İş yerində məhsuldar şəkildə necə istirahət etmək olar?

04 may, 2017 0 1 008


İş yerində məhsuldar şəkildə necə istirahət etmək olar?


Biz iş yerində insanların necə istirahət etdikləri haqqında maraqlandıq və bu mövzu ətrafında kiçik bir araşdırma apardıq.

Sorğu zamanı aşkar olundu ki, bir çox insan fasilə zamanı çay ilə şirniyyat yeyir, həmkarları ilə söhbət edir və yaxud sosial şəbəkələrdə vaxt keçirirlər. Qeyd edək ki, söhbət nahar fasiləsindən deyil, hər 1,5-2 saatdan bir orqanizmimizin tələb etdiyi 10-15 dəqiqəlik istirahətdən gedir. Fasilənin əsas məqsədi bizim gücümüzün bərpa olunmasına yönəlir.

Yaxşı istirahət edən, yaxşı işləyər!

Beləliklə, əgər hər iş günündə biz 3-4 dəfə çay içib, həmkarlarla söhbət edib və sosial şəbəkələrdə otururuqsa, bir müddətdən sonra biz bu fəaliyyəti istirahət adlandıra bilməyəcəyik. Belə bir fəaliyyət bizim üçün adiləşəcək və gündəlik etməli olduğumuz öhdəliklərin sırasına daxil olunacaq.

Bəs fasilə vaxtını məhsuldar şəkildə necə keçirmək olar?

Biz bu araşdırmada həmçinin inkişaf etmiş şirkətlərin öz əməkdaşlarına tətbiq etdikləri əmək şəraiti və istirahət təcrübələrindən yararlandıq.

Araşdırma nəticəsində biz 15 dəqiqəlik istirahəti necə məhsuldar şəkildə keçirmək olar haqqında bir neçə üsul tapdıq. Nəzərə almaq lazımdır ki, hər bir insan fərdidir və bu istirahət üsulları hər kəsə uyğun olmaya bilər.

Biz çalışımışıq ki, bu istirahət üsulları hər kəsə əlverişli olsun.

Beləliklə, sizə siyahını təqdim edirik.

1. Həzin, sizi sakitləşdirən musiqiyə qulaq asın. Həmkarlarınızı narahat etməmək üçün musiqiyə qulaqlıqlarla da qulaq asa bilərsiniz.
2. Bir neçə dilim dadlı şokolad yeyə bilərsiniz.
3. Həmkarlarınıza komplimentlər edin, özünüzü pozitiv şəkildə kökləyin.
4. Kompüterdə al-əlvan şəkillərə baxın. Rənglərdən zövq almağa çalışın.
5. İşi bir kənara qoyun və bu gün axşam və yaxud bazar günündə nə ilə məşğul olacağınız haqqında xəyal qurun.
6. Əl-üzünüzü yuya bilərsiniz.
7. İş otağından çıxın və piləkənlərlə bir-iki mərtəbə aşağı-yuxarı düşün.
8. Tələsmədən bir stəkan su içə bilərsiniz.
9. Ayaqqablarınızı çaxırdın və ayaqyalın yerin, otun, torpağın üzərində gəzin.
10. Gözləriniz üçün məşqlər edin.
11. Lətifələr olan sayta girin və 10-a yaxın lətifə oxuyub ürəkdən gülmək yaxşı olar.
12. İş otağınızdakı güllər və yaxud digər bitkilərə diqqət yetirin.
13. Küçəyə çıxıb binanın ətrafında bir qədər gəzişin.
14. Özünüzə aroma terapiya seansı düzəldin. Bir neçə dəqiqə aroma yağları iyləyin.
16. İnternetdə rəsm əsərləri qalereyasını tapın (və yaxud yaxşı illustrasiyaları olan kitab götürün) və bir neçə dəqiqə onlara baxın.
17. Rəsm çəkin. Nə ilə, nə və necə çəkdiyiniz önəmli deyil.
18. Yüksək bir yerə qalxın və üfüqi izləyin.
19. Əhvalınızı qaldıracaq mahnıların sədası altında qısa bir rəqs edin.
20. Faydalı və dadlı çərəzlər yeyə bilərsiniz.
21. Axırıncı dəfə məzuniyyətə çıxdığınızda çəkdirdiyiniz şəkillərə baxın. Bu sizi ruhlandıracaq.
22. Pazl yığa bilərsiniz.
23. Sevdiyiniz şəxsə zəng edin və onu çox sevdiyinizi deyin.
24. İş masanızın üzərini və yaxud siyirmələri səliqəyə salın.
25. Meditasiya edə bilərsiniz.
26. Xəyalını qurduğunuz məkanların şəkillərinə baxa bilərsiniz.
27. Bir neçə enerjili hərəkətlər edin. Məsələn, idman hərəkətləri.
28. Motivasiya edən video yazılara baxa bilərsiniz.
29. İbrətamiz hekəyə oxuyun.
30. Bir fincan çay, qəhvə və yaxud isti şokolad için.
31. Özünüzə bir dəstə tər güllər alın.
32. Əgər sizdə yaxşı alınırsa, ucadan və zövq ilə bir mahnı oxuyun və yaxud astaca özünüz üçün oxuyun.
33. İş otağınızın pəncərəsindən küçəyə baxın və dünən ki gün ilə müqayisədə nəyin dəyişdiyini təyin etməyə çalışın.
34. Təbiət səslərindən olan 2- 3 kompozisiyaya qulaq asın.
35. Mexaniki saat götürün və bir dəqiqə ərzində dəqiqəni göstərən əqrəbin necə hərəkət etdiyini izləyin.
36. Təzə meyvələrdən sıxılmış şirə için.
37. Vərəqdən bir neçə fiqur düzəldin və onu kiməsə hədiyyə edin.
38. Kimisə qucaqlaya bilərsiniz.
39. Musiqi alətində çalın.
40. Güzgünün qarşısına keçin, gülməli simalar düzəldin və yaxud öz müdirinizi təlqid edin.
41. 15 dəqiqə mürgüləyin.
42. Əyninizi dəyişə bilərsiniz.
43. Bir dilim limon yeyə bilərsiniz.
44. Nə isə toxuyun və yaxud naxış vurmaqla məşğul ola bilərsiniz.
45. Bir neçə dəqiqə yanan şama baxın.
46. Həmkarlarınızdan xahiş edə bilərsiniz ki, sizi masaj etsinlər.
47. Pəncərəni açın və iş otağınızı havalandırın.
48. Tapmacalar və yaxud məntiqi məsələlər həll edin.
49. Həmkarlarınızla birgə krossvord həll edin.
50. Həmkarınıza belə bir sual verin: “Sənin əhvalını nə qaldırır?” və həmin şeyi edin.
51. Buludlara baxən və onların nəyə oxşadıqlarını tapın.
52. Həmkarlarınızla birgə yanıltmaclar deyin.
53. Bacardığınız qədər nəfəsinizi saxlayın və öz şəxsi rekordunuzu təyin edin.
54. Meditasiya edin.
55. Son həftə başınıza gələnləri yadınıza salın.
56. Sevdiyiniz insana ismarıc göndərin.
57. Gözlərinizi bağlayın və sizi əhatə edən səslərə qulaq asın.
58. Həmkarınızın işində ona kömək edin.
59. “Nəyə görə mən öz işimi sevirəm” adlı bir siyahı tutun.
60. Təsəvvür edin ki, sizin əlinizdə qızıl balıq var. Siz ondan nə istəyərdiniz?
61. Həmkarlarınız üçün ucadan şeir oxuyun.
62. Təxminən , üç xarici söz öyrənin.
63. Özünüzə həyat şüarı seçin.
64. Yeni kompüter proqramı öyrənməyə çalışın.
65. “İşdə necə istirahət etmək olar” haqqında özünüz üçün bir siyahı tutun!











HR-AZ.com portalının paylaşımlarından xəbərdar olmaq üçün rəsmi Linkedin Telegram səhifələrimizi izləyə bilərsiniz.

Mənbə:
Banker.az
Oxşar məqalələr
Şərhlər
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə