Ağrı qaçınılmazdır, əzab çəkmək isə seçimdir - Seçimini et

22 aprel, 2021 0 1 289


Ağrı qaçınılmazdır, əzab çəkmək isə seçimdir - Seçimini et


Ağrı qaçınılmazdır, əzab çəkmək isə seçimdir.

Yapon yazıçı Haruki Murakaminin dediyi bu sözlər bir çoxumuzun həyata baxışımızı dəyişə bilər. Şəxsi həyatımızda, iş həyatımızda, bir sözlə hər yerdə ağrı və əzabla üz-üzə qalırıq. Gəlin məsələyə daha detallı baxaq.

Ağrı - həyatımızın bir parçasıdır. Ondan qaça bilmərik. Əzab çəkmək isə, həyatımızın bir parçası deyil, bizim seçimimizdir.
Yaxınlarımızı itiririk, işimizi itiririk, xəstələnirik - bütün bunlar bizə ağrı verir. Lakin, kənardan məsələyə baxsaq görərik ki, xoşbəxtlikdən bu tip hadisələr tez-tez baş vermir. Bu və digər ağrılardan qaça bilmədiyimiz üçün, onlarla üz-üzə gəlmək lazım olur. Önəmli olan məsələ, mövcud ağrıları daha da dramatikləşdirmədən özünü ələ ala bilməkdir. Bizə ağrı verən bu məqamları dəyişdirə bilməyəcəyiksə, əzab çəkmək yerinə bundan sonra nələr etmək olar, nə etməliyik, vəziyyətdən necə çıxa bilərik suallarını özümüzə verməliyik. Məsələyə iş prizmasından baxaq:

Təsəvvür edin ki, siz bir şirkətdə çalışırsınız. Ola bilər ki, proseslər qeyri-müəyyəndir. Ola bilər ki, rəhbər-işçi münasibətləri düzgün qurulmayıb. Ola bilər ki, şirkət mədəniyyəti lazımi səviyyədə deyil. Bu "ola bilər"-lər sonsuz sayda ola bilər. Eyni zamanda, ani hansısa xoşagəlməz situasiyalar sizə iş mühitini dözülməz edər. Bütün bunlar sizə ağrı verəcək. Əgər bütün bu məsələləri dərd etsəniz, şikayətlənsəniz bu ağrılar dözülməz bir əzaba çevriləcək. Və bu artıq sizin seçiminiz olmuş olacaq.

Çıxış yolu nədir?

İnsan canlı varlıqdır. Hərəkətsizlik isə, cansız varlıqlara xas olan bir şeydir. Ağrı ilə qarşılaşdıqda, etməli olduğumuz şey əzab çəkmək əvəzinə məsələdən necə çıxmaq barədə, hərəkətə çevirə biləcəyimiz action-lar (addımlar) düşünməkdir. Yuxarıdakı nümunə əsasında baxsaq, niyə o işdə olduğumuzu, o işin bizə verə biləcəyi qatqıları, karyera yolumuzdakı yerini düşünməliyik və ilk 2 sualı özümüzə verməliyik? Sistemdə qalmaq istəyirik, yoxsa sistemdən çıxmaq? Ən asan çıxış yolu sistemdən çıxmaqdır. Bu zaman sistemdən çıxmağın bizə faydaları və zərərlərini analiz edərək buna qərar verməliyik. Yox, sistemdə qalmağı seçiriksə, mövcud prosesləri hansı formada dəyişə bilərik, qeyd olunan məsələlərin yaxşılaşdırılması yolunda biz nə edə bilərik? Bəlkə hansısa davranışlarımızla, hansısa addımlarımızla mövcud vəziyyəti bir addım irəli ata bilərik. Bundan əlavə, mövcud çətinliklərin əhatəsində işləməyin bizə nə qata biləcəyini də düşünmək lazımdır. Ola bilər ki, bizim üçün bu böyük bir təcrübə ola bilər və bir sıra səriştəliklərimizin inkişafına gətirib çıxarar. Və bütün bunları düşünməklə artıq məsələyə fərqli baxdığınızı hiss edəcəksiniz və bütün bu ağrılara qarşılıq əzab çəkmədiyinizi görəcəksiniz.

Müəllif: Orxan Səfərli











HR-AZ.com portalının paylaşımlarından xəbərdar olmaq üçün rəsmi Linkedin Telegram səhifələrimizi izləyə bilərsiniz.

Mənbə:
HR-AZ.com
Oxşar məqalələr
Şərhlər
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə