Kiasu və 40+ yaşda karyera dəyişimini necə etmək olar?

08 oktyabr, 2023 0 1 061


Kiasu və 40+ yaşda karyera dəyişimini necə etmək olar?


Mövzunun adı belə bir çox insanımız üçün mümkünsüz görünür. Komfort zonadan çıxma və ya uğursuz olma qorxusu daha üstün gəlir. Sinqapurda geniş yayılmış “kiasu” termini bizim insana da xasdır. “Kia” qorxu, “su” isə məğlub olmaq deməkdir və “kiasu” termini də öz növbəsində məğlub olmaqdan, uduzmaqdan qorxan insanları xarakterizə edir.
Misal üçün, pandemiya zamanı və ya hər hansı fövqəladə hal baş verdikdə marketlərdən “makaron daşıyan” insanlar kiasudur. Hansısa tədbirdə əslində mənasız olan kiçik bir hədiyyə üçün onlarla insanın ardından növbədə durub gözləyən insan kiasudur. Risk etməkdən çəkinib malik olduqları ilə yetərlənən insan da kiasudur.
Mütəxəssislər bunu “sağ qalma instinkti” kimi xarakterizə edir və resursları qıt olan kiçik ölkələrin əhalisinin kiasu olma dərəcəsinin daha yüksək olduğunu bildirirlər.
İş yerində kiasunun mənfi tərəflərindən biri kimi qərar verən zaman risk almayaraq, kreativliyimizi və yaradıcılığımızı məhdudlaşdırmış oluruq. Daha bir məqam isə, daim özümüzün kiminsə tərəfindən rahat əvəzlənə biləcəyimiz qorxusudur ki, kapitalizm və şirkətlər bu məsələdə insanları çox rahatlıqla manipulyasiya edə bilir. Nəhayət, kiasunun təcəssüm etmə şəkillərindən biri də insanların 40-50 yaşlarda karyera dəyişiminə münasibətidir. Məsuliyyətin və xərclərin çox, özgüvənin az olması bu qorxunu gözümüzdə daha da böyüdür.

Karyera dəyişimində yaş məhdudlaşdırıcı amil olmamalıdır. Unutmamaq lazımdır ki, KFC-dən tanıdığımız polkovnik Sanders və ya Cef Bezos öz bizneslərini 40 yaşlarda qurublar. Hətta məsələnin dərinliklərinə ensək bunun müsbət tərəflərini görə bilərik:

• Artıq peşəkar birisiniz. Çox güman 20 il civarında bir təcrübəniz var və bu illər ərzində qazandığınız bilik və təcrübəni rahatlıqla yeni işinizə transfer edə bilərsiniz.
• Hələ çox zamanınız var. Ölkəmizdə qadınlar üçün təqaüd yaşının 63, kişilər üçün 65 olmasını nəzərə alarsaq 20 ildən çox işləmə imkanınız var. Bu isə, sizə yeni karyeranızda təkmilləşmək, daha çox qurub-yaratmaq, eləcə də daha çox qazanmaq şansı verir.
• Sağlamlığınız sizə minnətdar olacaq. Yeni iş rutindən çıxmağınız, yeni biliklər beyninizdə yeni neyronların yaranması və mental sağlamlığınızın yaxşılaşması ilə nəticələnəcək. Eyni zamanda daha stressli işdən daha az stressli işə keçərək ömrünüzü də uzatmış olacaqsınız.

Bəs 40 yaşdan sonra karyera dəyişimini necə etmək olar?

• Dəyişimin səbəbini özünüz üçün müəyyən edin. Nə əldə etmək istəyirsiniz? Bunun üçün nə etməlisiniz? Ola bilər ki, peşənizi deyil sadəcə şirkəti dəyişmək kifayət edəcək. Planı buna görə qurun.
• Ailəniz və yaxınlarınızla danışın. Bu qərarınız çox güman onlara təsirsiz ötüşməyəcək. Dəyişim periodunda onların dəstəyini almaq çox önəmlidir.
• Bacarıqlarınızı analiz edin. Hansı bacarıqlarınız yeni işinizdə sizi digərlərindən daha üstün edəcək? Bu bacarıqlarınızla öyünməkdə pis bir şey yoxdur. Hansı bacarıqlarınızı təkmilləşdirməlisiniz? Bu bacarıqları müəyyən edib inkişaf etdirin. Mentor köməyi ala biləcəyiniz biri varsa, yararlanın.
• Data və informasiya önəmlidir. Linkedin profilinizi təkmilləşdirin. İş tapmağınızda və ya yeni şeylər öyrənməyinizdə faydalı ola biləcək insanlarla netvörk qurun.
• Rezümenizi (CV) yeniləyin. Hər şirkətə, hər vəzifəyə uyğunlaşdırılmış rezüme göndərin. Rezüme göndərərkən müşayiət məktubu yazmağı və bu vəzifədə niyə uğurlu ola biləcəyinizi yazmağı unutmayın. Bu prosesi sizin üçün daha asan və sürətli edə biləcək Jobseeker.com platformasını məsləhət görürəm. Bu platforma vasitəsilə saniyələr içində asanlıqla rezümenizi və müşayiət məktubunuzu yarada bilərsiniz. Azərbaycan şriftlərini dəstəkləyən platformada ingilis, rus, türk və digər dillərdə hazır şablonlar, nümunələr bu işi daha peşəkar şəkildə görməyinizə yardımçı olacaq. Yaratdığınız rezümelərin asanlıqla nüsxəsini çıxara və fərqli vəzifələr üçün uyğunlaşdıra bilərsiniz. Ən əsası, elə platformanın özündə olan vakansiyalara birbaşa ordan müraciət edə bilərsiniz.

Ümid edirəm məqalə müəyyən bir yaşdan sonra karyera dəyişimi qorxunuzun azalmağında faydalı olacaq. Çünki bu sadəcə bizim beynimizdə qurduğumuz bir baryerdir. Karyera dəyişimi, öyrənmə və həyatını yenidən qurmaq üçün heç vaxt gec deyil. Unutmayın ki, bütün uzun və mümkünsüz səyahətlər sadəcə bir addımla başlayır. O addımı elə indi ata bilərsiniz. Uğurlar!

Müəllif: Orxan Səfərli











HR-AZ.com portalının paylaşımlarından xəbərdar olmaq üçün rəsmi Linkedin Telegram səhifələrimizi izləyə bilərsiniz.

Mənbə:
HR-AZ.com
Oxşar məqalələr
Şərhlər
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə