Prezident İlham Əliyev “Azərbaycan Respublikası prokurorluq orqanları işçilərinin maddi və sosial təminatı haqqında” sərəncamında dəyişiklik edib.
HR-AZ.com xəbər verir ki, dəyişikliklə Azərbaycan Respublikası Baş prokurorunun aylıq vəzifə maaşı 3260 manat məbləğində müəyyən edilsin.
Bu Sərəncam 2022-ci il iyulun 1-dən tətbiq edilir.
Eyni zamanda, Prezident İlham Əliyev “Konstitusiya Məhkəməsi haqqında” qanuna dəyişikliyi təsdiqləyib.
Dəyişikliklə Konstitusiya Məhkəməsinin sədri 3550 manat məbləğində aylıq vəzifə maaşı alacaq.
Bu Qanun 2022-ci il sentyabrın 1-dən qüvvəyə minir.
HR-AZ.com portalının paylaşımlarından xəbərdar olmaq üçün rəsmi
Linkedin və
Telegram səhifələrimizi izləyə bilərsiniz.
Mənbə:
HR-AZ.com