Uğurlu tərcümeyi-hal (CV) tərtib etməyin 10 qaydası

11 noyabr, 2020 0 3 467


Uğurlu tərcümeyi-hal (CV) tərtib etməyin 10 qaydası


İşə qəbul uğurlu CV-dən başlayır.
Axı, potensial bir işdə sizin haqda ilkin təəssüratı məhz CV-niz yaradır.
Bəs öz tərcümeyi-halınızı həqiqətən bənzərsiz və kütləvi namizədlər arasında fərqləndirmək üçün nə etmək olar? Bu işdə sizə köməklik etmək üçün uğurlu bir tərcümeyi-halı tərtib edərkən diqqət etməli olduğunuz 10 sadə, lakin çox vacib qaydanı sizinlə paylaşmaq istəyirəm.


1. CV-nizi oxumağı asanlaşdırın.
Qarışıq və həddən artıq məlumatları qeyd etməkdən çəkinin. İnanın, rekruterin CV-nizə sərf edəcəkləri çox vaxtı yoxdur. Qısa, aydın və anlaşıqlı olun. Haqqınızda olan məlumatların strukturunu qurun, ardıcıllığa diqqət edin. Standart bir şrift, alt başlıq və siyahılardan istifadə edin. Həcmində həddi aşmayın – çalışın sənədin ölçüsü iki səhifədən çox olmasın!

2. “Şəkilsiz CV-lərə baxılmayacaq” yanaşması yığışdırılsa da, CV-nizdə foto yerləşdirməyə qərar vermisinizsə, keyfiyyətli şəkil çəkdirmək üçün vaxt ayırın.
Şəkil, yaş və cins kimi amillər digər ölkələrdə ayrı-seçkilik təssurratı yaratsa da və namizədlərə belə bir tələbi artıq yığışdırsalar da təəssüfki, tam olaraq Azərbaycanda bu tələb yığışdırılmayıb. Bu səbəbdən CV-nizdə şəkil yerləşdirirsinizsə, yaxşısını seçin və yuxarı küncündə yerləşdirin. Bu şəxsiyyət vəsiqənizdə olan rəsmi şəkil kimi olmaya bilər, amma heç bir halda qeyri-ciddi olmamalıdır. Bu halda ən çox iş tərzi üstünlük təşkil edir. Fotoşəkildə görünüşünüz rekruterin diqqətini cəlb etmək fürsətlərdən biridir.

3. Müraciət etdiyiniz vakansiyaya diqqətinizi cəmləyin.
Müraciət etdiyiniz vakansiyaya uyğun şəkildə özünüzü təsvir edin. Şəxsi keyfiyyətlərinizdən tutmuş əldə etdiyiniz nəaliyyətlərinizə qədər hər şey müraciət etdiyiniz vakansiyaya uyğun olduğunuzu göstərməlidir. Uyğun olmadığınız vakansiyaya gözüyumulu CV göndərməyin, inanın ki, bu sizin haqda heç də xoş təəssürat yaratmayacaqdır. Vakansiya sizin öncəki təcrübələrinizə maksimum uyğun olmalıdır. Bundan əlavə əvvəlki iş yerlərində olan vəzifələrinizdə müraciət etdiyiniz vəzifə üçün faydalı olacaq tapşırıqları yerinə yetirmisinizsə, mütləq qeyd edin. Əzm və ya ünsiyyətlilik peşəniz üçün vacibdirsə, CV-də bu keyfiyyətlərin özünüzdə necə təzahür etdiyini söyləyin. Müraciət etdiyiniz vəzifədə əlverişli olacaq xüsusi kursları artıq keçmisinizsə, onları da qeyd etməyi unutmayın.

4. İş təcrübənizi – vəzifələrinizi ətraflı təsvir edin
İşlədiyiniz öncəki bir şirkətlərdəki fəaliyyətlərinizi izah edərkən müraciət etdiyiniz vakansiyaya diqqət yetirin. Əvvəlki iş yerlərinizdə etdiyiniz işlər müraciət etdiyiniz şirkətə nə ilə faydalı olacaq? Artıq olan informasiyanı çıxardın. İşlədiyiniz bütün vəzifələrin adı, işlədiyiniz müddət tam aydın şəkildə və ardıcıllıqla qeyd edilməlidir. Əmək kitabçasında göstərilməyən şirkətləri və layihələri belə təsvir edin. Hazırki, şirkət üçün yararlı ola biləcəyinizi tam göstərmək üçün istənilən təcrübə vacibdir.

5. Vəzifələrdən əlavə əldə etdiyiniz uğur və nəaliyyətləriniz barədə qeyd edin.
Bir çox iş axtaranlar əvvəl işlədikləri yerlərdə vəzifə öhdəliklərini sadəcə “copy” “paste” edirlər. Öyünməkdən və daha çox spesifikasiya və rəqəmlər qeyd etməkdən qorxmayın! “Müştəri cəlb etmək” deyil, “bir ayda 6 ən yaxşı müştəri cəlb etmək”. "Satışları artırmaq" deyil, "satışları 45% artırmaq" və s.
CV-nin “İş təcrübəsi” bölməsi işəgötürənə səriştələriniz barədə məlumat verilməlidir: Bunun üçün təbii ki, sadəcə əvvəlki iş yerlərini sadalamaq kifayət etmir. Burada qeyd etməlisiniz ki, işlədiyiniz müddətlərdə hansı bacarıqlara sahib oldunuz, karyeranızda nələr əldə edə bildiniz. Məsələn; katibə vəzifəsi üçün müraciət edən namizəd gördüyü işlərin yanında komputerdə sürətli yazı qabiliyyətini (tying) qeyd edə bilər. Təbiiki, peşəkar iş təcrübəsi olmayan gənc namizədlər isə qoşulduqları təcrübə proqramları, hətta təhsil aldıqları illərdə nəaliyyətləri barədə bəhs edə bilərlər. Əlbətdə ki, bütün bu uğurların müraciət etdiyiniz vakansiya ilə əlaqəli olması şərtdir.

6. "Əlavə məlumatlar" bölməsinə laqeyd yanaşmayın.
Bu, əksər hallarda xarici dil və komputer bacarıqları , şəxsi keyfiyyətlərdə səriştəlilik səviyyəsidir. Ümumvətəndaşlıq və sürücülük vəsiqəsi də sizin haqqınızda əlavə məlumat ola bilər. Müraciət edəcəyiniz vəzifəyə “+” qazandıracaq hobbiləriniz varsa, onları da qeyd edə bilərsiniz. Niyə bu bölməyə laqeyd yanaşmayaq? Belə bir "sonrakı sözün" olmaması, özünüz haqqında danışacaq bir şeyiniz olmadığı təəssüratını yaradacaqdır. Ancaq burada çox yazmağa dəyməz: axı bu bir avtobioqrafiya deyil. Yalnız işdə sizə əlavə "bal" verə biləcək məlumatlar toplusudur.

7. Şəxsiyyət xüsusiyyətlərinizi qeyd edin.
İş axtaranlar nadir hallarda "Şəxsi keyfiyyətlər" alt hissəsinə diqqət yetirirlər. Bu arada, bu hissəyə görə, sizin haqqınızda müəyyən nəticələr çıxarmaq olar: niyə də özünüz haqqınızda potensial bir vəzifə üçün faydalı bir şey paylaşmayasınız? Məsələn, işə olan ciddi münasibətiniz barədə yazın və karyeranızdakı bir keys ilə bunu dəstəkləyin. Və ya yaradıcı bir peşənin nümayəndəsisinizsə, xəyal gücünə maliksinizsə, portfolionuzdan bir nümunə ilə bölüşün.

8. Şablonlardan çəkinin
Yenə də bu "ünsiyyətlilik" və "stresə davamlılıq"!
İşə götürənlər artıq onların əlindən hara gedəcəklərini bilmirlər. Həqiqətən yaxşı bir tərcümeyi-hal hazırlamaq üçün klişeli ifadələr əvəzinə "özünüzdən" yazın. Bəli, sənəd işgüzar bir tərzdə olmalıdır, lakin şablon və banallığa icazə verməyin. Başqa sözlə: oxucunu maraqlandıracaq şəkildə yazın.

9. Yazıda orfoqrafik səhvlərə yol verməyin.
Redaktor olaraq çalışmasanız da, səhvləri çox olan bir tərcümeyi-hal təqdim edə biləcəyinizi düşünməyin. Hələ də bununla bağlı probleminiz varsa, sizdən sonra başqasından sənədi yoxlamasını xahiş edin və yalnız bundan sonra göndərin. Həmçinin smaylik, üç nöqtə və nida işarələrindən, yazıda böyük hərflərdən (Caps Lock) və qıcıqverici rənglərdən istifadə etməyin.

10. CV artıq yazıldıqdan sonra…
CV-nizi diqqətlə yoxladıqdan sonra daha bir neçə detala diqqət yetirin:
- CV-dəki əlaqə vasitələrinin aktiv olmasına diqqət yetirin. İşlək olmayan nömrə və email-dan istifadə etməyin.
- Vaxtaşırı CV-nizi yeniləyin. Yaşayış ünvanı, təhsiliniz və s məlumatlar zamanla yenilənə bilər.
- Ad, soyad, ata adınızı qeyd etməklə sənədə ad verin.
- CV-nizi doc (docx) və ya pdf formatında yaddaşda saxlayın.
- Müşayiət məktubunuzu yazmağı unutmayın. Müraciət edən çox az sayda namizəd buna vaxt ayırır, amma bir İR mütəxəssisi ürəkdən və həqiqətən bu şirkətdə işləmək həvəsi ilə yazılmış bir müşayiət məktubu görəndə, dərhal müsahibəyə dəvət etmək və ona bir şans vermək istəyir.
- Tərcümeyi-halınızı və müşayiət məktubunuzu işəgötürənə göndərərkən mövzu yerində müraciət etdiyiniz vakansiyanın adını qeyd etməyi unutmayın.

Hazırladı: Aygün Ramazanova











HR-AZ.com portalının paylaşımlarından xəbərdar olmaq üçün rəsmi Linkedin Telegram səhifələrimizi izləyə bilərsiniz.

Mənbə:
HR-AZ.com
Oxşar məqalələr
Şərhlər
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə