Sizi hədəflərinizə aparacaq 6 qızıl qayda

15 iyul, 2018 0 1 205


Sizi hədəflərinizə aparacaq 6 qızıl qayda


Hər bir insanın həyatda müxtəlif məqsədləri və ideyaları olur. Bunlardan bəziləri arzu olaraq qalır, bəziləri isə reallığa çevrilir. İnsanın bacarmayacağı heç nə yoxdur. Gördüyümüz, istifadə etdiyimiz bütün fəaliyyətlər hansısa insanın beyninin məhsuludur. Başlanğıcda qeyri real kimi görünsə də əzm və zəhmət nəticəsində reallığa çevrilmiş və hər birimizin işini asanlaşdırmışdır. Aşağıdakı tövsiyyələr sizə ideyalarınızı həyata keçirməyinizə yardımçı olacaq.

1. Vaxt qızıldır, ondan yaxşı istifadə edin.

Zamanın nəbzini tutmaq, ondan hər fürsətdə məharətlə istifadə etmək, onu dəyərləndirmək lazımıdır. Düzdür, nə qədər zamanımız olduğunu bilmirik, elə bu səbəbdən də ondan düzgün istifadə etmək lazımıdır. Bütün işlərinizi planlı şəkildə həyata keçirin. Gündəlik zamanınızı proqramlı şəkildə bölüşdürün və geri qalan zamanınızı yeni fəaliyyətlərə tətbiq edin.

2. Düşüncələrinizi kamilləşdirin.

Hər bir böyük ideya beyində formalaşan kiçik, ilk başda reallığa oxşamayan ideyanın məhsuludur. Uğurlu insanların həyatına nəzər saldıqda görürük ki, onlar hər şeydən öncə düşüncələrini inkişaf etdirmiş, əksər insanlardan fərqlənməyi bacarmışlar. Ona görə beyninizdə kim olmaq, necə bir insan olmaq və hansı peşənin sahibi olacağınıza qərar verin və ona doğru addımlayın.

3. Sizi hədəfinizdən yayındıracaq insanlardan uzaqlaşın.

Bəzən ətafımızdakı insanlar davranış və hərəkətləri ilə bizi demotivasiya edər və onların bu tərz davranışları getdikcə bizim düşüncələrimizə təsir edər. Ona görə də, hədəflərinizə çatmaq üçün sizi ruhdan salan və puldan daha dəyərli zamanınızı boşa sərf edəcək insanlardan uzaqlaşın. Çünki çevrəmiz yaşımızın hər çağında xarakterimizin formalaşmasına ciddi təsir göstərər.

4. Hədəfinizə doğru hər gün nələrsə etməyə çalışın.



İnanın ki, qarşıda məqsəd və ona doğru sonsuz istək olduğu zaman siz o məqsədinizə çatacaqsınız. Qarşıya qoyduğunuz məqsədi hissələrə bölərək onu sistemləşdirin. Ən əsası, sizi məqsədinizə aparacaq yolda kiçik də olsa nələrsə etməyə çalışın. Və bu kiçik irəliləmələr sizi məqsədinizə çatdıracaq.

5. Hədəfiniz üçün son tarix müəyyənləşdirin.

Hər hansı bir məqsədiniz olsa belə ona son tarix müəyyənləşdirməsəniz müxtəlif bəhanələrlə onu uzadacaq və getdikcə reallaşmaqdan uzaqlaşacaq. Ona görə də, hədəfinizi hissələrə ayırın və bu məqsədə çatmaq üçün real tarix müəyyənləşdirin. Özünüzə yalançı çıxmamaq üçün qoyulan bu zaman çərçivəsində məqsədinizi reallaşdırmağa çalışın.

6. Heç bir vasitə sizi məqsədinizə çatmaqdan ayırmasın.

Motivasiyanızı mövcüd vəziyyətdən asılı olmayaraq yüksək tutmağa çalışın. Çünki, hər işin başlanğıcında güclü istək, əzmlə çalışmaq və ruhdan düşməmək dayanır. Bütün uğurlu layihələrin reallığa çevrilməsindəki əsas nüans ruhdan düşməmək və əzmlə çalışmaqdır. İlk başda, ideyanızın heç vaxt real olmayacağını düşünən və söyləyən insanlar, ideyanızı reallaşdırdığınız zaman “mən sənə demişdim, bu real olacaq” deyəcəklər və bu sizi motivasiya edəcək.

Unutmayın, siz suyun üzərində gəzməyi bacarsanız belə “onsuz da üzməyi bilmir, batacaq” deyən insanlar çox olacaq.











HR-AZ.com portalının paylaşımlarından xəbərdar olmaq üçün rəsmi Linkedin Telegram səhifələrimizi izləyə bilərsiniz.

Mənbə:
Moneta.az
Oxşar məqalələr
Şərhlər
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə