Ön mühakimə - Necə qurtulmalı?

06 fevral, 2019 1 2 310


Ön mühakimə - Necə qurtulmalı?


Bəzi emosiyalar var ki, onlar bizim ətrafdakılarla münasibətlərimizi korlamaqda mahirdirlər. Yəqin ki, ömrünüzdə ilk dəfə gördüyünüz hansısa bir insana qarşı sizdə səbəbsiz yerə mənfi fikirlər formalaşıb, hətta o insanı ikinci dəfə gördüyünüz vaxt artıq uzaq durmağa çalışmısınız. Lakin bir müddət sonra isə, o sizin ən yaxın dostlarınızdan birinə çevrilib. Və ya hansısa bir hadisə, baş vermiş olay zamanı gördüyünüz ilk mənzərə sizə həmin hadisə və ya konkret bir insan haqqında mənfi fikirlər formalaşdırıb. Amma sonradan, yanıldığınızın fərqində olmusunuz.

Əgər sonradan ciddi şəkildə yanılmalar baş verirsə, deməli bu sadəcə olaraq ön mühakimədir.

Ön mühakimə - Hər hansı bir insan və hadisə haqqında lazımi qədər məlumat toplamazdan əvvəl, qəbul edilmiş qərardır. Qulağa necə də ədalətsiz səslənir deyilmi?

İnsanın sırf öz "hisslərinə", "sərraflığına" etibar edərək tanımadan, heç bir araşdırma aparmadan, hər hansı bir insan və hadisə haqqında tam bir qərara gəlməsi nə dərəcədə məntiqlidir?

Ön mühakimə ən ədalətsiz mühakimədir.

Bəzən ön mühakiməyə səbəb tələsik verilmiş qərardır.

Bəs yaxşı, ön mühakimədən necə qurtulmaq olar?


HR-AZ.com olaraq, bir neçə üsulu Sizə təqdim edirik:

  • Kiməsə qarşı qərəzli mövqe sərgiləyir və ya ön mühakiməyə qapılırıqsa, ilk etməli olduğumuz şey bunun səbəbinin bir başa özümüzdən qaynaqlandığını qəbul etməkdir. Bunu qəbullanmaq çətindir, lakin xoş bir insan olmaq və hərkəsi sevmək nifrət etməkdən daha çətindir.
  • Stereotiplər haqqında bilikləri artırmaq. Fikir və emosiyalarınızın necə işlədiyini bilmək - artıq uğurun yarısıdır. Yeni və fərqli insanlarla tanışlıqlar.
  • Bəzi ön mühakimə və stereotiplər insan özündə yeni tanışlıqlar üçün istək və imkan tapdıqda və onlara qarşı dostcasına davrandıqda itir.
  • Hər zaman yadda saxlayın ki, əgər tanış olacağınız insan haqqında sizin başqa bir tanışınız neqativ fikirlər səsləndirirsə, bu onun şəxsi və subyektiv fikirləridir və reallıq bunun tam əksi də ola bilər. İnsanlara hörmətlə davranmaq, onlara qarşı şübhəli və qərəzli olmaqdan çox daha səmərəlidir.
  • Kitablar və səyahət. Dünya görüşü, kiçik bir ünsiyyət çevrəsi, digər mədəniyyətlərin müşahidəsi və biliklər ön mühakimənin qarşısını almaq üçün ən gözəl üsullardan biridir.


Hər bir halda, ön mühakimənin məhz sizin özünüzə ziyan vurduğunu unutmayın. O sizi məhdudlaşdırır, beyninizi paralizə edir və xoşbəxtliyinizi əlinizdən alır.

Bəs, özünüz ön mühakimənin qurbanı olsanız nə etməli?



  • İnsanlar hər zaman kateqoriyalara ayırmağı sevir. Sizə qarşı ön mühakiməli və qərəzli davranan biri ilə sizi birləşdirən faktorları axtarın, onun neqativ alqılarını pozitivə aparın. Misal üçün, təhsilinizin, yaşınızın, sosial statusunuzun, peşənizin eyni olması bu faktorlardandır. "Hər ikimiz eynəkliyik, gəl birgə olaq" tipli.
  • Özünüzə qarşı önmühakiməli davranan birinə qarşı ən düzgün davranış, "ədalət" və "insanlıq" kimi sözlərin həmin insanların iştirakında tez-tez təkrarlamanız olardı. Bu, bir növ həmin insanı buna uyğun olaraq davranmağa proqramlaşdırır.
  • İmkan daxilində, bu tip insanların stressli və gərgin anlarında onlarla danışmamağa çalışın. Çünki, bu zaman ön mühakimə ehtimalı dəfələrlə çox ola bilər. Xoş bir nahar və istirahətdən sonra isə, insan bütün dünyanı sevməyə daha meyllidir.


Müəllif: Orxan Səfərli











HR-AZ.com portalının paylaşımlarından xəbərdar olmaq üçün rəsmi Linkedin Telegram səhifələrimizi izləyə bilərsiniz.

Mənbə:
HR-AZ.com
Oxşar məqalələr
Şərhlər
Corene23 iyul 2024, 02:11
Pretty nice post. I just stumbled upon your weblog and
wished to mention that I've truly loved surfing around your blog
posts. After all I'll be subscribing to your
rss feed and I hope you write again soon!

Also visit my webpage :: Michaelanthony
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə