Pul qazanmağın olduqca asan bir iş olduğunu dəfələrlə vurğulamışıq. Rəsmi 100 dollarlıq əskinasın üzərində çap olunan o məşhur Benjamin Franklin: “Qənaət olunan penny, qazanılan penny-dir.”- deyib. Pula nə qədər çox qənaət etsəniz də yeni pulların axışını təmin etmədiyiniz müddətcə, siz kasıb qalırsınız. Nə qədər çox pulunuz olur olsun, pulunuz həmişə çatışmayacaq, yetərsiz qalacaq. Bu gün sizə ən asan, və gəlirli 5 peşəni təqdim edəcəyik:
5. Kitabxanaçı
Kitabxanaçı işi araşdırmalara görə ən az stressli peşələr arasındadır. Bu iş asan olduğu qədər, eyni zamanda həm də əyləncəlidir. Əgər insanları və kitabları sevirsinizsə, bu iş, həqiqətən, sizin üçündür. Gəlirinin də normal üzərində olduğunu nəzərə alsaq, asanlıqla həm pul qazanacaqsınız, həm özünüzü inkişaf etdirəcəksiniz, həm də vaxtınızı boş keçirtməyəcəksiniz.
4. Tur bələdçisi
Əgər gəzməyi çox sevirsinizsə və xarici dil bilikləriniz də varsa, növbəti əyləncəli iş, tur bələdçiliyidir. Bu iş də, sizin dünya görüşünüzü artıracaq və yeganə öhdəliyiniz insanlara hər zaman ən yaxşı məlumatı çatdırmaqdır.
3. Virtual Müştəri xidmətləri təmsilçisi
Bu iş üçün lazım olan yalnız hər yerdən tutan telefon xətti, internet bağlantısı və kompyuterdir. Demək olar ki, hər cür şirkətdə belə virtual təmsilçilərə ehtiyac var. Onlar zənglər edir, sifarişləri qəbul edir və müştərilərlə maraqlanır. Avropada bu peşə üçün orta gəlir saatına 17 dollar təşkil edir.
2. Evdən çalışan yazarlar (Freelance)
Evdən çalışan insanlar, evdəki komfortun həzzini bilirlər. Evdə çalışmaqla vaxt qazanırsınız, yol və digər xərclərdən kənarda qalırsınız. Eyni zamanda bir neçə işi görə bilirsiniz. Sadəcə lazım olan yeganə şey, işi vaxtında yerinə yetirməkdir. Kontent menecmenti son zamanların aktiv sahələrindəndir. Böyük şirkətlər də marketing qədər Kontent menecmentinə də diqqət ayırır. Yəni demək istədiyim, bacarırsınızsa yazın.
1. Fotoqraf
Sadəcə rəqəmsal kameraya ehtiyacınız var. Gəlirlərini deməyə ehtiyac yoxdu, günlük nə qədər qazandıqlarını çox yaxşı bilirsiniz. Əgər içinizdə bir incəsənət dahisi gizlənibsə çıxartmağa çəkinməyin, həm gəlirləri də yaxşıdı.
HR-AZ.com portalının paylaşımlarından xəbərdar olmaq üçün rəsmi
Linkedin və
Telegram səhifələrimizi izləyə bilərsiniz.
Mənbə:
Banco.Az