Məqsədlərə çatmaq üçün “Franklin piramidası”

22 yanvar, 2019 0 2 234


Məqsədlərə çatmaq üçün “Franklin piramidası”


Benjamin Franklin öz fantastik şəkildə işləmə qabiliyyəti və özünəməxsus məqsədyönlülüyü ilə digərlərindən fərqlənirdi. O 20 yaşı olduqda qalan bütün həyatı üçün “məqsədlərə nail olmaq” planı hazırlamışdı. Daha sonradan isə ömrü boyu hər bir günü dəqiqliklə planlaşdıraraq bu plana riayət etmişdir.

Məqsədlərə çatmaq üçün “Franklin piramidası”


Onun “məqsədlərə nail olmaq” planı “Franklin piramidası” adlanır və tərkib etibarilə aşağıdakılardan ibarətdir:

1. Piramidanın bünövrəsi əsas həyati dəyərlərdir. Bu bir mənada “Bu dünyaya hansı missiya üçün gəlmisiniz? Özünüzdən sonra dünyada nə kimi iz qoymaq istəyirsiniz?” suallarına cavab qismində çıxış edir. Lakin bu həyat planının baş tutmayacağı və dünyada yalnız 1% insanın özünə bu sualları verdiyi güman edilir.
2. Həyati dəyərlərə əsaslanaraq hər bir insan qarşısına bəşəri məqsəd qoyur. O bu həyatda kim olmaq istəyir, nəyə nail olmağı planlaşdırır?
3. Məqsədlərə nail olmağın əsas planı – bəşəri məqsədə doğru gedən yolda müəyyən kiçik məqsədləri birləşdirməkdir.
4. 1, 3, 5 il üçün nəzərdə tutulmuş plan uzun müddətli hesab olunur. Burada məqsədin dəqiq reallaşma müddətini müəyyən etmək vacibdir.
5. Bir ay, yaxud 1 həftəlik plan isə qısa müddətli plan adlanır. Plan nə qədər yaxşı düşünülmüş olarsa, onu daha yaxşı təhlil və düzəliş edə bilərsiniz. Bu işinizin daha effektiv olmasına gətirib çıxaracaq.
6. “Məqsədlərə nail olmaq” planında sonuncu pillə – hər gün üçün nəzərdə tutulmuş planlardır.











HR-AZ.com portalının paylaşımlarından xəbərdar olmaq üçün rəsmi Linkedin Telegram səhifələrimizi izləyə bilərsiniz.

Mənbə:
Banker.az
Oxşar məqalələr
Şərhlər
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə