SOCAR-dan vətəndaşlara XƏBƏRDARLIQ — ALDANMAYIN

31 avqust, 2019 1 1 851


SOCAR-dan vətəndaşlara XƏBƏRDARLIQ — ALDANMAYIN


Bəzi işbazlar vətəndaşları aldatma yolu ilə pul alaraq yalandan SOCAR-a işə düzəldəcəkləri ilə bağlı əhaliyə bir daha xəbərdarlıq edib.
HR-AZ.com xəbər verir ki, bu barədə SOCAR İnsan Resursları Departamentinin rəisi Asif Bəkirli öz "Facebook" səhifəsində yazıb.

Onun sözlərinə görə, müəyyən şəxslər SOCAR adı ilə saxta saytlar açaraq, insanları guya SOCAR-da işə düzəldəcəklərinə söz verir və bu adla pul yığırlar. Nəticədə isə insanlar aldanır.

“Anlatmaqdan yorulduq ki, aldanmayın. Aldanılmaq davam edir. Yenə vətəndaşlar gəlir ki, bəs biz sənəd vermişik və müsabiqə mərhələlərindən keçmişik, hələ ödəniş də etmişik, özü də bank yolu ilə pulumuzu köçürmüşük. Sonra isə məlum olur ki, insanlar aldadılıb, yəni, SOCAR, karyera və s. adı ilə müxtəlif ünvanlardan insanlara mesajlar göndərilməklə sənədlərini qəbul edib yazışmalar apararaq aldadılırlar. Nə qədər demək olar ki, SOCAR-da işə qəbul mərhələsinin heç birində ödəniş yoxdur!”
Departament rəisi əlavə edib ki, heç olmasa bu kimi hallarla rastlaşanda ird@socar.az yazıb şübhəli məsələlər barədə məlumat alın. İRD-də sağlam təfəkkürlü kollektiv çalışır və adımıza ləkə gətirənlər burada çalışa bilməz.

“Məlumat üçün bildirim ki, 2011-ci ildə İnsan Resursları Departamenti yaranandan və işə qəbul prosesinin mərkəzləşdirilmiş qaydada həyata keçirilməsindən bu vaxta qədər 9300 nəfərə yaxın vətəndaş müsabiqədə iştirak edərək müvəffəqiyyət qazanmış və hal-hazırda SOCAR-ın 27 müəssisə və təşkilatında müxtəlif fəaliyyət istiqamətləri üzrə işləyir və neft qaz sənayesinə öz töhfələrini verirlər. İRD yaranandan bu vaxtadək müsabiqə əsasında seçilmiş vətəndaşların səriştəlilik və bacarıqları ilə bağlı hər hansı ciddi şikayət və ya narazıçılıq halları qeydə alınmamışdır. Bu isə öz növbəsində SOCAR-da təşkil olunan müsabiqələrin keyfiyyət və səmərəlilik göstəricisidir”-A.Bəkilri qeyd edib.











HR-AZ.com portalının paylaşımlarından xəbərdar olmaq üçün rəsmi Linkedin Telegram səhifələrimizi izləyə bilərsiniz.

Mənbə:
Ölkə.az
Oxşar məqalələr
Şərhlər
syspneti19827 sentyabr 2019, 23:16
SOCAR-dan v?t?ndaslara X?B?RDARLIQ — ALDANMAYIN » HR Az?rbaycan - Az?rbaycan?n ilk Insan Resurslar? portal?

SOCAR-dan v?t?ndaslara X?B?RDARLIQ — ALDANMAYIN » HR Az?rbaycan - Az?rbaycan?n ilk Insan Resurslar? portal?
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə