SPHRi imtahanına hazırlaşanlar üçün tövsiyələr

01 sentyabr, 2020 1 2 077


SPHRi  imtahanına hazırlaşanlar üçün tövsiyələr


Bu yaxınlarda SPHRi imtahanından uğurla keçən və sertifikat əldə edən Kamran Kərimli HRCİ, SPHRi imtahanına necə hazırlaşdığı barəsində HR-lar tərəfindən ünvanlanan bir sıra sualları cavablamağa çalışıb.

O qeyd edir ki, hər kəsin öyrənmə üsulu fərqlidir, hər bir prosesdə olduğu kimi burada da önəmli olan fokuslanmaqdır.

Beləliklə, Kamran bəy onun özünə uyğun olan, və tətbiq edib nəticə qazandığı metodları HR-AZ.com oxucuları ilə bölüşür:

• Bu imtahan 130 sualdan ibarətdir və 2.5 saat dəvam edir yəni 150 dəqiqə. Hər bir suala 1 dəqiqə 9 saniyə vaxt verilir. Bəzi suallar isə təxminən 2-3 dəqiqə düşünmək tələb edir, bir çox hallarda hesablamalar vaxt aparır. Bu o deməkdir ki, siz asan olan suallardan vaxt oğurlayıb, vaxtaparan suallarda istifadə etməlisiniz.

• Bu imtahana hazırlaşmaq üçün 4-5 ay vaxt kifayət edə bilər, əgər təcrübəniz və ya bilik bazanız yetəri qədər varsa, və ya mənim kimi üzərindəki işiniz çox vaxtınızı aparmırsa. Əks halda bu müddəti 1 ilə qədər uzatmaq olar ancaq diqqət edin ki, müddət uzandıqca motivasiyanız və konsentrasiyanız azalmasın.

• HRCİ kitabları sadəcə "guide" rolunu oynayır yəni imtahanı keçmək üçün yetərli deyil. Siz mütləq şəkildə, əlavə ədəbiyyatlardan və məqalələrdən istifadə etməlisiniz. Burada məsələ sadəcə bilik bazası toplamaq deyil, xüsusilə SPHRi -da mindset-i anlamaq da önəmlidir. Dave Ulrich-in kitabları, hrb.org (harvard business review) məqalə və materialları xüsusilə effektivdir sadəcə imtahan üçün yox həmdə biliklərin artırılması üçün.

• İmtahana 1-2 həftə qalmış, yaxşı olarki məzuniyyət götürəsiniz. Əlinin məzuniyyəti, Vəlinin ezamiyyəti, x vəzifələrə işə qəbul və s. gündəlik işlər sizi zehni olaraq yoracaq və fikrinizi yayındıracaq. Hər gün 1 və ya mümkünsə 2 dəfə test edin özünüzü (130 suallıq, 2.5 saatlıq sınaq testi). Səhv cavablarınıza fokuslanın, həmin hissələrlə bağlı araşdırma edib oxuyun, sadəcə bilik olaraq nəyi səhv etdim deyə düşünməyin, yanaşma olaraq səhv etmiş də ola bilərsiniz. Onların mindset-i, yanaşmasın qavramaq daha önəmlidir, bu zaman hətta bəzən oxumadığınız və ya necəsə unutduğunuz hissədən düşən bir sual olduqda da yanaşmanı qavradığınız üçün düzgün cavab yaza bilərsiniz.

• HRCİ 2021-ci ilin ilk rübündən başlayacaq online evdən imtahanlara, yəni istədiyiniz yerdə, hətta evdə oturub imtahan verə biləcəksiniz. Əsas odur komputerinizin kamerası işləsin, və internet sürəti normal olsun və sabit olsun. Bu sizə əla şərait yaradacaq ki, öyrəşdiyiniz mühitdə imtahan verəsiniz və əlavə məsələlər diqqətinizi dağıtmasın.













HR-AZ.com portalının paylaşımlarından xəbərdar olmaq üçün rəsmi Linkedin Telegram səhifələrimizi izləyə bilərsiniz.

Mənbə:
HR-AZ.com
Oxşar məqalələr
Şərhlər
Lasonya20 iyul 2024, 20:58
These are actually wonderful ideas in about
blogging. You have touched some fastidious things here.
Any way keep up wrinting.

My site: Malarie
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə