Artan iş yükü və yoğunlaşan rəqabət ortamı ilə komanda işi gündəmə gəlməyə başladı. Ümumi baxarsaq, hansısa bir tapşırıqda birgə çalışdığımız, ümumi layihələrdə fikir mübadiləsi apardığımız kəslər əslində "komanda işi"nin bir parçasıdır.
İş birliyinin günümüzdə və gələcəkdə önəminin artacağını düşünsək bunun daha məhsuldar olmasını təmin etmək lazımdır. Bəs komanda işi zamanı məhsuldarlığı və effektivliyi necə artırmaq olar?
1. Komanda yoldaşlarınıza qarşı pozitiv olun
.
Yunanca “Synergos” -dan gələn sinerji kəliməsinin mənası birgə çalışmaqdır. Komanda ruhu sinerji yaradır. Sizin enerjiniz nə qədər yüksək olarsa, bir o qədər bu komandada da yansıyacaq. Poizitivliklə bərabər nəzakətli olmanızla komanda da hörmətiniz də artmış olacaq.
2. Komanda üzvləri arasında bərabər iş yükü və vəzifə bölgüsü.
Komandanız yarandıqdan sonra üzvlərin ilk sualı "Mənim vəzifəm nədir?" olacaqdır. Vəzifə bölgüsündə hər kəsin səriştəliliyi əsas götürülməli və bölgüyə obyektiv yanaşılmalıdır ki, sonradan emosional hallar yaşanmasın.
3. Komandanızla ünsiyyəti ən üst səviyyədə saxlayın.
Komanda ruhunu hiss edib, vəzifə bölgüsü etdikdən sonra əsas məsələ komanda üzvləri arasında ünsiyyətin qurulmasıdır. Hər kəsin öz işi ilə məşğul olmasından əlavə, bütün işlərin bir-biri ilə kordinasiya olunması komanda işinin əsas amillərindəndir. Komanda işinizdə domino effektini görə bilmək üçün, aranızdakı ünsiyyət yüksək səviyyədə olmalıdır.
Ünsiyyət qurarkən, narahat edici bir pozisiyada olmamaq üçün, komanda yoldaşınıza bilavasitə işi ilə bağlı suallar verməyə başlayın. Bu suallar qətiyyən hesabat xarakteri daşımamalı, ümumi bir məsələnizin həlli üçün birgə maneələri keçməniz üçün atılmış bir addım olduğu açıq-aydın hiss etdirilməlidir.
HR-AZ.com portalının paylaşımlarından xəbərdar olmaq üçün rəsmi
Linkedin və
Telegram səhifələrimizi izləyə bilərsiniz.
Mənbə:
HR-AZ.com