Son günlərdə yaxınlarınıza kifayət qədər və keyfiyyətli vaxt ayıra bilirsinizmi? Yaxud, dostlarınızla yaxşı vaxt keçirə bilirsinizmi ? Yaxşı yatıb, yaxşı yemək yeyirsiniz? İdmanla məşğul ola bilirsiniz? Bu yaxınlarda heç görüşmədiyiniz insanlara vaxt ayırmaq üçün bir şey etmisinizmi?
Bütün bu suallara “bəli” cavabını verirsinizsə, həqiqətən də həyatını tarazlaşdırmağı bacaran az sayda insandan birisiniz.
Mobil telefonlar həyatımıza girməzdən əvvəl işdən çıxarılan bir işçiyə çatmaq istəyənlər, Bazar ertəsi səhər tezdən ona çata bilərdi. O illərdə işçilər “evə iş gətirməzdilər”. O dövrdə iş və şəxsi həyat bir-birinə toxunmayan iki dünya idi. İki tərəzini tarazlaşdıran kimi, hər kəs bu iki dünyanı tarazlaşdırmaq barədə çalışırdı.
Bu gün hər birimiz iş və şəxsi həyatın bir-birinə qarışdığı bir həyat yaşayırıq.
Bəzilərinin həyatında çox iş var, bəzilərində isə daha az. Hər kəsin öz “qarışıqlığı” var. Bəziləri bu qarışıqlığı digərlərinə nisbətən daha ağır yaşayır. Smartfonların əlimizdən düşmədiyi bir dünyada iş-şəxsi həyat tarazlığını qurmaq olduqca çətindir.
Bir iş-şəxsi həyat tarazlığını yaratmaq üçün köməklik lazımdır. Uşaqları olan valideynlər, tanışlarından, böyüklərdən, xüsusilə ailələrindən dəstək alırlar. Ailə ağsaqqallarının və ya himayədarlarının dəstəyi işləyən insanların balanslı həyat sürmələrini asanlaşdırır. Köməkliyin necə olacağını bilmək, balanslı bir həyat sürməyi asanlaşdırır.
Bəzi işlər var ki, onlar bir insanın şəxsi həyatına kifayət qədər mane olur. Öz işlərini qurmalı və gecə-gündüz işləməli olan sahibkarlar, kompüter proqramçıları, xidmət sənayesi işçiləri, həkimlər, tikinti sahələrində işləyən mühəndislər, uzaq məsafəli sürücülər və s. Nə qədər yaxşı tarazlı həyat istəsələr də, buna demək olar ki, nail ola bilmirlər.
Hər bir şəxs əldə etdiyi uğurdan asılı olaraq özünə bu və ya digər formada “sistem” qurur.
Bəzilərinə bazar günü ailələri ilə bir neçə saat vaxt keçirmək kifayət edir. Digərləri üçün isə sistemli bir iş günündən sonra hər axşam evdə ailəsi ilə uzun müddət keyfiyyətli vaxt keçirmək daha vacib olur. Bəziləri işlərin çoxluğunu bəhanə kimi istifadə edərək evdən uzaq durmağı üstün tuturlar, bəziləri isə evdə ailələri ilə vaxt keçirməklə xoşbəxt olurlar. İş-həyat tarazlığı mütləq bir konsepsiya deyil; bu anlayışa hər kəsin özünəməxsus yanaşması var.
Ancaq onu necə təsəvvür etməsindən asılı olmayaraq, birinin sistemli bir həyat yaşaması üçün təqaüdə çıxmasını gözləməyi təəssüf doğurur. Bir insan bir tarazlıq quracaqsa, bu tarazlığı ununu ələyib və ələyini asdıqdan sonra deyil, vaxtı varkən yaratmalıdır. Təqaüdə çıxdıqdan sonra, övladlar böyüyüb yuvanı tərk etdikdən sonra, heç bir dost və ya hobbi qalmayan zamanda sistem qurmağın elə də bir mənası yoxdur.
Sistemli bir həyat yaşamaq yalnız sevdiklərinizə, hobbilərinizə və tətillərinizə vaxt sərf etməkdən ibarət deyil. Özləri üçün kifayət qədər vaxt sərf edən insanlar var, amma təəssüf ki, fiziki, mənəvi və sosial baxımdan sistemli deyillər. Balans – intellektual, emosional, sosial və mənəvi sahələrdə harmoniya əldə edə bilməkdir.
Hər kəs balanslaşdırılmş bir həyat yaşamaq istədiyini söyləsə də, belə bir həyat planlamaq həqiqətən çətindir. Bu, səy tələb edir və bu səyləri şəxsin özündən başqa heç kim edə bilməz.
Bir işə sahib olmaq və ya işləməklə, eyni zamanda özünü inkişaf etdirmək, ailəsi və dostları ilə keyfiyyətli vaxt keçirmək, yaxşı yatmaq, yaxşı yemək, idman etmək, istirahət etmək, tək qalmağa vaxt tapmaq, hobbi ilə məşğul olmaq, cəmiyyət üçün faydalı işlər görmək … bunları düzgün etmək asan deyil.
Bu gün əksəriyyət bu və ya digər şəkildə, bu siyahıda sadalananların bəzilərinilazımi qaydada edə bilmədiklərindən şikayətlənir. Həyat o qədər sürətli və çox ölçülüdür ki, bunların hamısını davam etdirmək üçün yüksək səviyyədə məlumatlı olmaq, nə istədiyini bilmək, seçici olmaq və vaxtdan səmərəli istifadə etmək əzmində olmaq lazımdır.
Balanslı və yaxşı bir həyat – işimizə, özümüzə, ailəmizə, dostlarımıza və s. kifayət qədər vaxt sərf etdiyimiz və bütün bu sahələrdə uğurlu münasibətlər qurduğumuz bir həyatdır.
Əlbətdə bu tarazlığı yaratmaq çox çətindir, amma məqsədimiz belə tarazlığa nail olmaq olmalıdır. Həyat yalnız buna nail olduqda yaşamağa dəyər.
HR-AZ.com portalının paylaşımlarından xəbərdar olmaq üçün rəsmi
Linkedin və
Telegram səhifələrimizi izləyə bilərsiniz.
Mənbə:
Markzone.az