Niyə qohumlarla işləməyə dəyməz

15 aprel, 2018 0 1 237


Niyə qohumlarla işləməyə dəyməz


Qohumlarla kolleqa olmazdan əvvəl, nə haqqında düşünmək lazımdır?

Heç də hər yaxın adam qiymətli əməkdaş olmur. Kimisə qanadınızın altına almağınızdan, yaxud özünüz kiminsə himayəçiliyində işləməyinizdən asılı olmayaraq, aşağıdakı çətinliklərlə qarşılaşa bilərsiz.



1. Kolleqalarla ünsiyyət mahdudiyyəti

Kolleqalarınız sizin qohumunuz haqda lazım olduqda, belə öz fikirlərini sizə çətin ki, sərbəst deyə bilsinlər. Rəhbərlik haqda öz aralarında qeybət edə bilərlər və siz bundan heç nə itirmirsiniz,amma sizin qohumunuzun yarıtmazlığından danışmağa hər kəs cürət etməz. Bəzən kolleqalarınızın onun haqqında xırda iradı qəlbinizə toxunar və kollektiv daxilində münasibətlər əməlli başlı korlana bilər.



2. Artırılmış yaxud azaldılmış tələblər

Siz sadəcə istəmirsiniz ki, qohumunuza yad münasibət bəsləsinlər. Bu təbiidir. Onun havadarlıq altında avara olmadığını hamının başa düşməsi üçün, ona artıq tapşırıqlar vermək olar doğrudurmu? Kolleqalar bunu sözsüz dəyərləndirəcəklər. Qohumunuz buna necə qiymət verəcək? Əksi halda: siz qohumunuzun həyatında çətin period olduğunu bildiyinizdən və ya sadəcə ona istəyinizdən, onun işinin bir hissəsini başqa əməkdaşa tapşırırsınız. Yaxud öz məhsuldarlığınızı qurban verərək özünüz yerinə yetirirsiniz.



3. Ailə və iş münasibətləri konflikti

Rəhbərdən narazılıqlar “Ah onun xəstə uşağı var və ya xroniki xəstəliklərin mövsümi kəskinləşməsi. Bax o belə üzlü adamdır mən ki, bilirəm ciddi heç nə yoxdur”. Ola bilər ki, siz həqiqətən də haqlısınız? Başqa əməkdaşlarla münaqişəni yatıra biləcəyiniz halda, ona sərt reaksiya verirsiz: öz adamıdır axı ona görə onu başa düşür. Yaxud əksinə daha tələbkar olacağınız zamanda hər şeyi əyləcə buraxırsınız.



4. İş münasibətlərinizdə ailə münasibətlərinə daimi gözlənilməz keçidlər

Rəhbərin kabinetinə daxil olursunuz, ananız sizi sevinclə qarşılayır. Yaxud tam tərsinə boş vaxtınızda bir fincan çay içib söhbətləşmək istərdiniz. Hər iki halda ikinizdən biriniz qiymətli vaxtını itirir, kimsə yaxşı fasilə əhvalını korlayır.



5. Əmək münasibətlərinin sevgi ilə davamının mümükünsüzlüyü

Tabeliyinizdə olan yad işçiləri mükafatdan məhrum edə, hətta işdən çıxara da bilərsiniz. Qohuma gəldikdə isə bu halla ya barışmalı, ya da münasibətləri korlamalısınız.Yaxud əlacsızlıqdan onun iş yerini dəyişmək istəyirsiniz, amma indi dayanmağa yerinə adam axtarmağa vaxt yoxdur. Siz proyektin sonuna kimi gözləməli olursunuz, sonra daha bir ay, daha sonra məzuniyyət, kvartal hesabatı və ilin axırı. Hətta çoxdan gözlədiyiniz işdən azad etmədən sonra da, onlara himayədarlıq etməli olacaqsınız.



6. Rəhbərliyin planları haqqında sizin onları məlumatlandırmaq gözləntisi

Qəbullar, istirahət günləri, şirkətin gələcəyi haqqında tükənməyən suallar. Cavabları bilirsiniz - ehtiyatlı olun kimsə düzgün başa düşməyə bilər, nəticələri isə siz ört- basdır etməlisiniz. Yox əgər bilmirsizsə, həmişə fikirləşə bilərlər ki, nəyisə gizlədirsiniz.



7. Sizin qohumunuzun istənilən qərarı ilə avtomatik razılaşmağınız

Mürəkkəb maliyə vəziyyətində məhz sizdən kəmərləri baglayıb səbr etməyinizi xahiş edirlər. Başqa əməkdaşların narazılığına vecsiz yanaşır, siz isə ona nə qədər çətin olduğunu başa düşməlisiniz. Yaxın adamın özünü doğrultmayacaq proyektini büküb bir tərəfə qoymağa cürətiniz çatmır, nəticədə az əhəmiyyətli fəaliyyətə vəsait xərcləməli olursunuz.



8. Profesional qiymətləndirmənin qeyri obyektivliyi

Qohuma iş verərkən, onun profesional keyfiyyətlərini araşdırmırlar. Onun yaxın adam olması əldə rəhbər tutulur, deməli avtomatik olaraq, yaxşıların siyahısına düşür. Sizə heç də çətin gəlməyən iş ona tamamilə yad görünə bilər. Qohumun işinə görə məsuliyyət isə sizin üzərinizə düşür. Bu səbəbdən siz daim borclu vəziyyətində qalırsınız. Nöqsansız işçi olmağınıza baxmayaraq, qohumunuz sizin namizədliyinizə şübhə ilə yanaşır, çünki o sizin haqqınızda müdirdən daha çox məlumatlıdır.



9. Maliyə təhlükəsizlik yastıqlarının olmaması.

Şirkətdə vəziyyət həqiqətən son həddə çatıbsa qohumlar hamısı eyni zamanda çətin vəziyyətə düşürlər. Bu kimi xoşagəlməz vəziyyətlər ailə görüşlərinizin əsas mövzusuna çevrilir, sizi tamamilə qaranlıq dalana sürükləyir.



Bütün bu aşkar görünən mənfi cəhətləri nəzərə alaraq, yaxın adamla işləmək qərarına gələrkən, konkret vəziyyətdən çıxış etmək lazımdır. Bəzən qonşu şöbəyə işə götürülmüş qohum nəvələri və bir kabinetdə işləyən ər arvad arasında fərq az nəzərə çarpır. İşin xarakterindən və ailədaxili münasibətlərdən asılı olaraq, bu vəziyyət eyni dərəcədə çox uğurlu, yaxud tamamilə uğursuz ola bilər.











HR-AZ.com portalının paylaşımlarından xəbərdar olmaq üçün rəsmi Linkedin Telegram səhifələrimizi izləyə bilərsiniz.

Mənbə:
Gojob.az
Oxşar məqalələr
Şərhlər
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə