Uğurlu işçilərin “düzgün peşə etikası”

04 iyun, 2018 0 1 406


Uğurlu işçilərin “düzgün peşə etikası”


Mən İnsan Resursları (İR) sahəsində iyirmi ilə yaxındır ki, çalışıram və bu vaxta qədər əməkdaşlıq etdiyim ən yaxşı şirkətlər düzgün peşə etikasının üç tərkib hissəsini – davranışlar, sistemlər və qaydalar (təcrübələr) ayırd edirlər.

Davranışlar

Ümumi peşə etikası dəyərlərin cəmindən ibarətdir. Lakin, əsas məsələ rəhbərlərin necə rəftar etdiyi, bu dəyərləri qəbul edib etmədikləridir. İnsanlar rəhbərlərin atdığı hər bir addımı və verdikləri qərarları izləyirlər. Əgər, rəhbərlər dəyərləri özündə əks etdirən davranışları həyata keçirmirlərsə, bu halda dəyərlər öz əhəmiyyətini itirir.

İşçilərin şəffaflığa ehtiyacı vardır. Bu vaxta qədər rəhbərlik etdiyim hər bir işçi sahib olduqları imtiyazlardan yalnızca bir səbəbə imtina edə bilərdilər – aydın və dəqiq gözləntilər. Çalışdığınız şirkətin dəyərlərinə əsasən hansı davranışlar müntəzəm olaraq mükafatlandırılır? Hansı davranışlar vəzifədə irəliləmə şansı verir?

Sizin çalışdığınız şirkətin təşkilatı dəyərlərini əks etdirən davranış və bacarıqları müəyyən edin. Məsələn, “komanda işi” dedikdə siz nə başa düşürsünüz? Bəzi şirkətlər bu anlayışı “digərlərinə kömək etməklə səmərəli əməkdaşlıq etmək” kimi qəbul edirlər. Başqa şirkətlər isə həmin anlayışa “fikir ayrılıqlarını təşviq edərək əməkdaşlıq etmək” baxımından yanaşırlar. Hər ikisi doğru hesab edilsə belə, sizin şirkətin hansı yanaşmanı əsas götürdüyü əhəmiyyət kəsb edir.

İşçilər üçün şirkətin təşkilati dəyərlərini əks etdirən davranış formalarının aydınlaşdırılması rəhbərlərin məsuliyyətindədir. Rəhbərlər daha çox iş saatı prinsipini yaxud məhsuldar nəticəni üstün tuturlar? Rəhbər hər zaman iclasa on dəqiqə gecikir? İclasa beş dəqiqə gec başladıqda hələ də hazır olmayan insanları görmək mümkündürmü? Bunlar hazırda bütün dünyada mövcud olan davranış qaydalarıdır.

Şirkətin tələb etdiyi davranış qaydaları aydın müəyyən edildikdə işçilər bütün diqqətlərini onlardan necə davranmağın tələb olunduğunu araşdırmağa deyil, bu davranış qaydalarını mənimsəməyə yönəldirlər. Bu halda hesabatlılıq artır və uğur qazanmaq asanlaşır.

Sistemlər

Bütün peşə etikası sistemində beş əsas alt-sistem mövcuddur:

İşə götürmə. Təşkilati davranış qaydalarının aydın müəyyən edilməsi və namizədlərə bildirilməsi şirkətlərə öz maraqlarına uyğun işçiləri işə götürməyə imkan yaradır.

Strategiya və hədəflərin müəyyən edilməsi. Bu həm insanları eyni məqsəd ətrafında birləşdirir, həm də işçilərin görməli olduqları yekun işin idarə olunmasını təmin edir.

Qiymətləndirmə. Davranışlar necə qiymətləndirilir? Hansı tezliklə nəzərdən keçirilir? Müntəzəm olaraq rəy bildirilirmi? Hansı davranış standartlarının tətbiq olunacağı ilə bağlı inamsızlıq iş yerində siyasi və narahatedici mühitin yaranmasına səbəb olur.

İnkişaf. İşçilər şirkət tərəfindən peşəkar inkişaflarına, rəy qiymətləndirmələrinə və ya işçi sorğularına diqqət göstərilmədiyini düşündükləri zaman iş mühitində narazılıqlar yaranır.

Təltif etmək. Menecer, direktor və ya vitse-prezident olmaq üçün nəzərdə tutulan meyarlar hansılardır? İşçilər təltif olunmaq üçün hansı davranış qaydalarına əməl etməlidirlər? Hansı texniki və rəhbərlik bacarığı tələb olunur? Bütün bunlar dəyərləri özündə əks etdirən davranış qaydalarının təzahürü olsa da, əksərən təsadüfi olaraq qəbul edilirlər. Bunlar şəffaf və ədalətli olduqda işçilər Baş icraçı direktor (CEO) ilə dostluq etməkdən, bir-birləri ilə rəqabət aparmaqdan çəkinməyəcəklər.

Təcrübələr

Buraya şirkət tədbirləri, iclasların təşkil edilməsi, rəylərin alınması, qərarların qəbul edilmə prosesi daxildir.

Təcrübələr şirkət dəyişikliyə məruz qaldıqca – böyüdükcə, təşkilati dəyişiklik etdikcə və ya yeni təhlükələrlə qarşılaşdıqca yenilənir. Bir dəfə üçün nəzərdə tutulmuş təcrübələr tezliklə öz əhəmiyyətini və məhsuldarlığını itirə bilər.

Böyük təşkilatlar və rəhbərlər peşə etikasının ciddi məsələ olduğunu bilirlər. Peşə etikasının müəyyənləşdirilməsi uzun vaxt tələb edir. Beləliklə 1) Əgər şirkətin tələb etdiyi davranış qaydalarının mənimsənilməsinə vaxt sərf edilirsə, 2) Bu davranış qaydalarının bildirilməsi və qorunmasına kömək edəcək sistem və proseslər müəyyən edilirsə və 3) İşçilərə və şirkətə daha məhsuldar nəticə əldə etməyə imkan verəcək təcrübələr formalaşdırılırsa, siz artıq insanlardan “Bu peşə etikasının doğru olduğunu bilirəm, amma əməl etmirəm” ifadəsini eşitməyəcəksiniz.

Tamara Mustafayeva











HR-AZ.com portalının paylaşımlarından xəbərdar olmaq üçün rəsmi Linkedin Telegram səhifələrimizi izləyə bilərsiniz.

Mənbə:
Banco.az
Oxşar məqalələr
Şərhlər
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə