Bir insan Resursları professionalı və ya rəhbər olaraq işçiləri yaxşı tanımaq və inkişaflarını təmin edən faktorları təyin etmək çox önəmlidir. Əlbəttə ki, ən uyğun faktor motivasiyadır. Hay Group araşdırmasına görə uğurlu insanların 50%- i motiasiya edilənlər arasından çıxır. Motivasiya üzrə mütəxəssis James Sale şirkətlərdə ən çox rastlanan işçi tiplərini və bunların necə motivasiya edilməsi lazım olduğunu araşıdrmışdır. Həmin araşdırma üzrə nəticələri Sizlər üçün şərh edirəm:
1. Müdafiəçilər
J.Sale’ ə görə bu tip işçi təhlükəsizlik, öncədən təxmin ediləbilən və uzun müddətli stabillik axtarır. Rəhbərindən dəyişkən olmayan, çərçivəli və çarxları düzgün işləyən bir iş mühiti gözləyir. Motivasiya qaynaqları isə mütəmadi əlaqələrdir. Rəhbərlər bu tip işçiləri həvəsləndirmək üçün onlarla mütəmadi əlaqə yaratmalı, həvəsləndirəcək xoş xəbərlər paylaşmalı, işlər haqqında mütəmadi məlumat verməlidir. İşlər haqqında sərasər məlumatlar ötürmək və ya mail yolu ilə kommunikasiya da təsirli olabilər. Bu işçi tipi sadiq olduğu üçün digər motivasiya qaynağı da mükafatlandırmadır.
2. İdarə edən tiplər
Bu işçi tipi nüfuz, qaynaqlar və insanlar üzərində nəzarət sahibi olmağı sevirlər, şirkətdə kritik bir pozisiyada olmağı önəmli hissedər və liderlik bacarıqları inkişaf etmişdir. Liderlik mərtəbəsində olan idarə edici tip işçilərin ciddi məsuliyyətlərin altına girməsi və mükafatlandırılması vacibdir. Əzmli, çalışqan və diqqətli olan bu tip nümayəndələri üçün güc və məsuliyyət son dərəcə həvəsləndiricidir.
3. Dost tiplər
Bu işçi tipi üçün aid olma hissi, sıx dostluqlar və mənalı əlaqələr qurmaq çox önəmlidir. Güclü bir komanda hissi olan strukturları, sosial tədbirləri və yardımlaşmanı çox sevirlər. Motivasiya qaynaqları daxil edilmək, dəstəklənmək və fikirlərinin alınmasıdır. Sosial strukturu güclü bir şirkət mədəniyyəti və insan mərkəzli tədirlər inkişaflarını təmin edəcək.
4. Azad ruhlular
Bu çalışan tip işçilər üçün əsas anlayışlar azadlıq, müstəqil və avtonomiyadır. Ancaq təyziq altında olmadığı, müstəqil işlədiyi müddətcə uğurlu olurlar. Normalda ofis yerinə öz seçdikləri başqa bir iş mühitində daha verimli işləyə bilirlər. Bu işçiləri qaydalar yerinə ancaq bacarıqlarını rahatca nümayiş etdirə biləcəyi atmosfer ilə həvəsləndirmək mümkündür.
5. Ulduzlar
Bu işçi tipləri ümumilikdə sayılmaq, sosial dəyər, təsdiq edilmə tələb edərlər. Karyera yollarının açıq, iyerarxiya formalarının tanınan və pozisiyalarının sayılan olmasını istəyirlər. Ulduz tipli işçilər mükafat və vəzifə ilə motivə edilə bilər. Onlar haqqında düşünülən karyera yolunu onlara açıqca göstərmək, təsdiqlənmə ehtiyacları üçün layihələrə daxil etmək onları həvəsləndirəcəkdir.
6. Araşdıran tiplər
Bu işçi tipi icra etdiyi işdə məna və məqsəd axtaran, fərq yaratmaq istəyən tiplərdir. Müəyyən hədəfləri olan və buna uyğun zamanın idarə edilməsi olan yerlərdə işləmək istəyirlər. Şəxsi hədəfləri ilə şirkət hədəfləri uzlaşdığı təqdirdə işini daha sevgi ilə icra edərlər. “Bunu daha yaxşı necə edə bilərəm ?” sualını tez tez verdiyindən araşdırma tipinə görə daha çox yeniliyin dəstəkləndiyi mühitlərdə verimli olurlar. Xüsusən araşdırma və inkişaf mövzularında məsuliyyət verərək bu tip işçilərin motivə edilməsi mümkündür.
7. Memar tiplər
Bu işçi tipi üçün tək motivasiya qaynağı pul və maddi rahatlığıdır. Digər bütün gözlədiklərini bir kənara qoyub bir layihə və ya tapşırıq üçün maddi mükafat əsasında çox uğurlu performans göstərə bilir. Şirkətdə kritik nöqtələrdə vəzifə alıbsa maddi mənada gözlədikləri yüksəkdir və motivə etdiyiniz müddətcə sizə istədiyinizi rahatca verə biləcək.
8. Ekspertlər
Bu tip işçilər bilik, bacarıq, ad sahibi olmaq istəyirlər. Bu səbəblə də şəxsi inkişaflarını dəstəkləyəcək mühitlər onlar üçün həvəsləndirici və dəyərlidir. Koçluq və mentorluq proseslərində olmaq, fərqli təlimlərə qatılmaq istəyirlər. Bu həvəsləndirmə davamlı olduğu müddətcə liderlik ruhu daşıyan bu tip işçilərin şirkətə böyük qatqılar qatacağı dəqiqdir.
9. Yaradıcı tiplər
Bu tip çalışanlar üçün lokomativ əsasən yaradıcılıq, innovasiya və dəyişimdir. Sektorla əlaqəli yeni trendləri izləyir, iş mühitində tətbiq etməyə çalışırlar. Yeni baxış bucağı ilə yanaşma və problemləri həll etmədə həvəslidirlər. Bu tip əməkdaşları dəstəkləmək ona yaradıcılığını ortaya çıxarabiləcəyi atmosfer yaratmaqla mümkündür. Çərçivəli, rutin iş həyatı bacarıqlarının önünü kəsəcəkdir.
Müəllif:
Orkhan I.Karimli
HR-AZ.com portalının paylaşımlarından xəbərdar olmaq üçün rəsmi
Linkedin və
Telegram səhifələrimizi izləyə bilərsiniz.
Mənbə:
HR-AZ.com