HR-AZ.com olaraq sizə HR-ların və ümumiyyətlə özünü şəxsi inkişaf, motivasiya və karyera mövzularında inkişaf etdirmək istəyən hər kəsin izləməli olduğu filmləri təqdim etmək qərarına gəldik.
Beləliklə, məsləhət görəcəyimiz ilk film: İmtahan.
İmtahan (Exam) filmi 2009-cu ildə çəkilib. Nəhəng bir korporasiyada vakant vəzifə uğrunda kastinqdən keçmək üçün namizədlərin keçəcəyi çətin yol filmin əsas mövzusudur. Son mərhələyə cəmi 8 namizəd adlaya bilir. 8 namizəddən kim 80 dəqiqəlik sınaq imtahanından keçə biləcək? İşəgötürənin tələblərinə uyğun olmaq üçün hansı arqumentlər gətirilməlidir? Yoxsa fərqli bir yol seçərək sadəcə rəqib namizədləri sıradan çıxarmaqla işə qəbul olmaq olar? Bu psixoloji trilleri sona qədər izləyərək bu sualların cavabını tapa bilərsiniz...
Xoş seyirlər!
HR-AZ.com portalının paylaşımlarından xəbərdar olmaq üçün rəsmi Linkedin və Telegram səhifələrimizi izləyə bilərsiniz.