Kommunikasiya haqqında 5 aksiom: Heç nə deməsəniz belə, nəsə demiş olursunuz...

25 yanvar, 2020 0 3 427


Kommunikasiya haqqında 5 aksiom: Heç nə deməsəniz belə, nəsə demiş olursunuz...


Aksiom sübuta ehtiyacı olmayan həqiqətdir. 1960-cı illərin sonlarında, Paul Uatzlavik və digər bir neçə alim fərdlərarası kommunikasiyanın (xüsusilə münasibətlərdə) necə pozulduğuna dair 5 aksiomdan ibarət nəzəriyyə ilə çıxış etdilər.

1. Kommunikasiya yaratmaya bilməzsiniz

Kişi evə gəlir, stol arxasında əyləşir və gözlərini boşluğa zilləyir. Həyat yoldaşı ona baxır və nə baş verdiyini soruşur. O heç nə olmadığını deyir - amma yenə də kommunikasiya yaranır. Həmin dəqiqə aydın olur ki, nəsə baş verib. Əgər heç nə deməsəniz belə, nəsə demiş olursunuz.

2. Bütün kommunikasiyaların münasibət və kontent tərəfləri var

Kontent tərəfi nə dediyimizdir. Münasibət tərəfi isə necə dediyimiz və həm də kimin dediyidir. (Schulz von Thun-nun Kommunikasiya modelinə baxın). Kimin dediyi və necə dediyi həmişə nəyin deyildiyindən daha vacib hesab edilir. Yad bir insan tərəfindən bizə deyilən xoşagəlməz söz bizə partnyorumuzun dediyi xoşagəlməz sözdən daha az təsir edir. Albert Mehrabianın 7%-38%-55% qaydasını yada salaq. Əgər kiməsə hisslərimiz haqqında danışırıqsa bunda sözlərimizin, səs tonumuzun, bədən dilmizin təsiri var: qarşımızdakı şəxsin bizi xoşlayıb xoşlamamasına sözlərimiz 7%, səs tonumuz 38%, bədən dilimizin isə 55% təsiri edir.

3. Kommunikasiya həmişə səbəb və nəticə ilə bağlıdır

Qadın əsəbidir çünki partnoyoru həmişə mızıldanır. Kişi mızıldanır çünki partnoyoru həmişə əsəbidir. Başqa sözlə desək: biz nadir hallarda özümüzlə mübahisə edirik - tango oynamaq üçün həmişə iki nəfər lazımdır.

4. İnsanlar kommunikasiyada analoqlardan və rəqəmsal üsullardan istifadə edirlər

Ualtzlavikin nəzəriyyəsində rəqəmsal-şifahi, analoq-qeyri-şifahi (gözlərini süzdürmək, özündən razı gülümsəmək, qeyri-müəyyən intonasiya) kimi kommunikasiya üsulları vardır. Bu o deməkdir ki, əgər iki şəxs bir-biri ilə əlaqəli deyilsə, deməli onlar fərqli istiqamətdədirlər.

5. Kommunikasiya ya simmetrik ya da tamamlayıcıdır

Partnyorlar arasındakı münasibət ya simmetrik (bərabər) ya da tamamlayıcı (qeyri-bərabər) olur. Simmetrik o deməkdir ki, biz eyni səviyyədə danışırıq (münasibətlərdə), tamamlayıcı isə ierarxiyanın olduğunu göstərir (müəllim və şagird). Əgər kommunikasiyanın simmetrik və ya tamamlayıcı olduğu barədə yekun məxrəcə gəlməsək, o artıq problematik olur.


Hər kəs səni eşidir. Dostların nə dediyinə qulaq asır. Ən yaxşı dostlarınsa nə demədiyinə qulaq asırlar.

Take aways:
* Paul Waltzlawick
* Schulz von Thun-nun Kommunikasiya modeli
* Albert Mehrabianın 7%-38%-55% qaydası

Müəllif: İlham Əsgərli











HR-AZ.com portalının paylaşımlarından xəbərdar olmaq üçün rəsmi Linkedin Telegram səhifələrimizi izləyə bilərsiniz.

Mənbə:
HR-AZ.com
Oxşar məqalələr
Şərhlər
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə