İR nümayəndəsinin (Rekruter) məzuniyyətə çıxma vaxtının çatmasını xəbər edən 10 səbəb 

11 noyabr, 2020 0 1 296


İR nümayəndəsinin (Rekruter) məzuniyyətə çıxma vaxtının çatmasını xəbər edən 10 səbəb 


Təəssüf ki, sonsuz yarış olan həyatımızda çox zaman özümüzü qorumuruq. Dəyərli İR nümayəndələri, Siz bütün namizədləri eyni anda tapa bilməyəcək, bütün vakansiyaları eyni ardıcıllıqla bağlaya bilməyəcəksiniz. Özünüzə istirahət verin. Əbəs yerə demirlər: istirahət edə bilməyən işləyə bilməz. Zamanında dincəlin ki, işlədiyiniz Şirkətdən bezib siz də yeni iş axtarışına çıxmayasınız. Hazırda özüm də məzuniyyətdəyəm. Və bu dəfə sizlərə məhz özümün yorulduğumu göstərən amillərdən danışmaq istəyirəm. Aşağıdakılardan hamısı və ya daha çoxu sizdə də varsa, məncə məzuniyyət haqqında sizin də düşünmək vaxtınız çatıb. 

1) CV dəyərləndirərkən, telefonda böyütmək üçün iki barmaq funksiyasından istifadə etməyə cəhd edirsinizsə,
2) Ananız və ya dostunuzun zəngini cavablandırdığınız zaman bəsit olaraq “alo” əvəzi, Şirkətin standart forması ilə rəsmi tərzdə salamlaşırsınızsa,
3) Müsahibə zamanı namizədə sual verirsiniz və əvəzində isə “az öncə mən sizin bu sualınıza cavab vermişdim” kimi cavabı eşidirsinizsə,
4) Mağazada, nəqliyyatda və ya olduğunuz digər məkanlarda insanlara diqqətlə baxır və kimin hansı vəzifəyə uyğun gələcəyi haqqında düşünürsünüzsə,
5) Həftə sonu istirahətinizdə artıq iş təklifi almış namizədin “ya təklifi rədd edərsə” fikri sizi narahat edirsə,
6) Bağlamalı olduğunuz çox sayda vakansiya var deyə, yata bilmirsinizsə,
7) Vakansiya üzrə gələn zənglərə və ya “təsadüfən ofisin qarşısından keçən” namizədlərə empatiyasız yanaşırsınızsa,
8) Bir CV-nin dəyərlənməsində diqqətinizi cəmləməkdə çətinlik çəkir və beləliklə, normalından daha çox zaman ayırırsınızsa,
9) Nəqliyyatda gedərkən müsahibəni telefon vasitəsi ilə davam etdirirsinizsə,
10) Yaxınlarınız ilə istirahət etdiyinizdə "Namizəd zəng edir" və yanınızdakı insanlar bundan bezir və ümumiyyətlə, sizə işdən danışmaq qadağası tez-tez qoyulursa, buna baxmayaraq isə özünüzü saxlaya bilməyib namizədin bütün suallarına cavab verirsinizsə.

Hazırladı: Aygün Ramazanova











HR-AZ.com portalının paylaşımlarından xəbərdar olmaq üçün rəsmi Linkedin Telegram səhifələrimizi izləyə bilərsiniz.

Mənbə:
HR-AZ.com
Oxşar məqalələr
Şərhlər
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə