SHRM bələdçiniz: Şəbəkələşmə (Networking)

04 may, 2021 0 1 686


SHRM bələdçiniz: Şəbəkələşmə (Networking)


“SHRM bələdçi” rubrikamızın bu həftəki mövzusu SHRM Competency BoCK-da yer alan “Relationship management” (Münasibətlərin idarəolunması) səriştəliyi barədə olacaqdır.
Bu səriştəlik özündə aşağıdakı bilik, bacarıq və qabiliyyətləri əhatə etməkdədir:

1. Daxili və xarici müştərilərin / maraqlı tərəflərin (stakeholders) ehtiyaclarını başa düşə bilmək və HR mütəxəssislərinin effektivliyini artıracaq münasibətlər şəbəkəsi yaratmaq.
2. Komanda daxilində münasibət-yaratma bacarığını istifadə edə bilmək.
3. Münaqişələri effektiv şəkildə həll edərək, məhsuldar münasibətlərin qurulmasında ortaya çıxan maneələri aradan qaldırmaq.

“Münasibətlərin idarəolunması” səriştəliyi özündə 3 alt səriştəliyi əhatə edir.

- Network (Şəbəkələşmə)

- Managing conflict (Münaqişələrin idarəolunması)

- Negotiating (Danışıqların idarəolunması)

Bu məqalədə ilk alt səriştəlik olan Network (Şəbəkələşmə) haqqında bəhz edəcəyik.

Şəbəkələşmə (Networking)


HR peşəkarları əlaqələrini genişləndirməklə, eyni zamanda özlərinin bilik və bacarıqlarını inkişaf etdirə bilərlər. Şəbəkələşmənin əsas məqsədi dəyər yaradan münasibətlər qurmaqdır, yəni İR mütəxəssisləri digərlərinin təcrübəsindən istifadə edərək öz bilik, bacarıqlarını inkişaf etdirməli, lazımi şəxslərin dəstəyini ala bilməli, eyni zamanda öz təcrübəsini həmin şəxslərlə paylaşaraq qarşılıqlı maraqlara söykənən münasibət qurmalıdır.
SHRM şəbəkələşməni potensial informasiya ilə zəngin bir kitabxanaya bənzədir. Ola bilər ki, oradaki informasiyaya həmin an ehtiyacınız olmasın, lakin network-ünüz olduğu təqdirdə ehtiyacınız yarandığı zaman sizə lazım olan dəstəyi və təcrübəni doğru insandan əldə edə bilərsiniz. Network-ümüzdə olan insanlar iki qrupa ayrıla bilər:

1. Daxili şəbəkələrimiz – iş yerində mütəmadi əlaqədə olduğumuz şəxslər.
2. Xarici şəbəkələrimiz – işdən kənar münasibət yaratdığımız həmkarlarımız,ictimai əlaqələrimiz və s.

Peşəkar münasibətlərin qurulması uzunmüddətli və əmək tələb edən prosesdir, burada vacib faktor şəbəkənizdə olan şəxsin məhz sizə lazım olan anda orada olmasını təmin etməkdir.

SHRM peşəkar münasibətlərin yaradılması üçün HR peşəkarlarına aşağıdakı tövsiyyələri edir:

- Network-ünüzə kimləri daxil etmək istədiyinizlə bağlı ətraflı düşünün. Münasibət yaratmaq ciddi səy və əmək tələb edir, ona görə də münasibətlər şəbəkənizə daxil etdiyiniz şəxs bu əməyə dəyməlidir. Bunun üçün zəif tərəflərinizi müəyyənləşdirə və buna uyğun təcrübəyə sahib olan peşəkarları və biznes sahələrini seçə bilərsiniz.
- Sosial tədbirlərdə hər zaman özünüzü təqdim edin, digərləri haqqında öyrənməyə çalışın.
- Konfrans və workshop tipli ictimai tədbirlərdə iştirak edin və müzakirələrə aktiv şəkildə qoşulmağa çalışın.
- Öz dəyərinizi müəyyənləşdirin. Müəyyən sahələrdə və mövzularda peşəkarlaşın.
- Digərlərinə koçinq və mentorluq etmək imkanlarından istifadə edin. Yadda saxlayın ki, münasibətlərdə fayda götürmək qarşılıqlı olmalıdır.
İnsan Resursları mütəxəssislərinin münasibətlər şəbəkəsində ən önəmli parçalarından biri də maraqlı tərəflərdir (Stakeholders). “Stakeholder” dedikdə şirkətin istənilən qərar və fəaliyyətlərində marağı olan tərəflər başa düşülür.

HR üçün Maraqlı tərəflərə xarici müştərilər, rəhbərlik, şirkətin əməkdaşları, kənar təşkilatlar, dövlət qurumları və s. aid edilə bilər. Bu maraqlı tərəflərin baxışlarını və şirkətin qazandığı uğurda rolunu başa düşmək HR mütəxəssislərinə daha yaxşı münasibətlər yaratmasına, maraqlı tərəflərin gözləntilərini qarşılamasına və şirkətin effektivliyini qiymətləndirməsinə imkan yaradır.

Networking HR mütəxəssislərdən dayanıqlı münasibətlərin qurulması və münasibətlərin idarəolunması bacarığını tələb edir. Effektiv münasibətlər:

- Kommunikasiyanın keyfiyyətini artırır. İşçilər onlara lazım olan məlumatı əldə etməklə yanaşı məsələyə daha geniş baxış bucağı qazana bilirlər.
- Əməkdaşlığı dəstəkləməklə və narazılıqların səmərəli həllinə imkan yaratmaqla məhsuldarlığı artırır.
- İnsanların sosiallaşma və aidlik ehtiyaclarını qarşılamaqla pozitiv iş mühiti yaradır.
- Səmimiliyə və dürüstlüyə söykənir və qarşılıqlı faydalı gətirir. Bu münasibətlərdən bütün tərəflər qazanır.

Bəs siz HR peşəkar olaraq, networking zamanı hansı alətlərdən istifadə edirsiniz?


Mənbə: SHRM Bock, “Relationship management” competency

Faydalı materiallar:

1. SHRM bələdçiniz: Liderin rolu
2. SHRM bələdçiniz: Münaqişələrin idarə olunması
3. SHRM bələdçiniz: Danışıqların idarə olunması
4. Uğurlu network qurmağın yolları
5. How to Build Your Professional Network Digitally
6. Top Networking Skills You Should Have
7. Why Network is important for HR

Müəllif: Gülnarə Cəfərli











HR-AZ.com portalının paylaşımlarından xəbərdar olmaq üçün rəsmi Linkedin Telegram səhifələrimizi izləyə bilərsiniz.

Mənbə:
HR-AZ.com
Oxşar məqalələr
Şərhlər
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə