İşəqəbul zamanı tibbi arayış tələb olunan peşələrin SİYAHISI

10 noyabr, 2019 0 5 062


İşəqəbul zamanı tibbi arayış tələb olunan peşələrin SİYAHISI


İşçinin səhhətinə, sağlamlığına mənfi təsir göstərən amillər olan ağır, zərərli və təhlükəli əmək şəraitli iş yerlərində, habelə əhalinin sağlamlığının mühafizəsi məqsədi ilə yeyinti sənayesi, ictimai iaşə, səhiyyə, ticarət və bu qəbildən olan digər iş yerlərində əmək müqaviləsi bağlanılarkən işçilər sağlamlığı haqqında tibbi arayış təqdim etməlidirlər. Belə əmək şəraitli peşələrin (vəzifələrin), iş yerlərinin siyahısı müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir.

Müvafiq siyahı ilə bağlı mütəmadi sorğuları nəzərə alaraq, HR-AZ.com oxucularına "İşçinin səhhətinə, sağlamlığına mənfi təsir göstərən amillər olan ağır, zərərli və təhlükəli əmək şəraitli iş yerlərində, habelə əhalinin sağlamlığının mühafizəsi məqsədi ilə yeyinti sənayesi, ictimai iaşə, səhiyyə, ticarət və bu qəbildən olan digər iş yerlərində əmək müqaviləsi bağlanılarkən işçilərin sağlamlığı haqqında tibbi arayış tələb olunan peşələrin (vəzifələrin) iş yerlərinin siyahısının təsdiq edilməsi barədə" Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 3 yanvar tarixli, 1 nömrəli qərarı təsdiqlənmiş peşələrin siyahısını təqdim edirik:

1. Yüksəklikdə və hündürə qalxmaqla yerinə yetirilən işlər, habelə qaldırıcı qurğulara xidmət göstərən işçilər.

2. Dövlət meşə mühafizəsi, meşənin qırılması, daşınması və ilkin emalı ilə əlaqədar işlər.

3. Neft-qaz sənayesində, o cümlədən dəniz qazmasında işlər.

4. Bütün növ yeraltı işlər.

5. Hidrometeorologiya stansiyalarında, yüksək dağlıq, çöl rabitə qurğularında, çətin coğrafi iqlim şəraitində olan işlər.

6. Ucqar, çətin keçilən, bataqlıq və dağlıq rayonlarında geoloji kəşfiyyat, topoqrafik, tikinti və s. işlər.

7. Qara və əlvan metallurgiya üzrə zərərli fiziki, termik, kimyəvi təsirlərlə bağlı bütün növ işlər.

8. Kənd təsərrüfatında zəhərli kimyəvi maddələrlə tozlandırma və çiləmə işləri, bu maddələrin daşınması, yüklənməsi, boşaldılması işləri.

9. Partlayıcı maddələrdən istifadə etməklə aparılan işlər, iqtisadiyyatın partlayış və yanğın təhlükəsi olan istehsalat sahələrindəki işlər.

10. Mexaniki avadanlıqlarda (tokar, frezer və digər ştamplayıcı preslərdə) iş.

11. Bütün növ nəqliyyatın hərəkəti ilə bilavasitə əlaqədar olan işlər.

12. Radioaktiv və elektromaqnit şüalanma ilə bağlı işlər (rentgen müayinə kabinələri, radioaktiv maddələrlə işləyən laboratoriyalar, radio və telequrğular və s.)

13. Kimya sənayesində toksiki maddələrlə təmasda olan bütün işçilər.

14. Təzyiq altında olan qablara xidmət edən aparatçılar.

15. Maşinist (ocaqçı), qazanxana operatorları, qaz nəzarəti xidməti işçiləri.

16. Odlu silah daşımaq və tətbiq (istifadə) etməyə icazəsi olan hərbiləşdirilmiş mühafizə, xüsusi rabitə, inkassasiya aparatı xidməti, bank sistemi və digər idarə və xidmət orqanlarının işçiləri.

17. Qazdan xilasetmə xidməti, açıq qaz və neft fontanlarının qarşısının alınması və ləğv edilməsi üzrə hərbiləşdirilmiş hissələr və dəstələr, nazirlik və idarələrin hərbiləşdirilmiş dağ və dağ xilasetmə komandaları, yanğından mühafizə xidməti işçiləri.

18. 127 V və daha yüksək gərginlikli qurğulara xidmət göstərən, operativ dəyişmələr edən və həmin gərginlik altında iş aparan personal.

19. Heyvandarlıq fermalarının işçiləri.

20. Su kəməri qurğularına, su ehtiyat ambarlarına xidmət göstərən və bilavasitə suyun təmizlənməsində iştirak edən işçilər.

21. Növündən asılı olmayaraq bütün elektriklə işləyən və avtonəqliyyat, traktor və özüyeriyən maşınların sürücüləri.

22. Yeyinti məhsulları müəssisələrinin, süd fermalarının, süd mətbəxlərinin, ərzaq baza və ambarlarının qida maddələri ilə, onların istehsalı, saxlanılması və satılması ilə təmasda olan işçilər, o cümlədən həmin sahədə olan əşyaların sanitariya təmizliyi və təmiri ilə məşğul olan işçilər, eləcə də ərzaq məhsullarının nəqliyyat vasitələrində daşınması zamanı onlarla bilavasitə təmasda olan şəxslər.

23. İaşə, ticarət müəssisələrinin, o cümlədən bütün idarələrin, nəqliyyatın bütün növlərində və vağzallarda bufet və qida bloklarının işçiləri, nəqliyyat bələdçiləri.

24. İşçiləri tibbi müayinədən keçməli olan müəssisə, idarə və təşkilatlarda istehsalat təcrübəsindən əvvəl və sonrakı müddətdə texnikumların, ixtisas, ümum-təhsil, ali məktəblərin tələbələri.

25. Bütün tədris-tərbiyə müəssisələrinin işçiləri.

26. Uşaq və yeniyetmələrin (mövsümi) sağlamlıq müəssisələrinin işçiləri.

27. Məktəbəqədər təhsil müəssisələrinin işçiləri.[1]

28. Müalicə-profilaktika müəssisələrində, sanatoriya, istirahət evləri, pansionat, ahıllar və əlilliyi olan şəxslər üçün sosial xidmət müəssisələrində və bilavasitə xəstələrin qidalanması ilə əlaqədar olan işçilər. [2]

29. Doğum evlərinin (şöbələrin), uşaq xəstəxanalarının (şöbələrin), yenidoğulmuşların, vaxtından qabaq doğulmuşların patologiyası şöbələrinin tibbi işçiləri.

30. QİÇS xəstəliyinin diaqnostikası və müalicəsi ilə məşğul olan, bilavasitə onlarla təmasda olan tibb işçiləri.[3]

31. Dərman maddələrinin hazırlanması, qablaşdırılması və satışı ilə məşğul olan aptek, farmaseptik zavod və fabrik işçiləri.

32. Kompüter operatorları və proqramçıları.

33. Əhaliyə sanitar-gigiyenik, məişət xidməti göstərən müəssisələrin işçiləri (hamamçı, duş işçiləri, bərbər, manikür, pedikür, kosmetika kabinələrinin işçiləri, camaşırxana, kimyəvi təmizləmə məntəqələrinin fəhlələri və s.).

34. Üzgüçülük üzrə məşqçilər, təlimatçılar, müalicəvi su proseduraları ilə məşğul olan işçilər.

35. Mehmanxana və yataqxanaların xadimələri, oradakı mərtəbə növbətçiləri, yataqxana komendantları.











HR-AZ.com portalının paylaşımlarından xəbərdar olmaq üçün rəsmi Linkedin Telegram səhifələrimizi izləyə bilərsiniz.

Mənbə:
HR-AZ.com
Oxşar məqalələr
Şərhlər
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə