Məsələ buluddadır, hər kəs yağışı bilir

30 sentyabr, 2021 1 2 136


Məsələ buluddadır, hər kəs yağışı bilir


Bugünlər yağış mövzusu çox aktualdır. İsti yay günlərindən sonra narın yağış bir çoxlarının qəlbinə su səpdi. Düzdür, yağış bəzi problemlərə yol açsa da, yağışın yağmağına sevinənlər də çox oldu. Yağış hər zaman sevgi, romantika ilə əlaqələndirilir və ona bugünədək minlərlə, bəlkə də milyonlarla şer həsr edilib. Amma nədənsə, əsl səbəbkar olan buludlar çox zaman yaddan çıxır. İş həyatında da belə ola bilir. Bir çox insan çox işlədiyi halda karyera artımı (promotion) məsələlərində onun yaddan çıxdığından, nisbətən daha az çalışan həmkarının isə, əksinə “qabağa çəkilməyindən” şikayət edir. Lakin, çox zaman işəgötürən işçinin dediyi qədər qərəzli olmur (ki, real biznesdə bu işəgötürənin qəti marağında deyil) və əslində bu halın birbaşa işçinin özündən qaynaqlanan səbəbləri olur. Bugünkü məqalədə məhz həmin faktorlardan danışmağa, sizə karyerada uğurlu olmaq üçün, “yağış” kimi görünən olmağınız üçün bir sıra məsləhətlər verməyə çalışacayıq. Beləliklə, karyera artımı əldə etmək üçün nə etməlisiniz:


1. Keys yaratmalısınız.

Mənim keçmiş rəhbərim, İR üzrə menecer Arif Ələsgərov deyirdi ki, yüksək potensiallı işçilərdən gözləntim onların tapşırıqları icra etməsi deyil, özlərinin problemləri aşkarlamaqları, özlərinin özləri üçün yeni tapşırıqlar yaratmaları və mənə ideyalarla, tapşırıqlarla gəlmələridir. Yəni, siz vəzifə öhdəliyində qeyd olunan rutin işləri icra etməklə, hətta bəzən, çox yaxşı icra etməklə sadəcə yaxşı icraçı olursunuz. Biznes isə, məsələləri icra edən zaman mövcud boşluqları analiz edən, mühakimə edərək həll yolları tapan yaradıcı insanları sevir. Rəhbərlər də, çox zaman bu tip işçiləri “qabağa çəkmək” istəyir.

2. Öz şəxsi imiciniz və brendinizi yaratmalısınız.

Digər vacib məsələ, özünüz haqqında fikir formalaşdırmağınızdır. Ola bilər ki, siz çox çalışırsınız, mühüm ideyalarla, təkliflərlə çıxış edirsiniz. Lakin, təqdimetmə bacarıqlarınızın yaxşı olmaması (şifahi-yazılı özünüifadə, təqdimetmə, prezentasiyaların hazırlanması və sairə), ətrafdakı insanlarla münasibətlərinizin lazımi səviyyədə olmaması sizin “karyera artımı” oyununa 1-0 geridə başlamağınız deməkdir. Bunun üçün, mütləq öz təqdimetmə bacarıqlarınızın inkişafı istiqamətində daim çalışmağınız, o cümlədən, həm komandada, həm əlaqədə olduğunuz digər peşəkar bağlantılarınızla münasibətləri hər zaman yaxşı səviyyədə saxlamağınız lazımdır. Bundan əlavə, çalışın müxtəlif tədbirlərdə iştirak edin, peşəkar əlaqələr qurun, çalışdığınız sahə üzrə adınızın mütəmadi hallanmağına nail olun. İR mütəxəssislər isə, bu işə mütəmadi araşdırmalar edərək, məqalələr yazaraq HR-AZ.com İR portalına göndərməklə də başlaya bilərlər. (gülüş smayliki)

3. Öz güclü və zəif tərəflərinizi analiz edin.

Promotion almaq istəyirsiniz? Bəs sizcə rəhbər niyə sizə karyera yüksəlişi üçün imkan yaratmalıdır? Digərlərindən üstün tərəfiniz nədir? Şirkətə hansı dəyərlər qatmısınız və ya qatırsınız? Hansı zəif tərəfləriniz var? Bu sualları özünüzə verməklə zəif və güclü tərəflərinizi analiz edin, bazarda öz “qiymət”-inizi müəyyənləşdirin və həmin qiymətin mütəmadi olaraq qalxması üçün zəif tərəfləriniz üzərində işləyin. Bundan əlavə, rəhbərinizdən daim haqqınızda rəy almağa çalışın. Sizdən gözləntilərini öyrənib, inkişafınızı o istiqamətdə də planlayın.

4. Gözünüz işarələrdə olsun.

Bəzən elə olur ki, rəhbər sizin dərəcənizi və vəzifənizi qaldırmaq istəyir. Bu qərarını verməzdən əvvəl sizə hansısa çətin bir layihəni, tapşırığı, işi verir. Bəzi kəslər, bu tip çətin tapşırıqların həyata keçirilməsinin mümkün olmadığını düşünərək işə başlamadan təslim olur. Əksinə, bu tip çətin tapşırıqlar sizə özünüzü göstərmək və sübut etmək üçün əla imkandır. Ola bilər ki, doğurdan da bu tapşırığın həlli real deyil. Amma özünüzü sorğulamaqla, qaynar alovun içinə atmaqla çox yeni şeylər öyrənə biləcəksiniz. Hətta həll edə bilmədiyiniz bu tapşırığın icrasında göstərdiyiniz səy və performans, davranış səriştəlikləriniz rəhbərin diqqətindədir və ilk cümlədə dediyimiz qərarında mühüm rol oynayacaq.

5. Şirkətin maraqlarını düşünün.

Hər zaman qərarlarınızda, tapşırıqların icrasında məsələyə öz tərəfinizdən baxmaqla yanaşı, şirkətin bu işdən alacağı faydanı da düşünün. Şirkətin ümumi maraqları istiqamətində hansı dəyərləri qata biləcəyinizi fikirləşin. Bir də bəzən, öz maraqlarınızı da qurban vermək lazım gəlir. Misal üçün, şirkət əhəmiyyətli hansısa tapşırığın icrası zamanı iş vaxtının bitməsi səbəbindən işi atıb gedirsinizsə, işlərin pik vaxtı məzuniyyət və ya digər vasitələrlə işdən qəsdən yayınırsınızsa rəhbərin kini ilə qarşılaşa və karyera artımı ilə bağlı sizin haqqınızda verə biləcəyi mümkün müsbət qərarı dəyişə bilərsiniz.

6. Performansın daimiliyini qoruyun.

Bəzi işçilərin performansı il ərzində çox “oynayır”. Bir müddət hamıdan yüksək performans, daha sonra çox aşağı performans sərgiləyirlər, sonra performans yenə artır və yenə azalır. Bu rəhbərin sizin haqqınızda fikir formalaşdırması üçün, qərar verməsi üçün ona yaratdığınız ən böyük problemlərdən biridir. Sizə, performansınıza hər zaman güvənə bilməyəcəyi fikri yaranır. Bu baxımdan, dəyişkən performansdansa, stabil orta performanslı işçiləri rəhbərlər daha çox bəyənir. Ona görə də, əhval-ruhiyyənizin, işə və tapşırığa inamınızın və digər faktorların sizin performansına ciddi təsirinin qarşısını almağa və stabil performans sərgiləməyə çalışın.


Beləliklə, bu məqalədə karyera pillələrini addımlamağınız üçün təcrübəmdə qarşılaşdığım və faydalı olacağına inandığım 6 məsləhəti sizinlə bölüşdüm. Ümid edirəm, işinizə yarayar!

Müəllif: Orxan Səfərli











HR-AZ.com portalının paylaşımlarından xəbərdar olmaq üçün rəsmi Linkedin Telegram səhifələrimizi izləyə bilərsiniz.

Mənbə:
HR-AZ.com
Oxşar məqalələr
Şərhlər
Darlene20 iyul 2024, 18:58
I blog quite often and I really thank you for your information. This great article has truly peaked my interest.
I will book mark your site and keep checking for
new information about once a week. I subscribed to your Feed too.


Have a look at my web page; Tejay
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə