20 yaşlarında olanların yoluna işıq salacaq 10 karyera tövsiyəsi

21 oktyabr, 2018 0 689


20 yaşlarında olanların yoluna işıq salacaq 10 karyera tövsiyəsi


20-30 yaş arası karyera planlaşdırmasını etmək üçün ən ideal dövrdür. Bu dövrü əvəzsiz edən müəyyən bir yetkinliyə çatmağınız və hədəflərinizin də yavaş-yavaş formalaşmağa başlamasıdır. Dolayısı ilə, hələ 20 yaşlarında ikən fərqində olmadan sizə böyük fayda verəcəyi bəzi karyera tövsiyələrimiz var. Gəlin bu tövsiyələrə birlikdə göz ataq.

1) Vaxtı idarə etməyi öyrənin.

20 yaşlarında olanların yoluna işıq salacaq 10 karyera tövsiyəsi


Gəncsiz və vaxtınızın bol olduğunu düşünə bilərsiniz, lakin universitetə ilk addım atdığınız anı xatırlayın. Adama elə gəlir ki, sanki bu dünən baş verib. Vaxtınızın nə qədər sürətlə keçdiyinin ən böyük sübutu əslində elə özünüzsünüz. Vaxtın sürətinə çatmaq üçün ona hakim olmalısınız və idarə etməyi bacarmalısınız.

2) Özünüzə çoxlu investisiya edin.

20 yaşlarında olanların yoluna işıq salacaq 10 karyera tövsiyəsi


Özünüzü hər zaman inkişaf etdirməyə davam etməlisiniz, lakin 20-30 yaş aralığı bunu etməyiniz üçün ən ideal illərinizdir. Zehniniz yeni informasiyaları almağa hazır, müşahidə bacarığınız güclü və nə istədiyinizin fərqinə varırsınız. Bu illərdə oxuyacağınız, baxacağınız və dinləyəcəyiniz şeylər sizə mütəmadi yeni şeylər öyrədəcək və sizi inkişaf etdirəcək.

3) Özünüzü tanımağa çalışın.

20 yaşlarında olanların yoluna işıq salacaq 10 karyera tövsiyəsi


Bu illərdə yaşadığınız hər təcrübə, yeni bir yönünüzü kəşf etməyinizə imkan verəcək. Hadisələrə, insanlara və situasiyalara verdiyiniz reaksiyalarla özünüzü daha yaxşı tanıyacaqsınız. Özünüz haqqında öyrəndiyiniz hər informasiya, karyeranızla bağlı qərarları verərkən işinizə yarayacaqdır.

4) Hədəflərinizi müəyyənləşdirin.

20 yaşlarında olanların yoluna işıq salacaq 10 karyera tövsiyəsi


20 yaşlarınız xüsusilə uzun müddətli hədəfləri müəyyənləşdirmək üçün çox uyğun bir dövrdür. Uyğun addımlar ataraq müəyyənləşdirəcəyiniz hədəflərə daha sürətli bir şəkildə çatmağınız mümkün olar. Uzun perspektivli hədəflərinizin ilk dövrlərini daha məhsuldar keçirmək məqsədi ilə qərarlı hərəkət etməyiniz qarşıdakı illərdə işinizi asanlaşdıracaqdır.

5) Mütəmadi araşdırın.

20 yaşlarında olanların yoluna işıq salacaq 10 karyera tövsiyəsi


Dünya hər an dəyişir. Yeni informasiyalar ortaya çıxan zaman köhnə informasiyaların doğruluqları sorğulanmağa başlanılır. Bu prosesdə siz də bildiklərinizi mütəmadi yeniləməlisiniz. Texnologiyadan və imkanlarınızdan ən məhsuldar şəkildə istifadə edərək araşdırmalısınız və bunu bir vərdiş halına gətirməlisiniz.

6) Cəsul olun.

20 yaşlarında olanların yoluna işıq salacaq 10 karyera tövsiyəsi


20 yaşlar edilən xətaların düzəldilməsinn ən asan olduğu dövrdür. Verdiyiniz qərarların nəticəsi gözlədiyiniz kimi olmaya bilər. Xəyallarınız alt-üst ola bilər, kədərlənə bilərsiniz, amma bütün bunları yaşamadan o qərarın səhv qərar olduğunu başa düşə bilmərsiniz. Cəsul olun və ürəyinizin istədiyi kimi qərarlar verin.

7) Xəyal qurun.

20 yaşlarında olanların yoluna işıq salacaq 10 karyera tövsiyəsi


Xəyallar bizi biz edən ümidlərimizdir. Onları həyata keçirmək üçün çalışarıq. Siz də karyeranızı planlaşdırarkən özünüzü harada görmək istədiyinizi xəyal edin. Bunun motivasiyanızı artıracağını və özünüzü daha yaxşı tanımağınıza köməklik edəcəyini görəcəksiniz.

8) Öyrənməyi dayandırmayın.

20 yaşlarında olanların yoluna işıq salacaq 10 karyera tövsiyəsi


Bu yaşlarda öyrənəcəyiniz hər məlumat sizi inkişaf etdirəcəkdir. Öyrəndikləriniz həyatınızın müəyyən bir yerində qarşılaşdığınız məsələlərə həll yolu tapmağınıza imkan verəcək və karyera pillələrini daha sürətli qalxmağınıza köməklik edəcəkdir. Ona görə öyrənməyi əsla dayandırmayın.

9) Səbr edin.

20 yaşlarında olanların yoluna işıq salacaq 10 karyera tövsiyəsi


Uğur qısa müddətdə qazanılan bir şey deyil. Əzmli olmaq uğura aparar. Bu prosesdə yorulacaqsınız, amma səbr edərək istədiklərinizə çatmağı bacaracaqsınız.

10) Əylənməyi unutmayın.

20 yaşlarında olanların yoluna işıq salacaq 10 karyera tövsiyəsi


Bəli, karyera ciddi və zəhmət tələb edən bir şeydir. Lakin, bu o demək deyil ki, əylənməməlisiniz. İşlədiyiniz işdə əyləndiyinizdə həm işinizə olan sevginiz, həm də performansınız artar. Beləliklə, işinizdə daha çox inkişaf etmək üçün səy göstərərsiniz.











HR-AZ.com portalının paylaşımlarından xəbərdar olmaq üçün rəsmi Linkedin Telegram səhifələrimizi izləyə bilərsiniz.

Mənbə:
Moneta.az
Oxşar məqalələr
Şərhlər
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə