Zehninizi Yormadan İşləmək üçün 3 Tövsiyə

23 iyun, 2018 0 845


Zehninizi Yormadan İşləmək üçün 3 Tövsiyə


Beynimiz müntəzəm işləyən bir aparatdır. Yatdığımızda belə gün ərzində yaşadıqlarımızı, növbəti gün edəcəklərimizi və beynimizi yoran proyekti/imtahanı/testi düşünürük. Bu səbəbdən dolayı beynimizin yorğun olması və xəta etməsi çox normaldır. Beynimizin yorğunluğunu əngəlləyəcək bəzi məsləhətlərlə tanış olun.

1. Qidalanmağa diqqət et.

Zehninizi Yormadan İşləmək üçün 3 Tövsiyə


Qidalanma həyatımızın hər anına təsir edən bir fəaliyyətdir. Sağlamlığımız, bədənimiz, beynimiz, hərəkətlərimiz… Səninlə bağlı olan hər şeydə qidalanmanın izini görə bilərsən. Dr. Heather Moday normal qidalanma və bəzi qaydalara riayət edilməsi nəticəsində beyin yorğunluğunun qarşısını almağın mümkün olduğunu bildirir.

Gün ərzində qəbul etdiyin şəkər, yağ və zülal nisbətinə diqqət edərək beynimizin məhsuldarlığını artıra bilərik. Bu məsələdə beynimizin ehtiyac duyduğu MCT (Medium-chain triglycerides – Orta Zəncirli Triqliserid) ən çox kokos yağında olur.

Qidalanma beyin yorğunluğu ilə bağlı olduğu kimi streslə də bağlıdır.

2. Beynin dinlənməsinə imkan ver.

Zehninizi Yormadan İşləmək üçün 3 Tövsiyə


Bir dostunun dalğın və ya ağlının başqa yerlərdə olduğunu kənardan müşahidəçi olaraq rahat şəkildə görə bilirsən, elə deyilmi? Bəs, öz dalğınlığının fərqinə vara bilirsən? Olduqca nadir hallarda. Öz beyin yorğunluğunu başa düşmək normalda çox çətindir, çünki bu işi edəcək olan beyin onsuz da yorğundur. Fərqinə varmağın azaldı və beyin tapşırıqlarını yerinə yetirməməyə başladı. Bu, bir az özünə vaxt ayırıb işdən uzaqlaşmağın vaxtı gəldi deməkdir.

3. Bir az Gün İşığı və Bir az Sakinlik

Zehninizi Yormadan İşləmək üçün 3 Tövsiyə


Həkim Amy Shah bəzi səhərlər çılpaq ayaq çölə çıxdığını bildirir. Günəşə doğru baxıb dərin nəfəs almaqla özünü yaxşı hiss etdiyini bildirir. Bunu bu şəkildə açıqlayır:

Günəş şüalarının retinaya (gözün işığı qəbul edən təbəqəsidir. Beyindən gələn damar və sinirlərdən təşkil olunmuşdur) çatması, birbaşa olaraq diqqətimizə və ruhumuza təsir edir. Çılpaq ayaq yerlə təmas etmək isə, təbiətlə vücudumuzu birləşdirərək təbiətin enerjisi ilə özümüzü daha yaxşı hiss edirik.

Zehninizin yorulmadığı və hər an parladığı günlər arzu edirik!











HR-AZ.com portalının paylaşımlarından xəbərdar olmaq üçün rəsmi Linkedin Telegram səhifələrimizi izləyə bilərsiniz.

Mənbə:
Moneta.az
Oxşar məqalələr
Şərhlər
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə