Ənənəvi təlimlərin sonu?

13 iyun, 2018 0 941


Ənənəvi təlimlərin sonu?


Gənc İnsan Resursları mütəxəssislərimizdən biri olan və İnsan Resursları haqqında ana dilimizdə bir neçə kitabın müəllifi olan Nurlan Şıxəliyev ənənəvi təlimlər haqqında bloq məqaləsini HR-AZ.com izləyiciləri ilə bölüşür:

"Hər bir fəaliyyətin başlanğıc, yəni inkişaf nöqtəsi olduğu kimi bir müddətdən sonra artıq yetkinlik səviyyəsinə çatma nöqtəsi də olur. Həyata keçirilən fəaliyyətin xüsusiyyətindən asılı olaraq başlanğıcdan yetkinliyə kimi uzanan yol fərqli müddət davam edə və fərqli şəkildə dəyişə bilər. Vacib olanı odur ki, yetkinlik səviyyəsinə çatdıqda biz fəaliyyətimizə müəyyən dəyişikliklər edək, fəaliyyətimizi növbəti mərhələyə keçirməklə onu daha da inkişaf etdirə bilək.

Bax, məhz bu nöqtə dönüş nöqtəsidir. Tarix yüzlərlə nümunə ilə tanışdır ki, yetkinlik səviyyəsində çatmış bizneslər dəyişiklik edə bilmədiyi üçün məğlub olub bazardan çıxırlar və ya əhəmiyyətli dərəcədə öz bazar payını daha çox innovativ olan rəqiblərinə vermiş olurlar. Polaroid, Nokia kimi şirkətlərin indi məhsullarından istifadə edirikmi? Baxmayaraq ki, bir zaman bu şirkətlərin məhsulları daha çox satılırdı, lakin şirkətlərin innovasiya edə bilməməsi səbəbindən müştərilərə daha rahat, səmərəli məhsul təqdim edən şirkətlər bazarda möhkəmlənmişlər.

Hazırda ölkəmizdə mövcud təlim şirkətlərinin də vəziyyətini yuxarıda təsvir edilmiş situasiyaya oxşar görürəm. Mütərəqqi haldır ki, bazarda bu sahədə kifayət qədər rəqabət yaranmış, müxtəlif şirkətlər fəaliyyətə başlamışdır. Mənfi hal odur ki, onlardan çox az bir qismi göstərdikləri xidmət, yəni təlimlərin təşkili sahəsində innovativliyi ilə seçilə bilməmişlər.

İnsan resuslarının idarə edilməsi sahəsin mənə yaxın olduğundan artıq bir müddətdir ki, üçün bu sahədə bazarda təlim təkliflərini müşahidə edirəm. Bir neçə təlimçi tapılır, ənənəvi məlumatlar əsasında, təcrübəsi az olan iştirakçılara təlimlərin keçirilməsi başlanılır. Bu təlim şirkətlərinə və təlimçilərə böyük hörmətim var, məsələ onların bacarıqlarında deyil, məsələ artıq illərdir ki, davam edən və bazarı dolduran "təklifləri" daha da cəlbedici etmək zərurətindədir.

Sirr deyil ki, bu gün artıq "Süni intellekt" inkişaf edir, "Virtual reallıq" yaradan cihazlar inkişaf etdirilir və onlar təhsil sahəsinə inteqrasiya edilir, insanlar artıq evlərindən çıxmadan qabaqcıl universitetlərin kurslarına qoşula bilir və özünə rahat formada öyrənmə prosesini təmin etmək imkanı əldə edirlər, istədiyi mövzu ilə bağlı minlərlə məlumata bir anda qazanır. Bu kimi nümunələri artıqmaq çox rahatdır. Əsas sual isə aşağıdakıdır:

İnsanların qarşısında belə imkanların olduğu halda nəyə görə vaxtlarını əldə etdikləri məlumatların daha sonradan 95%-ni unudacaqları ənənəvi təlimlərə sərf etsinlər?

Sual daha çox gələcək perspektivlər ilə bağlıdır. Hazırda ola bilər ki, insanlar informasiya texnologiyalarından kifayət qədər təhsildə istifadə etmirlər, lakin texnologiyalardan istifadə edən insanların artım tendensiyası müşahidə olunacaq.Onların sayı artıqca ənənəvi təlimlərə maraqları da azalacaq.

Təbii ki, soruşsanız ki mənim təkliflərim nədir, ilk növbədə mən aşağıdakıların nəzərə alınmasından başlayardım:

İnsanların öyrənmə ehtiyaclarına uyğun məzmun formalaşdırmaq olar. Auditoriyada 20 nəfər varsa onlardan hər birinin fərqli məlumatları öyrənmək, fərqli bacarıqları inkişaf etdirmək ehtiyacı var. Standart məzmunu onlara təklif etmək, ən azı auditoriyanın ehtiyaclarını nəzərə almamaqdır.
Daha informativ alətlərlərdən istifadə etmək olar. Yalnız Power Point-də prezentasiyalar ilə kifayətlənməyin, videolar hazırlayın, bacarıqları inkişaf etdirəcək simulasiyalar hazırlayın, oyrənmə ilə bağlı oyunların (gamification) yaradılmasına cəhd edin.
Məqsədim tənqid deyil, bazarda innovativ və fərqli formatda təkliflər görməkdir. Ümid edirəm ki, bu sahə rəqabətə uduzmayıb biznesdə qalacaq və daha cəlbedici təkliflər irəli sürəcək. Daha bir məsələni də qeyd edib ki, mən təlim sahəsini nümunə üçün göstərdim ümumilikdə təhsil sahəsi də dəyişikliklər tələb edir."











HR-AZ.com portalının paylaşımlarından xəbərdar olmaq üçün rəsmi Linkedin Telegram səhifələrimizi izləyə bilərsiniz.

Mənbə:
HR-AZ.com
Oxşar məqalələr
Şərhlər
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə