"Krizisin idarəolunması" (19.04.2020-ci il tarixli vebinar)
28 aprel, 2020 0 752
HR-AZ.com İnsan Resursları Portalı olaraq Almaniyanın "Competence Connects Cultures" şirkəti ilə əməkdaşlıq çərçivəsində birgə təqdim etdiyimiz "Krizisin idarəolunması" mövzusunda məşhur alman təlimçisi, konsultant və koçu Frank Bannysin təqdimatında vebinarımız baş tutdu.
Vebinarda 40-a yaxın İnsan Resursları Peşəkarı iştirak etdi. Çoxsaylı müraciətləri və vebinara qatılma imkanı olmayanları nəzərə alaraq, vebinarın videoyazısını sizlərə təqdim edirik.
Qeyd edək ki, Frank 2010-cu ildən bəri rəhbəri olduğu "Competence Connects Cultures" şirkəti vasitəsilə mədənəiyyətlərarası idarəetmə, layihələrin idarə olunması, liderlik, dəyişikliyin idarə olunması, krizisin idarə olunması və sairə idarəetmə təlimlərini təqdim edir. "Competence Connects Cultures" şirkəti ABŞ, Kanada, Almaniya, Avtsraliya, Sinqapur, Çin, CAR, Rusiya, Hindistan, İspaniya, İtaliya, Yunanıstan, Malayziya, İsveç və Meksika kimi bir sıra dövlətlərin iri şirkətlərinə biznes konsultasiya xidmətləri göstərməkdədir.
Frank ABŞ, Kanada, Yunanıstan və Almaniya kimi ölkələrdə 30 ildən çox rəhbər vəzifələrdə təcrübəyə malikdir. Britaniyanın Uels Universitetində İdarəetmə elmləri, Almaniyanın Manheym Universitetində Biznesin idarə olunması üzrə təhsil almışdır. Sertifikatlaşmış biznes koç və sertifikatlaşmış mədəniyyətərarası idarəetmə üzrə təlimçidir. Alman və ingilis dillərində sərbəst, İspan və Fransız dillərində orta səviyyədə danışa bilir.
Eyni zamanda "Interkulturelles Management" - Mədəniyyətlərarası idarəetmə kitabının müəllifidir.
Qeyd: Korporativ sifarişlər üçün orkhan.safarli@hr-az.com email ünvanı ilə əlaqə saxlaya bilərsiniz.
HR-AZ.com portalının paylaşımlarından xəbərdar olmaq üçün rəsmi Linkedin və Telegram səhifələrimizi izləyə bilərsiniz.