İşçilər arasındakı sevgi münasibəti işdən çıxarılmaq üçün bir səbəb ola bilərmi?

08 avqust, 2021 0 1 081


İşçilər arasındakı sevgi münasibəti işdən çıxarılmaq üçün bir səbəb ola bilərmi?


İş yerində eşq nadir hallardan deyil. Ancaq bəzi şirkətlərdə bu qəti şəkildə qəbul edilmir. İnsanlar işdə daha çox vaxt keçirirlər, beləliklə münasibətlər qurulur. Bu münasibətdən sağlam ailə yaranacaqsa, niyə də olmasın?

Hüquqi baxımdan "ofis romantikası" qeyri-qanuni bir şey deyil: hər kəsin şəxsi toxunulmazlıq hüququ var və ofis romantikası iki nəfərə aid olduğu üçün həmin hüquq yaranmış olur.

Lakin, şirkət və təşkilatların daxili davranış etik və qaydaları, daxili nizam-intizam qaydaları var. Bu sənədlərə uyğun olaraq, işçilər arasında şəxsi və ya sevgi münasibətləri qadağan edilə bilər. Ancaq buna baxmayaraq Azərbaycanda iş yerində münasibətləri qadağan edən bir qanunumuz olmadığı üçün bu yalnız tövsiyə xarakterli ola bilər.

Buna görə də Azərbaycanda ofis romanslarının qadağan edilməsi faktiki olaraq real deyil. İstisna olaraq, ər və arvad və ya digər qohumlara birbaşa tabe olmağın qadağan edildiyi dövlət və hərbi xidmət sahəsi ola bilər.

Təbiiki, münasibətiniz işinizə müdaxilə edərsə və ya hətta zərər verərsə, o zaman sizi işdən çıxartmaq üçün bu zaman səbəb olacaq.

Məsələn, işçi Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 10-cu maddəsinin "b" bəndində nəzərdə tutulan, (əmək intizamına və müəssisədaxili intizam qaydalarına əməl etmək) qaydaları pozarsa işəgötürən bu Məcəllənin 186-cı maddəsində nəzərdə tutulmuş intizam tənbehlərindən birini tətbiq edə bilər.

a) töhmət vermək;

b) sonuncu xəbərdarlıqla şiddətli töhmət vermək;

c) kollektiv müqavilələrdə nəzərdə tutulmuşdursa, aylıq əmək haqqının 1/4-i məbləğindən çox olmamaq şərtilə cərimə etmək;

ç) əmək müqaviləsini bu Məcəllənin 70-ci maddəsinin «ç» bəndi ilə ləğv etmək.

Əmək intizamını pozduğunuza görə töhmət almışsınızsa və üstəgəl əmək vəzifələrini yerinə yetirməməyiniz ona əlavə edilmişdirsə, 70-ci maddəsinin «ç» bəndi ilə xitam qaçılmazdır. Əlbəttə ki, bu zaman əmək kitabçanıza "iş yerində eşq" münasibətinə görə işdən çıxarılma haqqında heç bir qeyd olmayacaq. Amma razılaşaq ki, bu heçnəyi dəyişmir.

Amma münasibətiniz heç bir halda işinizə mane olmursa, buna baxmayaraq hər addımda başınıza vurulur və ya işdə sıxışdırılırsınıza və hər şəkildə əzilirsinizsə, bu barədə vəkilə müraciət edə bilərsiniz.

Beləki, Əmək münasibətlərində vətəndaşlığına, cinsinə, irqinə, dininə, milliyyətinə, dilinə, yaşayış yerinə, əmlak vəziyyətinə, ictimai-sosial mənşəyinə, yaşına, ailə vəziyyətinə, əqidəsinə, siyasi baxışlarına, həmkarlar ittifaqlarına və ya başqa ictimai birliklərə mənsubiyyətinə, qulluq mövqeyinə, həmçinin işçinin işgüzar keyfiyyətləri, peşəkarlıq səriştəsi, əməyinin nəticələri ilə bağlı olmayan digər amillərə görə işçilər arasında hər hansı ayrı-seçkiliyə yol verilməsi, həmin amillər zəminində bilavasitə və ya dolayısı ilə imtiyazların və güzəştlərin müəyyən edilməsi, habelə hüquqlarının məhdudlaşdırılması qəti qadağandır (Azərbaycan Respublikasının Əmək Məcəlləsi Maddə 16. Əmək münasibətində ayrı-seçkiliyin qadağan edilməsi).

Yeri gəlmişkən, digər ölkələrdə iş yerində eşq münasibətinə qarşı çox sərtdirlər. Məsələn McDonald's CEO'su Steve Easterbrookda olduğu kimi, tabeliyində olan xanımla sevgi münasibətinə görə karyerası məhv oldu. Onların münasibətlərinin işə heç bir şəkildə müdaxilə etməməsinə və rəhbərliyi dövründə şirkətin səhmlərinin dəyərinin iki qat artmasına baxmayaraq.

Müəllif: Aygün Ramazanova











HR-AZ.com portalının paylaşımlarından xəbərdar olmaq üçün rəsmi Linkedin Telegram səhifələrimizi izləyə bilərsiniz.

Mənbə:
HR-AZ.com
Oxşar məqalələr
Şərhlər
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə