Sıfırdan varlanan insanların 8 ortaq cəhəti

07 sentyabr, 2018 0 1 104


Sıfırdan varlanan insanların 8 ortaq cəhəti


Sıfırdan başlayaraq zəngin olan insanların demək olar ki, hamısının oxşar xarakterlərə sahib olmaları təsadüf deyil. Öz səyləri ilə sərvət qazanan 177 nəfərin özəlliklərini 5 il ərzində araşdıran Tomas C. Corleyə görə insanın gündəlik vərdişləri onun işlərindəki uğuruna təsir edir.
1. Düşünürlər.
Sıfırdan varlanan insanların 8 ortaq cəhəti


Zənginlər hər gün ən azı 15 dəqiqə müxtəlif mövzular barədə düşünürlər. Zənginlik üçün uğurun ilk açarlarından biri düşünməkdir. Məsləhətçiləri təcrübələrini paylaşaraq zənginlərin daha çox pul qazanmasına və həyatlarını proqramlaşdırmalarına kömək edir.

2. Tənqid edilməkdən qorxmurlar.
Sıfırdan varlanan insanların 8 ortaq cəhəti


Zənginlər tənqid edilməkdən qorxmurlar. Yeni şeylər öyrənmək üçün başqalarının fikirlərinə dəyər verməli olduqlarının vacibliyinə inanırlar. Onlar düşündüyümüz qədər cəsarətli deyillər. Zənginlərin də qorxduqları məqamlar var. Lakin nə qədər təmkinli davransalar da, risk olmadan sərvət qazana bilməyəcəklərini də bilirlər. Riskləri hesablayıb, səhvlərin faizini ən aza endirməyə çalışırlar.

3. Başqalarına köməklik edirlər.
Sıfırdan varlanan insanların 8 ortaq cəhəti


Varlılar başqalarının uğur qazanmasına kömək edərkən özlərinin daha böyük uğur qazanacaqlarına inanırlar. Əsasən də, özləri kimi bacarıqlı insanlara dəstək verirlər. Kim nə deyirsə desin, heç vaxt hədəflərindən vaz keçmirlər və nəticə əldə etmək üçün çox çalışırlar. Güclü istəyin olması onların üçün əyləncə mənbəyidir. İstəkləri uğrunda səhv etməkdən belə çəkinmirlər.

4. Oxumağı sevirlər.
Sıfırdan varlanan insanların 8 ortaq cəhəti


Daim oxuyurlar. Zənginlər kitab və ya qəzet oxumağı sevirlər. Gündə ən azı yarım saat bu məşğuliyyətlərinə sərf edir və daha çox bilgi əldə etməyə çalışırlar. Əsasən də, işlərində uğur qazanmış insanların bioqrafiyalarını, şəxsi inkişaf və tarix kitabları sevirlər.

5. Sağlamlıqlarına diqqət edirlər.
Sıfırdan varlanan insanların 8 ortaq cəhəti


Varlıların 76 faizi gündə ən azı yarım saat və bəzən daha çox idman edir. Qaçır, gəzir, velosiped sürür və digər idman növləri ilə məşğul olurlar. “Sağlam beyin sağlam bədəndə olur” devizi zənginlər üçün ən vacib sözə çevrilib. Zənginlərin əksəriyyəti müsbət xarakterə sahib olurlar. Çünki uzun müddətli uğurun təməlində gələcəyə müsbət duyğularla yanaşmaq durur. Zənginlər də adətən, şən və duyğularına nəzarət edə bilən insanlar olurlar.

6. Dostlarını seçərkən diqqətli olurlar.
Sıfırdan varlanan insanların 8 ortaq cəhəti


Varlı insanların özləri kimi dostları da bacarıqlı olur. Çünki onlar hədəflərinə çatan insanlarla dostluq etməyə üstünlük verirlər. Ancaq neqativ insanlardan uzaq durur, özlərinə oxşayan insanlarla sosiallaşmağı sevirlər. İmkanlılar üçün xarici görünüş və digər insanlar üzərində yaradılan təsir önəmlidir. Sosial həyatdakı vacib qaydaları bilirlər, hər zaman şux görünürlər.

7. Bir gəlir mənbəyindən asılı deyillər.
Sıfırdan varlanan insanların 8 ortaq cəhəti


Pullu şəxslərin fərqli sahələrə investisiyaları və bir neçə gəlir mənbələri var. Onların 65 faizi milyon dollar qazanmamışdan əvvəl bir neçə sahədə işə başlayıb.

8. Səhər tez oyanırlar.
Sıfırdan varlanan insanların 8 ortaq cəhəti


Zənginlərin 50 faizi səhər tez yuxudan oyanır. Hətta işə başlamamışdan 3 saat əvvəl oyanmış olurlar. Nəticədə gərgin iş günündə daha aktiv olurlar. Nə istədiklərini deməkdən və kömək istəməkdən çəkinmirlər. Rədd edilməkdən qorxmurlar. İstədiklərinin arxasınca gedirlə











HR-AZ.com portalının paylaşımlarından xəbərdar olmaq üçün rəsmi Linkedin Telegram səhifələrimizi izləyə bilərsiniz.

Mənbə:
Kenquru.Az
Oxşar məqalələr
Şərhlər
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə