30 yaşından sonra karyerasını dəyişərək uğurlu olan 11 insan

09 noyabr, 2018 0 831


30 yaşından sonra karyerasını dəyişərək uğurlu olan 11 insan


Təəssüflər olsun ki, bir çox insan özünü tanımadan və öz potensialını düzgün dəyərləndirmədən karyera seçimi edir və həyatını bu seçimə görə davam etdirir. İnsan bəzən seçiminin doğru olmadığını bilsə də, bu qərardan dönmək elə də asan olmur. Odur ki, siz də artıq ixtisasınızı dəyişdirmək, fərqli sahədə karyera qurmaq üçün gec olduğunu düşünə bilərsiniz. Lakin yaşları çox olsa belə, seçimlərini dəyişib karyeralarını yenidən quran insanların sayı az deyildir.


1. Ceff Bezos

30 yaşından sonra karyerasını dəyişərək uğurlu olan 11 insan


Ceff Bezos “Wall Street” – də kompüter elmləri sahəsində olduqca gəlirli bir karyeraya sahib idi. “Amazon” – u təsis edib e-ticarət dünyasına addım atmazdan əvvəl müxtəlif maliyyə qurumlarında yüksək vəzifələrdə çalışmışdı.


2. Jonah Peretti

30 yaşından sonra karyerasını dəyişərək uğurlu olan 11 insan
30 yaşından sonra karyerasını dəyişərək uğurlu olan 11 insan


30 – cu yaşlarında “Buzzfeed” və “Huffington POST” saytını təsis etməzdən əvvəl Jonah Peretti orta məktəb şagirdlərinə Microsoft Office proqramını tədris edirdi.

3. Taikichiro Mori

30 yaşından sonra karyerasını dəyişərək uğurlu olan 11 insan


Taikichiro Mori “Mori Building Company” şirkətini qurduğu zaman 51 yaşında daşınmaz əmlak sərmayəçisi bir akademik idi. Uğurlu yatırımları 1992 – ci ildə 13 milyard dollar dəyərinə çatdığı zaman o, dünyanın ən varlı adamı oldu.

4. Julia Child

30 yaşından sonra karyerasını dəyişərək uğurlu olan 11 insan


Tanınmış baş aşpaz olan Julia Child, ilk yemək reseptləri kitabını yazdığı zaman 50 yaşında idi. Daha əvvəl isə media və reklam sahələrində işləmişdi.

5. Terry Crews



Amerikalı komediyaçı və aktyor Terry Crews, mükafata layiq görülmüş şou proqramları olan “Everybody Hates Chris” və “Brooklyn Nine-Nine” – dan sonra insanların böyük rəğbətini qazandı. Terry 90 – cı illərin ortalarında müxtəlif NFL Milli Futbol Liqasının komandalarında müdafiəçi olaraq fəaliyyət göstərirdi.

6. Vera Wang

30 yaşından sonra karyerasını dəyişərək uğurlu olan 11 insan


Vera Wang 40 yaşında moda sektoruna daxil olmazdan əvvəl jurnalist idi. Bu gün isə dünyanın ən tanınmış qadın modelyerlərindən biridir.

7. Dwayne Johnson

30 yaşından sonra karyerasını dəyişərək uğurlu olan 11 insan


Dwayne Johnson iki dəfə öz karyerasını dəyişib. Əvvəl Kanada futbol liqasında müdafiəçi idi. Sonra futbolu tərk edərək 1996 – cı ildə Dünya Güləş Federasiyasına qatıldı. Bu da onun kəşf edilməsinə şərait yaratdı və o, 2000 – ci illərin əvvəllərində uğurlu bir aktyor oldu.

8. Ronald Reyqan

30 yaşından sonra karyerasını dəyişərək uğurlu olan 11 insan


Ronald Reyqan ABŞ – ın 40 – cı prezidenti olmazdan əvvəl Hollywood aktyoru idi.

9. Sara Blakely

30 yaşından sonra karyerasını dəyişərək uğurlu olan 11 insan


“Spanx” – ın qurucusu milyarder Sara Blakely 2000 – ci ildə 30 yaşında uğur qazanıb. Daha əvvəl isə 7 il boyunca qapı-qapı gəzərək ofis ləvazimatları satıb.

10. Arnold Şvartsenegger

30 yaşından sonra karyerasını dəyişərək uğurlu olan 11 insan


O, iki böyük karyera dəyişikliyi edib. 20 yaşlarında Bodibildinq üzrə Dünya çempionu ikən, 30 yaşlarında mükafata layiq görülmüş bir aktyor idi. 2012 – ci ildə Kaliforniya ştatının qubernatoru olduqda isə 56 yaşı vardı.

11. Grandma Moses

30 yaşından sonra karyerasını dəyişərək uğurlu olan 11 insan


Moses nənə olaraq tanınan Anna Mary Robertson Moses, rəssamlıq karyerasına 78 yaşı olanda başladı. 2006 – cı ildə rəsm əsərlərindən biri 1.2 milyon dollara satıldı. Daha əvvəl isə o, ferma işçisi idi.











HR-AZ.com portalının paylaşımlarından xəbərdar olmaq üçün rəsmi Linkedin Telegram səhifələrimizi izləyə bilərsiniz.

Mənbə:
Banco.az
Oxşar məqalələr
Şərhlər
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə