İdarəetmə qabiliyyətinizi 16 dəfə artıra biləcək tövsiyyələr

06 noyabr, 2021 0 2 257


İdarəetmə qabiliyyətinizi 16 dəfə artıra biləcək tövsiyyələr


İdarəetmə dedikdə ağlımıza ilk öncə şirkətlərin, hər hansısa bir qurumun, şöbənin idarəetməsi gəlir. Ancaq idarəetmə həyatımızın hər anında və sahəsində lazım olan, vacib bir xüsusiyyətdir. Həyatımızın 4 sahəsində idarəetmə qabiliyyətinə ehtiyac var: biznes, əməkdaşların idarə olunması, şəxsi həyatımızın və vərdişlərimizin idarəetmə, övladların idarə olunması.

Əlbəttə ki, biznesin və əməkdaşların idarəolunması hamı üçün tanışdır. Vərdişlərimizin və övladlarımızın düzgün idarə olunması sizi çaşdırmasın. Ailədə övladları vətənə və cəmiyyətə layiqli bir şəxsiyyət kimi yetişdirmək, vərdişlərimizin düzgün formada formalaşdırmaq üçün idarəetmə xüsusiyyətlərinə malik olmalıyıq.
Bütün bu sahələri özündə birləşdirən Daha Ağıllı İdarə et kitabı İdarəetmə qabiliyyətmizi 16 dəfə artırmaq üçün aşağıdakı həlləri tövsiyyə edir:

Biznesin idarə olunması

1. Şirkətinizin/Biznesinizin məqsədini təyin edin.
Siz Şirkətinizin məqsədinin nə olduğunu dəqiqliklə bilməlisiniz. Bilməlisiniz ki, müəssisələrdə yeganə bir məqsədin olması vacibdir və digər fəaliyyətlər həmin məqsədə istiqamətlənən sadəcə bir vasitə rolunu oynayır. Bu məqsədi bütün şöbələrə bildirin ki, hamı bir məqsəd üçün çalışsın.

2. Ən vacib hədəflərə fokuslanın.
Onlarla hədəfə çatmaq üçün çalışmaq əvəzinə, həqiqətən dəyişiklik yaratmaq xüsusiyyətinə malik olan bir və ya iki hədəfə fokuslanın. İcra fokuslanma ilə başlayır.

3. Yaranan hər hansı bir problemi həll etmək üçün istifadə edə biləcəyiniz yoxlama siyahıları (check-list) yaradın.
Yoxlama siyahısı 2 formada ola bilər: READ-AND-DO (yazılanları oxuduqdan sonra fəaliyyətə başlamaq) və ya CHECK-ONCE-DONE (qeyd olunan fəaliyyətləri həyata keçirdiyinizi təsdiqləmək).

4. Rəqabət strategiyanızı hazırlayın və nəzarətdə saxlayın.
Hər bir şirkətin özünün rəqabət strategiyası olmalıdır ki, rəqib qarşısında hər hansı bir üstünlüklə seçilsin və müştərinin gözündə daha yüksək qiymətləndirilsin.

Əməkdaşların idarə olunması

5. Komandanızda ola biləcək 5 çatışmazlığı aradan qaldırın.
Hər bir komandaya xas olan 5 çatışmazlıq bunlardır: inamsızlıq, mübahisə etmək qorxusu, məsuliyyətsizlik, tələbkar olmama, nəticələrə biganə yanaşma

6. Kadr seçimində əgər sizə kadrın təcrübəsi bir o qədər kritik deyilsə, düşünmədən təcrübəsizlərə fokus olun.
Təcrübəsi olmayan kadrlar sizin şirkətə daha bağlı olacaq, daha aşağı ə/h ilə özünüzə birbaşa loyal əməkdaş qazanacaqsınız.

7. Təyin etdiyiniz dəyərlərə, prinsiplər həmişə sadiq qalaraq əməkdaşlarınıza hər zaman nümunə olun.
Bu dəyərləri əməkdaşlarınıza transformasiya edin, onların bu dəyərlərə və prinsiplərə sadiq qalmasını təmin edin.

Şəxsi həyatın və vərdişlərin idarə olunması

8. Geniş baxış bucağına malik olaraq effektivliyinizi artırın
Geniş baxış bucağına malik olmaq üçün dünya görüşünüzü, planlaşdırma qabiliyyətinizi, analitik xüsusiyyətləri həmişə inkişaf etdirməlisiniz. 3. Vərdişlərin idarə olunması

9. Bir tək şeyə fokuslanın
Tək bir məsələyə üstünlük vermək və ya "tək məqsəd və ya müvəffəqiyyətə fokuslanaraq kiçilmə" - bəzi insanlara bir gün ərzində daha çox iş görmək imkanı verir.

10. Proaktiv olun, yalnız dəyişə biləcəyiniz məsələlərə fokuslanın
Aktiv insanlar həmişə təsir dairəsinə fokuslanırlar. Onlar öz enerjilərini tabe edə biləcəyi amillərə yönəldirlər və daima təsir dairəsini genişləndirirlər.

11. Keçmişinizi tamamlayın
Biz keçmişimizə həddindən artıq bağlı olduğumuz üçün gələcəyimiz barəsində açıq şəkildə fikirləşə bilmirik. Keçmişin tamamlanması daha yaxşı bir gələcəyin formalaşdırılması üçün vacib məsələdir. Bu vaxta qədərki ən yaxşı ilimizi yaşamaq istəyiriksə, retrospektiv düşüncənin gücündən öz mənafeyimiz üçün istifadə etməyi öyrənməliyik.

12. Xoşbəxtlik problemdir, onun axtarışına çox da diqqət ayırmayın.
Bu gün bizi xoşbəxt edən hər hansı bir şey sabah xoşbəxt etməyə bilər, çünki biologiyamız həmişə daha artığını tələb edir. Xoşbəxtliyə fokuslanmaq həmişə “başqa bir şey” axtarmaqla nəticələnir: yeni iş, yeni münasibət, daha yüksək mövqe və s. Bu isə bir nöqtədən sonra özümüzü zəif hiss etməyimizə səbəb olur.

Övladların idarə olunması

13. Uşağın inkişafının ən vacib dövrü – ilk üç ildir. Onun potensialını üzə çıxardın.
Uşağı, düzgün vaxtda və düzgün qaydada tərbiyə etmək, onu dahi kimi böyütmək demək deyil. Bunu anlamaq vacibdir. Hər hansı bir musiqi alətində ifa etmək və ya hər hansı bir xarici dili əziyyətlə öyrətmək uşaqda heç bir unikal bacarıq formalaşdırmır. Erkən inkişafın əsas məqsədi – xoşbəxt körpələr yetişdirmək, körpənin həyatında və dünyasında daha çox sevinc olsun deyə onda olan sonsuz potensial imkanları üzə çıxarmaqdır.

14. Övladınızla əlaqə qurun və onu yönləndirin
Uşağınızın beyninin necə işlədiyini anlamaqla, onunla daha sürətli və asan ünsiyyət qura bilərsiniz. Övladınız kədərli olduqda, əvvəlcə onun sağ beyninin emosional ehtiyaclarını, tələblərini ödəməli, daha sonra isə sol beyni vasitəsilə onu istiqamətləndirməlisiniz. Onu anlamaq və düzgün istiqamətləndirmək istəyirsinizsə, bunu sözlərinizlə ifadə edin, daha sonra isə münasib həll yolu təklif edin.

15. Uşaqlara öz hisslərini idarə etməkdə kömək edin.
Onlara diqqətlə qulaq asın. Özünü dinləyirmiş kimi göstərmək əksər hallarda həddindən artıq mənfi təsir göstərə bilər. Uşaqlar üçün onları həqiqətən dinləyən valideynlərə hansısa problemi danışmaq daha asandır. Bəzi hallarda uşaqların ehtiyac duyduğu şey sadəcə dinlənilməkdir.

16. Uşağı tərbiyə etməyə başlamazdan əvvəl, tərbiyənin məqsədi barəsində düşünün.
Uşağın təlim-tərbiyəsi ilə məşğul olmağa başalayanda hansı nəticələr almaq istədiyinizi, sadə dildə desək, hansı məqsədlə tərbiyə etmək istədiyinizi ilk öncə anlamaq lazımdır. Ümumiyyətlə, nə iş ilə məşğul olursunuzsa olun, hədəf seçmək ilk işiniz olmalıdır.


Yuxarıda sadalanan 16 tövsiyyə idareetmədə ilk addımlardır. Bu yolda «Daha Ağıllı idarə et» kitabı sizə yardımçı olacaq, bir növ konspekt rolunu oynayacaq. Bir çoxları liderliyin anadangəlmə bir xüsusiyyət olmasına inanır. Doğrudan da belə insanlar var, lakin liderlik ölçüləbilinən, öyrənilə bilən bir sahədir. Bunun üçün mütləq qaydada mütaliə etmək, oxuduqlarınızı isə həyatınıza tədbiq etmək lazımdır.


İdarəetmə qabiliyyətinizi 16 dəfə artıra biləcək tövsiyyələr












HR-AZ.com portalının paylaşımlarından xəbərdar olmaq üçün rəsmi Linkedin Telegram səhifələrimizi izləyə bilərsiniz.

Mənbə:
HR-AZ.com
Oxşar məqalələr
Şərhlər
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə