Müasir CV növləri: Üstünlüklər və çatışmazlıqlar

10 avqust, 2018 41 4 672


Müasir CV növləri: Üstünlüklər və çatışmazlıqlar


Zaman və əmək bazarının dinamik inkişafı vərdiş etdiyimiz və dəyişməz hesab etdiyimiz proseslərə öz düzəlişlərini əlavə edir. Uzun illər istifadə etdiyimiz ənənəvi tərcümeyi-halların yerinə gələn müxtəlif formatlı CV-lər müasir trendlərdən biridir.

Onlardan ən populyar olan 4-nə nəzər salaq:

· Xronoloji

· Funksional

· Hibrid

· Targeted (hədəfə yönəlmiş)

XRONOLOJİ CV

Klassik format sayılır, bütün rekruterlərə və işaxtaranlara tanış olan və geniş yayılmış CV formatıdır. Burada əks xronoloji ardıcıllıqla namizədin iş yerləri, tutduğu vəzifələrin adları və yerinə yetirdiyi işlər haqqında informasiya əks olunur.

Mütləq qeyd olunmalı olan bölmələr bunlardır:

· Şəxsi məlumat

· Əlaqə vasitəıləri

· Təhsil

· Peşə bilikləri və səriştəliklər

Üstünlüklər və imkanlar:

Universallıq – istənilən vəzifə və işə qəbul mütəxəssislərinin apardığı analiz üçün məqsədəuyğundur.

Gözəyatımlılıq - karyera yüksəlişinin rahat müşahidəsi.

Aydınlıq və asanlıq – uzun illər işaxtarnlar məhz bu formatdan istifadə etmişlər, həmçinin bu tip CV-lərə aid internetdə sonsuz sayda şablon mövcuddur.

Çatışmamazlıqlar və təhlükələr:

Xronoloji CV təcrübə üzərində vurğu qoyduğu səbəbilə, namizədin səriştəliklərinin, bacarıqlarının və peşəkar nailiyyətlərinin tam və obyektiv görünüşünü təsvir etmir;

Aşağıdakı hallarda xronoloji CV namizədə tövsiyyə olunmur:

· Namizəd gənc və təcrübəsizdir

· Peşə dəyişikliyi baş verəndə, uyğun profil üzrə təcrübə olmadığında və ya belə bir təcrübə uzun müddət əvvəl olduqda

· İşaxtaranın müxtəlif sahələrdə müxtəlif iş təcrübəsi olduğu halda, karyera davamlı olmadıqda, təcrübədə böyük fasilələr olduqda

· İdarəçilərə və müxtəlif layihələrdə işləyənlərə

FUNKSİONAL CV

Bu format vurğunu namizədin iş təcrübəsindən peşəkar keyfiyyətlərə, bacarıq və potensiala köçürməyi nəzərdə tutur. Əgər insan öz karyerasının başlanğıcındadırsa və ya namizəd iş sahəsini dəyişmək fikrindədirsə bu onun üçün ən optimal variantdır. Əvvəlki vəzifələr arasında rəsmi olaraq lazımi bir vəzifə olmazsa belə, CV-də göstərilən peşə bilikləri və bacarıqlar vəzifə öhdəliklərinin yerinə yetirilməsi üçün kafi olmalıdır.

Funksional CV-yə aşağıdakı bölmələr daxil edilir:

· Şəxsi məlumat və əlaqə vasitələri

· Məqsəd və istək

· Təhsil və əldə edilən ixtisas

· Peşə bacarığı və nailiyyətləri - bir qayda olaraq müəyyən dövrlərə və iş yerlərinə istinad etmədən göstərilməlidir. Bunlar olmadıqda layihələrdə, elmi tədbirlərdə iştirakınız və ya ictimai fəaliyyət barədə məlumat verə bilərsiniz

· Kompüter bilikləri və dil bilikləri daxil olmaqla xüsusi bilik və bacarıqlar

· Əlavə məlumatlar - buradan alınan mükafatlar, sertifikatlar, yarışlarda qələbələr, təşkilatlara üzvlük, şəxsi keyfiyyətlər, maraqlar, hobilər və s. göstərə bilərsiniz.

· CV-nin əvvəlki versiyasından fərqli olaraq, funksional CV namizədin karyerası barədə tam bir fikir vermir, və heç də bütün hallarda uyğun deyil. Sizə bir sirr açım, funksional CV-lər HR mütəxəssisləri tərəfindən çox da bəyənilmir.

Üstünlüklər və imkanlar:

Namizədin peşəkar biliklərini, səriştəliklərini və bacarıqlarını tam əks etdirməyə imkan verir.

Profil üzrə iş təcrübəsi olmadığında bu tip CV istifadəsi tam məqsədəuyğundur. Məsələn təhsil müəssisələrinin məzunları, işində uzun fasilə verən kəslər, peşə dəyişikliyi baş verdikdə və s.

Çatışmamazlıqlar və təhlükələr:

Bu tip CV idarəetmə təbəqəsinə və ya iş təcrübəsinin mütləq meyyar olduğu vəzifələr üçün yaramır.

Yuxarıda qeyd edildiyi kimi, kadrlar üzrə işçi tərəfindən qüsurlu hesab edilə və rədd edilə bilər. (belə düşünən HR mütəxəssislərlə qəti razı deyiləm)

HİBRİD CV

Hibrid tipli CV yuxarıda qeyd etdiyim funksional və xronoloji CV növlərinin struktur hissələrindən ibarətdir və hər ikisinin xüsusiyyətlərini ehtiva edir.

Strukturuna daxildir:

işaxtaranın məqsədi və tələbi;
ümumiləşdirilmiş formada professional bacarıq və nailiyyətlər;
şirkətlərdə işləmə aralığı ilə yanaşı, həmçinin yerinə yetirdiyi funksiya məzmununu və ya iştirak etdiyi layihələr də əks xronoloji ardıcıllıqla yerləşdirilməlidir.
Ayrıca, namizədin təhsil və əlaqə məlumatları haqqında məlumat verməlisiniz.
Bu tip CV eyni zamanda həm sizin iş tarixçənizi, həm də ki vurğulanmalı olan funksionalınızı nümayiş etdirməyə imkan verir.



Üstünlüklər və imkanlar:

Düzgün tərtib olunarsa işaxtaranı ən əlverişli işıqda təqdim edir;

Əsasən ixtisaslı təcrübəyə malik olan namizədlərə, peşəkar təcrübəsi və karyera tarixçəsi geniş olan kəslərə, istənilən səviyyəli idarəçilərə və layihə əməkdaşlarına tövsiyyə olunur.

Karyerasını yeni başlayanlar və ya profilini dəyişən kəslərə də yararlıdır. Burada iş təcrübəsinin üstündə çox durmadan keçid edib, əsas vurğunu bacarıqların üzərində qoymaq lazımdır.



Çatışmamazlıqlar və təhlükələr:

Məlumatların həcmli olması daha çox məkan tələb edir. Ona görə çalışmaq lazımdır ki, CV artıq informasiya ilə yüklənməsin. Maksimum aydınlıq və konkretika təmin edilməlidir. Rekruterlərin əhvalını pozmayın, bu sizin sonrakı mərhələlərə keçməniz üçün kifayət qədər əhəmiyyətli amildir ;)



TARGETED CV

Məqsədli CV formatı, işəgötürənin görmək istədiyi peşəkar fəaliyyətinizin tam görünüşünü əks etdirir. Bu CV formatının üstünlüyü işəgötürənin boş yerə uyğun olub olmadığını dərhal başa düşməsidir. Təəsüf ki, hədəflənmiş CV yalnız konkret bir pozisiya üçün yararlıdır və digər vakansiyalar üçün nəzərdə tutulmur.



Demək olar ki, bütün namizədlər targeted formatından effektiv istifadə edə bilərlər. Məsələn, məzunlar kiçik iş təcrübəsini işəgötürənin tələblərinə uyğunlaşdıra, təcrübəli mütəxəssislər isə ixtisas səviyyəsini ortaya qoya bilərlər.

Əgər işəgötürənin tələblərindən anlayışınız yoxdursa, hədəfli CV tətbiqi məqsədəuyğun deyil.

Müəllif: Səbuhi Məmmədəliyev











HR-AZ.com portalının paylaşımlarından xəbərdar olmaq üçün rəsmi Linkedin Telegram səhifələrimizi izləyə bilərsiniz.

Mənbə:
HR-AZ.com
Oxşar məqalələr
Şərhlər
Cesar6 noyabr 2024, 04:33
Experts don’t really suggest this betting sample if
you’ve obtained a small bankroll.

Feel free to visit my web page; 토토커뮤니티
Magaret6 noyabr 2024, 04:39
With Everygame, you probably can place bets as small as $1, which not each
platform presents.

Have a look at my web blog; click here
Jenni6 noyabr 2024, 04:51
Plus, seasoned bettors, who could have already got an account with a number
of Virginia on-line sportsbook operators, can money in by way
of ongoing promos.

Stop by my homepage :: 슈어맨
Trisha6 noyabr 2024, 05:01
Typically, welcome bonuses come within the form of a matched deposit or a
free guess.

My web site; get more
info
Bethany6 noyabr 2024, 10:34
Get quick entry to the funds you want, forr no matter you
want them Loan for Defaulters.
Melaine6 noyabr 2024, 16:57
The tax rate is 15% of gross gaming iincome plus yet another 2.5 to 5 percent for alternative investment taxes.


Also visit my homepage :: 슬롯사이트
Mitchel7 noyabr 2024, 00:04
All of the following sportsbooks ratee extremely for the aforementioned
criteria, so that yyou can’t go wrong with any
of them.

Here is my page 슈어맨
Christine8 noyabr 2024, 15:04
It stands out with its VIP lounfe capabilities and a wide variety of high-paying casino games.


Here is my website :: 카지노친구
Chanel8 noyabr 2024, 18:21
The one catch is that requesting a physical verify could take up too 15 business days.


My web blog ... website
Elsa8 noyabr 2024, 21:18
Theey are exposed to, turn into familiar with, and have ready
access to gambling, alcohol and tobacco.

Here is my website Get More Info
Deb8 noyabr 2024, 23:33
Furthermore, no sportsbooks constantly have the best odds for a specifkc betting market.


Also visit my web blog ... click here
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə