İşdə Uğurlu olmağın 6 Açarı

15 iyul, 2018 0 1 550


İşdə Uğurlu olmağın 6 Açarı


Şəxsi özəlliklərimizin uğurla düz mütənasib olduğu təkzibedilməz bir həqiqətdir. Bəzi özəlliklər uğur qazanmaqda köməklik edərkən, bəzi özəlliklər isə bizim inkişafımızı əngəlləyə bilər.

Londonda yerləşən UCL (University of College London) tərəfindən aparılan araşdırma nəticəsində müəyyənləşdirilən karyerada uğura aparacaq 6 özəlliyi təqdim edirik.

Məsuliyyət hissi
İşdə Uğurlu olmağın 6 Açarı


Təhsildə və işimizdə məsuliyyət hissi. qarşıya qoyulan planlara riayyət etmək və həyata keçirmək üçün önəmlidir. Uzun perspektivli nəticələri də nəzərə alaraq hərəkət edən məsuliyyətli insanlar müəyyən bir strategiya ilə daha çox uğurlu ola bilərlər. Ancaq, məsuliyyət hissinin çox olması bizə faydadan çox zərəri olar.

Mübarizə Aparmaq
İşdə Uğurlu olmağın 6 Açarı


Sizin üçün qısa müddətli nəticələr önəmlidir yoxsa uzun müddətli? Bir problemi həll etmək üçün qısa müddətli problemləri nəzərə alaraq hərəkətə keçmək və sizə qarşı olanlarla mübarizə etmək üst pozisiyadakı insanlar üçün çox önəmlidir.

İnsan Münasibətləri
İşdə Uğurlu olmağın 6 Açarı


İnsan münasibətlərində uğurlu olanlar işdə ətrafdakı insanlara rahat uyğunlaşırlar. Onlar stresli mühiti yumşaldaraq mənfi duyğuların onlara təsir etməsinə imkan verməzlər. Hər kəsin iş həyatına aid narahatlıqları var, ancaq bunlara çalışıb mümkün olduğu qədər az fikir vermək lazımdır.

Çevik olmaq
İşdə Uğurlu olmağın 6 Açarı


Bəzi insanlar qeyri-müəyyənlikləri sevirlər, bəziləri isə tapşırıqların detallı olaraq müəyyənləşdirilməsinin tərəfdarıdır. Çevik olan insanlar qarmaqarışıq hadisələrin öhdəsindən daha rahat gəlirlər və qeyri-müəyyənsizliklərin onları qorxutmasına imkan vermirlər.

Maraqlanmaq
İşdə Uğurlu olmağın 6 Açarı


Yeni proyektlərə maraqlı olan insanların işdə daha çox üstünlüyə sahib olduğu da tədqiqatın nəticələrindəndir. Daha rahat öyrənən və işə marağı daha yüksək olan bu insanlar daha yaradıcıdırlar və sıxıntıya qarşı da daha dayanıqlıdırlar. Ancaq, işə marağın çox olması zamanı bir proyekti başa çatdırmadan başqa bir proyektə keçə bilərsiniz. Bu da işin nəticəsinə mənfi təsir edəcək.

Rəqabətə açıq olmaq
İşdə Uğurlu olmağın 6 Açarı


Hər sahədə önəmli olan tarazlıq burada da qarşımıza çıxır. Başqaları ilə yarışmaq yerinə hədəfimiz hər zaman özümüzü keçmək olduğunda irəliləyiş əldə edirik.

Tədqiqatı aparan MacRae, yuxarıda sadalanan özəlliklərə sahib olan insanlar haqqında bunları deyir:

“Belə insanlarla işləmək qorxuducu gələ bilər; amma nə ilə qarşı-qarşıya olduğunuzu və nə gözlədiyinizi tam olaraq bilirsiniz. Dolayısı ilə, onlara güvənir və hörmət edərsiniz”.











HR-AZ.com portalının paylaşımlarından xəbərdar olmaq üçün rəsmi Linkedin Telegram səhifələrimizi izləyə bilərsiniz.

Mənbə:
Moneta.az
Oxşar məqalələr
Şərhlər
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə