İşə qəbul zamanı test mərhələsində nələrə diqqət etməliyik?

09 noyabr, 2018 0 3 865


İşə qəbul zamanı test mərhələsində nələrə diqqət etməliyik?


İşə qəbul prosesinin ən önəmli mərhələlərindən biri də test mərhələsidir. Əgər test mərhələsinə dəvət edilmisinizsə, deməli siz artıq həmin vəzifəyə müraciət etmiş xeyli namizəddən irəlidəsiniz və növbəti mərhələlərə daha inamla hazırlaşmağınız lazımdır. Bir pillə öndə olduğunuzu və növbəti mərhələdə də uğur qazanacagınızı düşünərək özünüzu motivasiya edin.

İşə qəbul prosesinin test mərhələsində aşağıda sadalanan məqamlara diqqət etməyiniz lazımdır:

  • İlk öncə sizə zəng olunan zaman uzun-uzadı olmamaq şərtilə hansı mövzulardan test ediləcəyinizi soruşun. Amma, qeyd etdiyimiz kimi daha çox suallar vermək yaxşı qarşılanmır. Test zamanı və məkanı kimi önəmli məlumatlar onsuz da telefonda deyilir.

  • Daha sonra test olunacağınız mövzulara zamandan asılı olaraq göz gəzdirməyə çalışın. Bu zaman, ən azından bilmədiyiniz bir-iki sualın cavabını dəqiq öyrənmiş olacaqsınız.

  • Testdən əvvəl gedəcəyiniz ünvanı araşdırın. Hansı vasitələrlə gedəcəyinizi dəqiqləşdirin ki, qeyd edilən zamanda həmin ünvanda olasınız.

  • İmtahana dəvət olunduğunuz vaxtdan ən azı 15 dəqiqə əvvəl qeyd edilən ünvanda olmağa çalışın. Bu, sizə abı-havaya uyğunlaşmağa kömək edəcək və həyəcan hissiniz azalacaq. İş görüşmələrində punktuallıq önəmlidir. Gecikməyiniz sizin professionallığınızı şübhə altına salacaq.

  • Həyacanınızı nəzarət altında tutmağa çalışın. Çünki. Həyəcanlı olduğunuz zaman bildiyiniz sualları da cavablandıra bilməyəcəksiniz. Ürəyinizin döyüntüləri sizi çaşdıracaq və siz qaşınızın gözlərinizin altında, yoxsa üstündə olduğunu unudacaqsınız.

  • Verilən vaxtı düzgün planlaşdırın. İlk öncə dəqiq bildiyiniz sualları cavblandırın. Bu zaman, əksər sualları cavablandırmağınız sizi ruhlandıracaq. Daha sonra digər sualları da cavablandırmağa çalışın.

  • Sualların sonluqlarını daha dəqiq oxuyun. Əksər vaxt cavabı bildiyiniz sualların cavabını da sona qədər oxumadığınızdan səhv etmiş olursunuz.

  • Bütün sualları yekunlaşıdırdıqdan sonra, ümumi olaraq bütün suallara göz gəzdirin və testi sonlandırın.Adətən, testin sonunda növbəti mərhələ haqqında məlumat verilir. Əgər məlumat verilməzsə və ya suallarınız olarsa suallarınıza cavab almağa çalışın.












HR-AZ.com portalının paylaşımlarından xəbərdar olmaq üçün rəsmi Linkedin Telegram səhifələrimizi izləyə bilərsiniz.

Mənbə:
Moneta.az
Oxşar məqalələr
Şərhlər
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə