“Böyük beşlik” - Şəxsiyyət tipləri

08 iyul, 2020 0 9 714


“Böyük beşlik” - Şəxsiyyət tipləri


İnsanları davranışları və hərəkətlərinə görə bir neçə psixotipə bölmək olar. Bu psixotiplər, şəxsiyyət modellərini bilməklə həmin insanlar haqqında daha çox məlumata sahib ola və buna uyğun münasibət qurmağa çalışa bilərik. Eyni zamanda həmin şəxslərlə bağlı gözləntilərimiz də daha real olar. Bəs hansı şəxsiyyət tipləri vardır?

Ümumiyyətlə, dünyada şəxsiyyət haqqında müxtəlif nəzəriyyələr mövcuddur. Ancaq son zamanlar “Böyük beşlik” (Big Five personality traits) kimi tanınan elmi nəzəriyyə xeyli populyarlıq qazanıb. Hazırda bir çox araşdırmaçılar insanlarda şəxsiyyət tiplərinin məhz bu 5 formasını əsas faktor sayırlar. Bu nəzəriyyə 1949-cu ildə D. W. Fiske-nin araşdırması ilə başlayıb, daha sonra Norman (1967), Smith (1967), Goldberg (1981), and McCrae & Costa (1987) tərəfindən daha da təkmilləşdirilib.

“Böyük beşlik” - Şəxsiyyət tipləri


Qeyd olunan şəxsiyyət tipləri OCEAN (Openness, Conscientiousness, Extraversion, Agreeableness, Neuroticism) modeli kimi də tanınır və nəzəriyyəni bu formada daha yaxşı yadda saxlamaq olur. Müvafiq şəxsiyyət tipləri haqqında aşağıda daha ətraflı məlumat verəcəyik:

“Böyük beşlik” - Şəxsiyyət tipləri


Ekstraversiya — İntroversiya (Extroversion)

Bu xüsusiyyət və ya şəxsiyyət tipi birbaşa ünsiyyətlə bağlıdır. Ekstravertlər assertiv (ing. assertiveness – “sözünün üstündə durmaq”) davranışla xarakterizə olunur, söhbətcil, şən və ümumiyyətlə optimistdirlər. Onlar, bir qayda olaraq, avtoritardırlar, yaxşı inkişaf etmiş sosial bacarıqlara və yumor hissinə malikdirlər. Onların xeyli dost-tanışı olur, çünki bu insanlar təklikdən qaçır və pozitiv enerji saçırlar. Bununla belə, ekstraversiya bəzi ruhi xəstəliklərdən, xüsusən fobiyalardan, depressiyadan və hətta psixoaktiv maddələrdən özünəməxsus müdafiə amilidir.
İntrovert tipli insanlar və ya introvertlər əksinə utancaq, ürkək və kənarlaşmış olurlar. Emosional baxımdan özünə əmin olmayan, sosial münasibətlərdə həyəcan və təşviş hisləri keçirən introvertlər münasibət qurmaqda çətinlik çəkirlər. Bəzən bu hislər o qədər güclü olur ki, onlar qeyri-səmimi və sərt görünür. Məhz bu səbəbdən introvertlər şənlik və bayramlar kimi sosial tədbirlərdən qaçırlar.

Ekstravertliyi yüksək olan insanların xüsusiyyətləri:

- Diqqət mərkəzində olmağı sevir
- Söhbətə başlamağı sevir
- Yeni insanları tanımağı sevir
- Geniş sosial çevrəyə malikdirlər
- Rahatlıqla yeni dostluqlar edir
- Başqa insanların yanında olmaq ona bol enerji bəxş edir
- Bəzən düşünmədən danışa bilir

Ekstravertliyi aşağı olan insanların xüsusiyyətləri:


- Təkliyə üstünlük verir
- Sosiallaşmaqdan qaçır
- Söhbət başlamaqda çətinlik çəkir
- Danışmadan öncə diqqətlə düşünür
- Diqqət mərkəzində olmağı sevmir

“Böyük beşlik” - Şəxsiyyət tipləri


Neyrotizm (nevrotizm) və emosional dayanıqsızlıq — Emosional stabillik (Neuroticism)

Şəxsiyyətin bu xüsusiyyəti (nevrotizm) ekstremal emosiya və yetkinliklə sıx bağlıdır.
Nevrotik tipə qorxu və qəzəb, həyəcan və əsəbilik kimi neqativ emosiyalar keçirən insanlar aiddir. Bu insanlar həddindən artıq neqativ köklənir və daim təşvişdə olurlar. Yüksək nevrotizm dərəcəli insanlar özünə və işinə qarşı daha tənqidi yanaşır və stressə daha çox məruz qalırlar. Ancaq nevrotizm – ruhi xəstəlik deyil. Bu və ya digər dərəcədə nevrotizm psixoloji cəhətdən sağlam olan bütün insanlara xasdır.
Əks tərəfdə isə sadiq, güclü və təmkinli insanlar durur. Onlar çətin vəziyyətlərə sinə gəlməyi bacarır və istənilən zərbəyə hazırdırlar.

Neyrotizm yüksək olan insanlar:

- Çoxlu stress yaşayırlar
- Müxtəlif məsələlər haqqında narahat olurlar
- Tez ruhdan düşürlər
- Əhvalları tez-tez dramatik formada dəyişir
- Çox narahatdırlar
- Stressli vəziyyətlərdən sonra özlərinə çətin gəlirlər

Neyrotizm aşağı olan insanlar:


- Emosional stabil olurlar
- Stressi yaxşı idarə edirlər
- Az hallarda özlərini pis hiss edir və ya depressiyaya düşürlər
- Çox rahatdırlar


“Böyük beşlik” - Şəxsiyyət tipləri


Xoşrəftarlıq — Təklik (Agreeableness)


Ektsraversiya ilə əlaqəli olan bu xüsusiyyətin sosial mənşəyi var. Söhbət bir insanın digər insanlara qarşı rəğbət bəsləməsindən gedir. Bu da bu cür insanların individualist olmamaq arzusundan və kollektivlik ruhuna malik olmasından irəli gəlir. Yolagedən və mehriban olan ekstravertlər altruist, xoşniyyətli, səxavətli, diqqətli, şəfqətli, səmimidirlər. Onlar, eyni zamanda sadəlövh, açıq və qayğıkeşdirlər.
Təkliyi sevənlər digər insanlarla yola getmir, eqosentrizm keyfiyyətlərinə malikdirlər və rəqabət aparmağı sevirlər. Onlar tərs və kobud olur, heç kəsə etibar etmirlər, kollektivdə olmağı sevmir və çox vaxt mərhəmətsiz olurlar.

Xoşrəftarlığı yüksək olan insanlar:

- Başqa insanlara böyük maraq göstərirlər
- Başqalarının qayğılarına qalırlar
- Empati hissləri güclü olur
- Başqa insanların yaxşı olması üçün böyük həvəslə kömək edir və dəstək göstərirlər
- Köməyə ehtiyacı olan insanlara hər zaman yardımçı olurlar

Xoşrəftarlığı aşağı olan insanlar:

- Başqa insana maraq göstərmirlər
- Başqa insanların nə hiss etdikləri onları maraqlandırmır
- Başqalarının problemlərinə baş qoşmurlar
- Başqalarını təhqir edə və əzə bilərlər
- Öz istəklərinə nail olmaq yolunda başqalarını manipulyasiya edə bilərlər


“Böyük beşlik” - Şəxsiyyət tipləri


Məsuliyyət — Öz-özünə nəzarətin olmaması (Conscientiousness)


Bu xüsusiyyət öz-özünü nəzarətlə bağlıdır və bu sadəcə impulsların nəzarət olunması deyil, eyni zamanda uğurun qazanılması ilə bağlı vəzifələrin planlaşdırılmasıdır.
Məsuliyyətli insanlar sərt və eyni dərəcədə qeyri-kreativ mentalitetə malikdirlər. Onlar qayda və vəzifələri rəhbər tuturlar. Son dərəcə dəqiq və təkəbbürlüdürlər. Adətən, ilk ağıla gələn şeyi etmirlər və darıxdırıcı olurlar. Düzlük, səriştəlilik, nizamlılıq, şəxsi intizam onlara xas olan xüsusiyyətlərdir.
Onlara əks olanlar isə qeyri-intizamlı, həyatsevər və ağlına gələni edən insanlardır. Bəzi hallarda onlar tənbəl və iradəsiz olurlar.
Onu da qeyd etmək lazımdır ki, hər iki cəhətin ifrat dərəcədə özünü büruzə verməsi ruhi xəstəliklərlə bağlıdır. Öz-özünü nəzarətin olmaması bir çox hallarda psixoaktiv maddələrin qəbulu və pessimist düşüncələrlə əlaqəlidir. Eyni zamanda ifrat məsuliyyət depressiya, ümumi təşviş pozuntusu, distimiya, posttravmatik streslə bağlıdır.

Məsuliyyəti yüksək olan insanlar:

- Bir işi hazırlamağa böyük vaxt sərf edir
- Vacib işləri dərhal bitirməyə çalışır
- Detallara diqqət edir
- Müəyyən olunmuş qrafikdə işləməkdən zövq alır

Məsuliyyəti aşağı olan insanlar:

- Strukturluğu və qrafikləri sevmir
- Qarmaqarışıqlıq yaradır və bu barədə düşünmək belə istəmir
- Bir əşyanı götürdüyü yerə qoymur və heç bu barədə düşünmək belə istəmir
- Vacib tapşırıqları mütəmadi olaraq ertələyir
- Müəyyən olunmuş və ona tapşırılmış məsələləri müvəffəqiyyətlə yerinə yetirə bilmir


“Böyük beşlik” - Şəxsiyyət tipləri


Yeni təcrübəyə açıqlıq və intellekt — Mühafizəkarlıq (Openness to Experience)


Burada söhbət əsasən tənqidi düşüncədən gedir. Təcrübəyə açıqlıq insanın nə dərəcədə orijinal, yeniliklərə açıq, maraq dairəsinin geniş olduğunu, eyni zamanda riskə hazırlığını göstərir.
Bu cür insanlar mübahisə etməyi, sual verməyi sevir və onların öz dəyər və nəzər nöqtəsi var. Bir qayda olaraq, onlar intellektli və artistik olurlar. Bu tip insanlar yaxşı təxəyyülə malikdir, biliyə həvəsli və eyni dərəcədə müstəqildirlər.
Əks tip isə mühafizəkar, konservativ insanlardır. Onların davranışı adidir, stabilliyi və ailə dəyərlərini üstün tuturlar.

Yeni təcrübəyə açıq olan insanlar:

- Kreativ olurlar
- Yenilikləri əldə etməyə çalışırlar
- Yeni çağırışlara (challenges) maraq göstərirlər
- Abstrakt konseptlər barədə düşünürlər

Yeni təcrübəyə bağlı olan insanlar:

- Dəyişikliyi sevmirlər
- Yeni olan heç bir şeyə maraq göstərmirlər
- Yeni ideyalara qarşı mövqe tuturlar
- Təsəvvür etmə bacarıqları zəifdir
- Abstrakt konseptləri və fərziyələri sevmirlər

Müəllif: Orxan Səfərli











HR-AZ.com portalının paylaşımlarından xəbərdar olmaq üçün rəsmi Linkedin Telegram səhifələrimizi izləyə bilərsiniz.

Mənbə:
HR-AZ.com
Oxşar məqalələr
Şərhlər
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə