasda geniş təcrübə qazanıb.

Zəngin iş təcrübəsinin böyük hissəsində “McDermott”, “Technip”, “Saipem”, “Amec” və “Wood Group” kimi mühəndislik, təchizat, tikinti və layihələrin idarə edilməsi üzrə ixtisaslaşmış podratçı şirkətlərdə, eləcə də, 6 il “Chevron” şirkətində rəhbər vəzifələrdə çalışıb.

“GL Technical Services” MMC-dən əvvəl, “Wood Group” şirkətində Layihələrə Nəzarət və Satınalmalar üzrə menecer vəzifələrində fəaliyyət göstərib və şirkətin daxilində Biznesin İnkişafı və Kommersiya işlərinə rəhbərlik edib.

Orxan, “Kadrların Milliləşdirilməsi” proqramlarının fəal təbliğatçısı olmaqla yanaşı, müştəri məmnunluq səviyyəsinin inkişaf etdirilməsi və kollaborativ səmərəlilik təşəbbüsləri ilə nəticələnmiş biznesin təkmilləşdirilməsi, strateji inkişaf və yeni texnologiyaların tədbiqi işlərinə rəhbərlik edib.

O, Dövlət İqtisad Universitetində Mühasibat uçotu və audit üzrə magistr dərəcəsinə və Layihələrin idarə edilməsi və nəzarət üzrə müxtəlif beynəlxalq sertifikatlara malikdir.

Fərqanə Məmmədova

Yüksək vəzifələrə yeni təyinatlar - DOSYE

Fərqanə Oqtay qızı Məmmədova 19 yanvar 1975-ci ildə anadan olub. Ali təhsilini 1992-1997-ci illərdə Bakı Dövlət Universitetinin "Beynəlxalq Hüquq və beynəlxalq münasibətlər” fakültəsində alıb. Beynəlxalq sertifikatlı koçdur.

2008-2010-cu illərdə "SOS Uşaq Kəndləri-Azərbaycan” Assosiasiyasının direktoru vəzifəsində çalışıb. 2012-2015-ci illərdə "Bank of Baku”-da İnsan Resursları departamentinin direktoru olub. 2015-ci ildən Kapital Bankın İnsan Resursları departamentinin rəhbəri vəzifəsində çalışıb. 2023-cü ilin yanvar ayından isə, Kapital Bankın Təşkilati inkişaf ofisinin lideri vəzifəsində işləyib.











HR-AZ.com portalının paylaşımlarından xəbərdar olmaq üçün rəsmi Linkedin Telegram səhifələrimizi izləyə bilərsiniz.

Mənbə:
HR-AZ.com
Oxşar məqalələr
Şərhlər
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə