Xoşbəxtliyi pulla almaq olar – yeni araşdırmalar bunu təsdiq edir

14 dekabr, 2022 3 1 469


Xoşbəxtliyi pulla almaq olar – yeni araşdırmalar bunu təsdiq edir


Hər zaman xoşbəxtlik və maddiyat arasında əlaqənin hansı səviyyədə olması müzakirələrə səbəb olub. Araşdırmaçılar məsələyə birmənalı yanaşmırlar. Sadə insanlar da həmçinin. Bir çoxları pulun hər şeyi həll etmədiyini desə də, digər qisim insanlar “BMW-də ağlamağın, Jiqulidə ağlamaqdan daha yaxşı olması” qənaətindədirlər. Amerikada keçirilmiş anket sorğusunun nəticələri də, fikirlərin müxtəlif olduğunu göstərir. Belə ki, amerikalıların 19%-i xoşbəxtliyi pulla almağın mümkünlüyünə inanır. Təqribən 70% respondent isə, normal və stabil aylıq gəlirin stressi azaltdığını düşünür. Bəs nə qədər pul xoşbəxt olmaq üçün kifayətdir? Gəlin bu sualın cavabını araşdırma nəticələrində axtaraq.

Cibdə varsa pul, life is wonderful!

Xoşbəxtliyi pulla almaq haqqında ən məşhur nəzəriyyə nobel mükafatı almış Daniel Kaneman və Anqus Diton tərəfindən irəli sürülüb. Onlar düşünür ki, müəyyən bir həddə qədər xoşbəxtliyi pulla almaq mümkündür. 2010-cu ildə onlar yarım milyondan çox amerikalının iştirakı ilə pul, insanın emosional vəziyyəti və həyat səviyyəsi arasındakı əlaqəni araşdıran sorğu təşkil ediblər. Sorğu nəticələrini təhlil edən alimlər qazanc artdıqca həyat səviyyəsinin və emosional məmnunluğun səviyyəsinin də müvafiq qaydada artdığı qənaətinə gəliblər. Lakin, müəyyən bir həddən sonra, daha dəqiq desək ailənin büdcəsi illik 75 min dollar gəlir səviyyəsinə çatdıqdan sonra həyat səviyyəsinin keyfiyyətində artım davam etsə də, emosional məmnunluğun artım tempi dayanır.

Bugünün pulunu, sabaha saxlama!

Yeni araşdırma Kaneman və Ditonun nəzəriyyəsinin sona qədər dəqiq olmadığını iddia edir. Pensilvaniya Universitetinin elmi işçisi Mett Killinqsvort tərəfindən hazırlanmış smartfonlar üçün mobil əlavə 7 il ərzində insanların həyat səviyyəsi və xoşbəxtlikləri barədə mütəmadi olaraq sorğu keçirib. Kaneman və Ditonun sorğusunda əsasən keçmişə yönəlik suallar olduğundan insanlar daha az əmək haqqı və gəlirləri olduqları zaman nə dərəcədə xoşbəxt olduqlarını yada salaraq sorğuya cavab verirdilər. Killinqsvortun mobil əlavəsi isə, insanların gəlirləri və xoşbəxtlikləri arasındakı əlaqəni real rejimdə ölçməyə imkan verib. Proqram ümumilikdə 33 min insandan 1.7 milyon dəfə məlumat alıb. Əldə olunmuş dataya əsasən, ailənin illik büdcəsi 75 min dollar səviyyəsini keçdikdən sonra belə, həm xoşbəxtlik, həm də həyat səviyyəsində artım davam edir.

Xoşbəxtliyi pulla almaq olar – yeni araşdırmalar bunu təsdiq edir


Pulla hansı xoşbəxtliyi ala bilirik?

Beləliklə, pulla xoşbəxtlik arasında əlaqənin olmasını statistik rəqəmlərdə də əks olunur. Bəs necə olur ki, pulla xoşbəxtliyi ala bilirik? Hansı xoşbəxtlikləri ala bilirik?

1. İdarə etmə hissi

Killinqsvortun araşdırması zamanı həyatlarını daha yaxşı idarə edə bildiklərini deyən respondentlərin 74%-i həm də özlərini digərlərindən daha xoşbəxt hiss ediblər. Motivasiya nəzəriyyələrində də əslində oxşar məqamların olduğunu xatırlatmaq yerinə düşər.

2. Puluna minnət!

İnsan xoşbəxtliyi ilə bağlı məqamları araşdıran digər amerikalı alim Con Yahimoviç insanların pul vasitəsilə rutin və stress yaradan bir sıra “baş ağrı”-larından yan keçə bildikləri qənaətindədir. 522 nəfərlə təcrübə aparan alim və həmkarları təcrübədə iştirak edən insanların öz hissləri barədə gündəlik qeydlər aparmaqlarını xahiş edirlər. Təcrübədə iştirak edən insanların gəlirləri də müxtəlif olub – illik 10 min dollardan illik 150 min dollaradək. Təcrübə nəticəsində aydın olub ki, demək olar bütün insanlar gündəlik olaraq eyni sayda məyusluq hiss keçirsələr də, müvafiq məyusluq halları yüksək gəliri olan insanların xoşbəxtlik səviyyəsinə daha az təsir edib. Yüksək gəliri olan insanların hər hansı çətinliyin öhdəsindən gəlməyə olan inamları və özgüvənləri də müvafiq olaraq yüksək olub. Təbii ki, hər kəsin gündəlik rutin problemləri olur, amma pul bu problemlərin bir çoxunu daha tez bir zamanda həll etməyə imkan verir. Bununla bağlı Yahimoviçin başqa bir araşdırmasında isə, insanlara gündəlik rutin işlər tapşırılır: yemək hazırlamaq, uşaqlar olan səs-küylü otaqda distant işləmək, çətin nəqliyyat infrastrukturu olan ərazilərdə bir nöqtədən digərinə getmək və sairə. Təcrübədə iştirak edən insanlara 2 seçim verilirdi – müvafiq işlərlə əlaqədar yaxınlarından, ailələrindən dəstək istəmək və ya pul müqabilində başqa bir şəxsə tapşırmaq. Gəliri çox olan insanlar işlərin böyük bir qismini pul müqabilində kənar şəxslərə tapşırmağa üstünlük verirdilər. Bu da öz növbəsində insanların problemləri pulla həll edərkən həm rutin tapşırıqlardan yan keçmiş olduqlarını, həm də öz ailələrinin və yaxınlarının enerjilərinə və vaxtlarına qənaət etdiklərini göstərmiş olur.

3. Kasıblığın üzü qara olsun!

Yahimoviçin elmə gətirdiyi yeni fenomenlərdən biri də “Utanc spiralı”-dır. Məhdud büdcəyə malik insanların bir qismi öz həyat səviyyələrinin kifayət qədər olmamasından dolayı günah hissi keçirirlər. Müəyyən kənar faktorların təsirini qiymətləndirməyə imkan verməyən bu hiss artan templə inkişaf edir və beləcə xoşbəxtliyə ciddi zərbə vurur.

4. 10000 ver, gör qaqan nağaracax!

PNAS jurnalının 200 nəfər arasında apardığı araşdırma da maraqlı nəticələrə sahibdir. Belə ki, fokus qrupa daxil olan iştirakçıların hər birinə 10000 dollarlıq hədiyye çeki verilib və 3 ay ərzində istədikləri kimi xərcləyə biləcəkləri bildirilib. İkinci bir qrupa isə, hər hansı pul mükafatı verilmiyib. 3 ay əzrində hər iki qrupdan olan iştirakçılar aylıq olaraq öz əhval-ruhiyələrini və emosional vəziyyətlərini qiymətləndiriblər. Təbii ki, 10000 dollar verilmiş insanların sorğu nəticələrinə əsasən daha xoşbəxt olduqları bəlli olub. Lakin, maraqlısı orasındadır ki, 3 aydan sonra belə, pul mükafatı almış insanların xoşbəxtlik göstəriciləri digərlərindən yüksək qalmağa davam edir. Hazırda bu istiqamətdə araşdırmalar davam edir.

5. Əsas pul deyil, əsas “vnimatelni” olmaqdır!

Harvard biznes məktəbinin dosenti Maykl Norton isə, xoşbəxtliyi pulla almağın yolunun düzgün şeyə pul xərcləməkdə olduğunu bildirir. Norton araşdırmaları sonrası qənaətə gəlib ki, insanlar özlərinə nəsə almaq yerinə digərləri üçün pul xərclədikləri zaman daha xoşbəxt olurlar.
Miçiqan universitetinin alimləri isə, insanların təəssürata xərclədikləri pulun maddiyata xərclədikləri pulla nisbətdə onları daha xoşbəxt etdiyini düşünür. Belə ki, təəssürat daha uzun müddətli yaddaşda qalır və daha davamlı xoşbəxtliyi təmin edir.

Qonşunu göstər, deyim nə qədər xoşbəxtsən!

Bütün bu sadalananlar pul və xoşbəxtlik arasında müəyyən uyğunluqlarını göstərir. Amma işin bir əmması da var. Varlı insanların kasıb insanlardan daha xoşbəxt olduqları qənaətinə gəlsək, Amerikada həyat səviyyəsinin və əmək haqqının son 50 ildə kəskin artımı ilə, insanların xoşbəxtlikdən havada pərvaz etməli olduqlarını düşünmək olar. Əslində olan isə, orta statistik xoşbəxtlik göstəricilərində elə bir ciddi artım yoxdur. Bəs kimdir müqəssir?
Erzo Lattmerə görə, insanların xoşbəxt olmasına əsas maneə onların paxıllığı və özlərini daima başqaları ilə müqayisə etməkləridir. Onun sözlərinə görə, şəhərin varlı və kasıb məhlələrində yaşayan və eyni əmək haqqı alan iki insan arasında sorğu aparıldıqda kasıb məhlədə yaşayan digərindən daha xoşbəxt olacaq. Başqa sözlə desək, xoşbəxtliyimiz qonşumuzun əmək haqqısından da çox asılıdır.

Beləliklə, məqalədə insanların əmək haqqlarının və gəlirlərinin onların xoşbəxtliklərinə birbaşa və dolayı təsirləri barədə romantikadan uzaq, araşdırmalara istinad edən qısa bir məlumat vermək istədim. İstər şəxsi həyatda, istərsə də əmək haqqı və kompensasiya sistemlərinin qurulması zamanı bu məlumatların Sizə faydalı olacağına ümid edirəm. Təbii ki, adətən maddiyyat motivasiya faktoru deyil, Herzberqin təbilincə desək sadəcə gigienik və ya qoruyucu faktordur. Amma yetərli əmək haqqının olmamasının işçini demotivasiya etdiyini, ona şəxsi həyatında stress yaşatdığını və işə fokuslanmağında əsas maneələrdən biri olduğunu da unutmamalıyıq.

Müəllif: Orxan Səfərli

Mənbələr:
1. https://www.lendingtree.com/debt-consolidation/money-happiness-survey/
2. https://www.princeton.edu/~deaton/downloads/deaton_kahneman_high_income_improves_evaluation_August2010.pdf
3. https://www.pnas.org/doi/10.1073/pnas.2016976118
4. https://www.hbs.edu/faculty/Pages/download.aspx?name=FinancialScarcity_SPPS_accepted_November1_2021.pdf
5. https://www.sciencedirect.com/science/article/abs/pii/S0749597821000662
6. https://www.pnas.org/doi/10.1073/pnas.2211123119
7. https://www.ted.com/talks/michael_norton_how_to_buy_happiness
8. https://www.canr.msu.edu/news
9. https://hr-az.com/management/14-herzbergin-iki-faktor-nezeriyyesi.html











HR-AZ.com portalının paylaşımlarından xəbərdar olmaq üçün rəsmi Linkedin Telegram səhifələrimizi izləyə bilərsiniz.

Mənbə:
HR-AZ.com
Oxşar məqalələr
Şərhlər
Manuel P.18 yanvar 2023, 22:37
Hi,

I am writing to thank you for the wonderful service. My partner loves your products and couldn't thank you enough, specially with the service we received. She's fond of your business to be honest :) We are hoping we can purchase more once we get back from vacation.

By the way, always love your website. One suggestion, try adding more content. I use www.jasper.ai/?fpr=discount80 to create alot of automated original and creative contents. Boosted our company's sales and website traffic by 10x. Hope it helps you too.

Manuel P.
Duane Wilkes20 fevral 2023, 17:34
Hello.

My name is Irina. I am an expert in posting articles and texts on various websites.

Would you be interested in mutual cooperation? In fact, I have to propose you something but before starting working answer please this questionnaire in the link below: https://forms.gle/58NDRfrHg3RMdRcW7

It takes no more than 3 minutes but will clarify all the details of the project and accelerate each stage of your future partnership.

Thank you in advance for your time and I’m looking forward to a fruitful collaboration.

If you require any further information about the questionnaire or anything else, feel free to contact me.

Best regards, Irina
Antonietta Garvin24 fevral 2023, 16:47
Have you been utilizing Wordpress/Woocommerce or are you planning to utilise it sometime soon ? We currently provide a little over 3000 premium plugins and additionally themes to download 100 percent free : %spinfile-gplcoast.org-urls-short.dat%
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə